NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Tətil üçün qarderob bələdçisi

Nəhayət ki, yay gəldi və tətilə çıxanlar, istirahətlərini udulmaz etmək üçün ən son "must - have" - lərin axtarışındadırlar. Mövsümü bohem cazibəsi saçan trendə uyğun toxunma parçalarla, ovsunlayıcı yay donları və mükəmməl seçilmiş aksesuarlarla qarşılayın. Bu stil dolu tətil ehtiyacları ilə,macəraların sizi hara aparmasından asılı olmayaraq, hər zaman dəblə günəşlənməyə hazır olacaqsınız.


1. Toxunma parçalar dəbə geri qayıdır
Toxunma parçalar bu mövsüm populyarlığın zirvəsindədir.Yayda görünüşünüzə tekstura əlavə etmək və ya trenddə olmaq istəyirsinizsə toxunma parçaların rəgarəng dünyasına qərq olmağa hazır olun.

  •  
  •  
  •  
  •  
  •  
/

2. Hərarəti artırın
HAIGHT, HUNZA G və MISSONI - dən olan çimərlik geyimləri və bikiniləri ilə tətil zamanı bütün diqqəti öz üzərinizə toplamağa hazır olun. Bu markalar klassik dizaynların və parlaq printlərin geniş seçiminə malik olub, hər bir zövqü məmnun edə bilər.

  •  
  •  
  •  
  •  
  •  
/

3. Füsünkar yay donları
Havalar isindikcə, hamımız zamansız qarderob parçası olan yay donlarına üz tuturuq. Əyləncəli gündüz macəraları axtarışındasınızsa Acne Studios - un rəngarəng yaradıcılığına üz tutun. Yay axşamları üçün isə, hər anı unudulmaz edən Christopher Esber - in heyranedici siluetlərinə müraciət edə bilərsiniz.

  •  
  •  
  •  
  •  
  •  
/

4. Tətil çantaları və daha artığı
Çantalara gəldikdə isə, tətil üçün Miu Miu, Loewe və Gucci - dən olan bu həsir və toxunma gözəllikləri seçin. Bu yüngül,eyni zamanda da füsünkar çantalar çimərlikdə istirahət və ya yeni şəhərlərin kəşfi üçün mükəmməldir.

  •  
  •  
  •  
  •  
  •  
/

5. Qlamur səyahət
Yay stilinizi tamamlamaq üçün mövsümi aksesuarlar mükəmməl vasitədir. Etro - nun ovsunlayıcı saç aksesuarlarından tutmuş Saint Laurent - nin zərif günəş eynəklərinəcən bütün zəruri parçalar istənilən günəşli gün ansamblına əsrarəngiz və incə toxunuş əlavə edəcək.

  •  
  •  
  •  
  •  
  •  
/

6. Gün boyu səndəl ilə
Gündüzlər Amanu - nun yastıdaban, rahat səndələri ilə gününüzə rəng qatın. Dəbdəbəli tətil axşamlarını isə Attico - dan olan gözəl ayaqqabılar və ya BottegaVeneta - dan olan hündürdaban səndəllərlə yekunlaşdırın.

  •  
  •  
  •  
  •  
  •  
/

7. Yekun toxunuşlar
Obrazınızı tamamlayan yekun toxunuşlar isə əlbəttə ki, incəliklə seçilmiş zinyət əşyalarıdır. Roxanne Assoulin - in nəfis qolbaqlarından başlayaraq Martha Calvo - eleqant boyunbağlarınacan hərbir parça görünüşünüzə zəriflik və cazibə qatacaqdır.

  •  
  •  
  •  
  •  
  •  
/