NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Four Seasons Hotel Baku” ilə “Sehri Atelye”də istirahət edin

Bu il “Four Seasons Hotel Baku” qonaqlarını xüsusi zal dekorasiyasından tutmuş unudulmaz yemək təcrübələrinə qədər hər bir detalını hamının sevimlisi olan bayram mövsümünün sehri ilə doldurduğu “bayram möcüzəsi nağılı”na dalmağa dəvət edir.

Piazza Lounge "Qış Nağılları" Milad bayramına özəl bazar üçün açılır

Cümə günü, 1 dekabr 2023 - Şənbə günü, 6 yanvar 2024



Müxtəlif hədiyyələrlə zəngin bir sıra gözəl dekorasiya edilmiş məkanlar, klassik zəncəfilli evlər, bayram şənliyi, isti şokolad və “glühwein” təklif edən məntəqə və bu kimi digər möhtəşəm təkliflərlə zəngin olan bayram mövsümünün başlanğıcı.

Bayramla bağlı istəklərini doyurmaq istəyənlər üçün qonaqlar ənənəvi ingilis çörəyinin, “finger” sendviçlərin və tematik, bir o qədər də dadlı şirniyyatların ağız sulandıran müxtəlif çeşidlərini özündə cəmləşdirən Günorta Çayı Festivalını təcrübə edərək əylənmək imkanı əldə edə bilərlər.

Möhtəşəm Bəxşiş vermə Sənəti

"Şənlik Nağılı" Hədiyyə qutuları


“Four Seasons Hotel Baku”nun davamlı olaraq bəxşiş vermə sənətini inkişaf etdirmək istəyini nəzərə alaraq, bu il onların aşbaz komandası yerli rəssamla əməkdaşlıq edərək xüsusi dizaynlı hədiyyə qutuları yaradıb və bu hədiyyələr vasitəsilə saraya bənzəyən mehmanxana binasının arxitekturasının qutuda əks olunmuş illüstrasiyaları ilə əsl məkan hissini təcrübə etmək mümkündür. Bundan əlavə, onun içərisində ləzzətli peçenyelər, makaron, çərəzlər, quru meyvələr və mürəbbələr mövcuddur. Özlərinə xas “Four Seasons Hotel Baku”nun “Şənlik nağılı” konsepsiyasını yaradaraq bunu ailələri və dostları ilə bölüşməyi üstün tutan qonaqlar üçün bu hədiyyə qutusu mükəmməl ideyadır.


Hədiyyə Kartları

“Four Seasons” Hədiyyə Kartları ilə özünəməxsus anlar və uzun müddət yaddaşlardan silinməyəcək xatirələr hədiyyə edin – bu bayram mövsümündə yaxınlarınız üçün ən mükəmməl hədiyyədir.



"Qəlbən" - Sizin bu festivalda “paylaşma” təamınız

İcraçı xəmir aşpazı Suraj Karmakar tərəfindən qəlbən hazırlanmış, süfrənizə ləzzətlərin möhtəşəm qarışımını bəxş edəcək “paylaşma” yeməklərinizi kəşf edin. Bu ləzzətli təamlar aşağıdakılardan ibarətdir:


66% “Manjari” moruqlu şokolad ruleti
Jelibon və vanil köpüyü tərkibli şampan
Qaragilə tərkibli peçenye
Opera şokolad qülləsi
"Şaxta baba şapkası" şərbəti
Beze göbələyi
Zəncəfilli peçenyelər


Bu xoş emosiyalar ansamblı bayram mövsümünün mətbəx tərəfidir və sevdiyiniz insanla bölüşmək üçün mükəmməldir. Bir set - 41 AZN


“Le Petit Chef” ilə müstəsna kulinariya səyahəti

Anın sehrini artırmaq üçün “Four Seasons Hotel Baku” tarixində ilk dəfə olaraq dünyanın ən kiçik aşpazının təqdim etdiyi özünəməxsus nahar təcrübəsini Bakıya gətirir. Ən müasir “3D Mapping” Texnologiyası ilə hazırlanmış bu təcrübə hər kəsin təxəyyülünü zəbt edəcək unikal animasiyalı kulinariya səyahəti yaradır. Naharda iştirak edənlər xüsusi hazırlanmış menyular arasından ən çox üstünlük verdikləri variantı seçərək yemək boşqablarında ən kiçik aşbazın həmin təamı “bişirməsini” izləyə biləcəklər. Bu təcrübə azyaşlılarımız da daxil olmaqla bütün qonaqların şoudan zövq almasını təmin etmək üçün xüsusi şəkildə hazırlanmışdır.

Həyatınız boyunca xatirinizdə qalacaq təcrübə haqqında daha çox məlumat əldə etmək üçün keçid edə bilərsiniz: https://lepetitchef.com/Baku

“Zafferano”da Möhtəşəm Təamlarla Milad Bayramı

Şənbə günü - 23 dekabr, Bazar günü - 24 dekabr, Bazar ertəsi günü - 25 dekabr 2023-cü il, 12:30-16:00

Yalnız yeməklər daxil olmaqla bir nəfər üçün 130 AZN (içki paketi üçün 50 AZN)

Əfsanəvi Milad bayramına özəl səhər yeməyi “Zafferano”ya qayıdır. Qonaqlar DJ performansı, həmçinin uşaqlar üçün ayrılmış hissədə onları gözləyən Santa ilə birgə yerində hazırlanan yemək məntəqələri və desertlərdən ibarət bufetdən doya-doya həzz almağa dəvət olunurlar.

