Bir qadın anlaya bilsəydi ki, onun ən böyük gücü – susqunluq və həqiqətdir. Onun ən qüdrətli gücü, həm ətrafındakı, həm də içindəki dünyanı tam dərk etməsinə baxmayaraq, bildiklərini göstərməməsindən ibarətdir. Bu, onun özünü və başqalarını sözsüz də mükəmməl eşitməsinin yoludur. Əgər qadın həqiqətən kim olduğunu dərk edirsə, bilirsə və özü ilə səmimidirsə, o zaman otağa girən anda onu əhatə edən hər şeyi tam nəzarətə götürür. Hər kəs onun danışıq tərzinə, oturuşuna, yerişinə, gülümsəməsinə və zarafat etməsinə, kiminlə olduğuna görə dəli olur... onun görünüşü önəmlidir, amma artıq o qədər də əhəmiyyət kəsb etmir.
Əksəriyyətimiz ikonik qadın olmağın yollarını bilmir. Biz qadınlara xas olan davranışlara riayət etməyi, kimisə təkrarlamağı, yemək bişirməyi, geyinib, makiyaj etməyi, mükəmməl görünməyi və flört etməyi bacarırıq, lakin insanların ürəyində necə əfsanəyə çevrilməsini və ilham pərisi olmağını bilmirik. Mən inanıram ki, daxili həqiqət və sükut – açardır. Asan iş olmasa belə, özünüzü aldatmağı dayandırın.
Əgər bir neçə həyat yaşamaq imkanımız olsaydı, öyrənmək və anlamaq üçün daha çox vaxtımız olardı. Həmişə yadda saxlamalısız ki, yalnız bir dəfə yaşayırıq, və o andan etibarən özünüzü dərk etməyə başlayacaqsız. Lakin təəssüf ki, dünya bizə fərqli qaydalar diktə edir. Nəticədə ictimai fikir naminə daxili istəklərimizi sıxışdırırıq. Ona görə də anlamalısız ki, ictimai fikir heç kimin soruşmadığı fikirdir. Səssizlik – açardır. Ediləcək ən çətin şey – fikrinizi özünüzdə saxlamaqdır, amma əsl güc bundadır.