“Zafferano” Restoranında Milad Gecəsinə özəl Şam Yeməyi

“Zafferano”da ailəniz və dostlarınızla xüsusi anları paylaşın və aşağıda qeyd olunan proqramlarla enerjili mühitdə bayram əhval-ruhiyyəsini hiss edin:

Şənbə günü, 23 dekabr 2023-cü il, saat 19:00-23:00
Yalnız yeməklər daxil olmaqla bir nəfər üçün 110 AZN (içkilər üçün seçimlər mövcuddur)

Bazar günü, 24 dekabr 2023-cü il, saat 19:00-23:00
Yalnız yeməklər daxil olmaqla bir nəfər üçün 130 AZN (içkilər üçün seçimlər mövcuddur)

“Zafferano” restoranı, canlı musiqi qrupunun ifası ilə müşayiət.

Yeni ili “Sparkle” ilə qarşılayın

Yeni ili zəngin toxunuşlarla, ləzzətli mətbəxdən və bir sıra parlaq və məftunedici şənliklərdən həzz alaraq qarşılayın. Yeni il gecəsi canlı musiqi qruplarının və peşəkar DJ-lərin ifasında hamımıza tanış olan klassiklər, dəbdəbəli tərz və möhtəşəm ifalar təqdim olunaraq sizi valeh edəcək. Ertəsi gün səhər bizim “New Year Sparkling Brunch”da yeni ilinizə xoş əhval-ruhiyyə başlayın.

Bazar günü, 31 dekabr 2023-cü il, 20:00 - 03:00
• Şam yeməyi (ailələr üçün): Yalnız yemək daxil olmaqla bir nəfər üçün 380 AZN (ev şəraitində hazırlanmış içki paketi üçün bir nəfər üçün əlavə 150 AZN)
• Dress Kod: Ən parlaq halınızla gəlin!



“Zafferano”da Yeni il şənliyi:
Bazar günü, 31 dekabr 2023-cü il, saat 20:00 - 00:00 (gecə yarısı)
• Şam yeməyi bufeti: Yalnız yeməklər daxil olmaqla bir nəfər üçün 250 AZN (ev şəraitində hazırlanmış içki paketi üçün bir nəfər üçün əlavə 150 AZN)
• Dress Kod: Qara və ağ rəngli geyimlər

“Bentley's Bar” – DJ və Rəqqasların performansı ilə müşayiət olunacaq “After Party”
Şənbə günü, 31 dekabr 2023-ci il, saat 23:00-dan 3:00-dək
• Ev şəraitində hazırlanmış içkilər daxil olmaqla adambaşı 140 AZN
• Kaneplər üçün adambaşı 60 AZN
• Dress Kod: Parıltılı geyimlər


“Zafferano”da Möhtəşəm Təamlarla dolu Yeni il tədbiri

Bazar günü, 1 yanvar 2024-cü il, saat 12:30-16:00
Bir nəfər üçün yalnız yeməklər daxil olmaqla 130 AZN (içki paketi üçün 50 AZN)

Yeni ilin, 2024-cü ilin gəlişini Baş Aşpaz Renato Rizzi və onun bacarıqlı mətbəx komandası tərəfindən hazırlanmış ən dadlı təamlardan ibarət dəbdəbəli səhər yeməyi ilə qarşılayın. 2024-cü ilin ilk gününü ən yaxınlarınızın, əzizlərinizin əhatəsində qeyd edərkən canlı musiqiçilər sizin üçün harmoniyalı melodiyalar ifa edəcəklər.

Şərtlər və Qaydalar
• Ödənişin əvvəlcədən və tam şəkildə ödənilməsi tələb olunur
• Azyaşlılarla bağlı: 0-5 yaşlı uşaqlar üçün ödənişsiz; 6-11 yaşlı uşaqlar üçün 50 faiz endirimli qiymət tətbiq olunur


Sehrli mənzərəyə malik otaqlar – “Holiday Resident”in təklifi

Yanvarın 24-ü və 1-i daxil olmaqla, yuxarıda qeyd olunan F&B bayram təkliflərindən hər hansı birini bron etmisinizsə, xüsusi olaraq sizin üçün hazırlanmış “Holiday Resident”in təklifindən yararlanın və gecəni bizim məkanda keçirin:

İcəri şəhərə mənzə acılan “Delux” otaq - 535 AZN.

Qiymətə bütün vergilər daxildir və qiymətlər mövcud otaq sayına əsasən dəyişə bilər.

Rezervasiyalar

“Four Seasons Hotel Baku”nun komandası sizi ilin ən mistik vaxtında unudulmaz bayramı bir arada keçirmək üçün səbirsizliklə gözləyir.

Rezervasiyalar üçün Otelin Rezervasiya komandası ilə əlaqə saxlayın: [email protected] və ya +994 12 404 2424

Daha çox tədbirləri səhifəmizdə kəşf edin:https://www.fourseasons.com/baku/landing-pages/property/festive/