NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Uşağa ana, anaya uşaq lazımdır

Jilet və şalvar – UVENTA
makiyaj – Fazilə Rəcəbova, salon Beyond The Limits

Ananın əlləri hamıdan daha çox təsəlli verir.

Şahzadə Diana

Biz hamımız uşaqlarımıza bacardığımız qədər ən yaxşı valideyn olmaq istəyirik! Bəs uşağa necə tərbiyə vermək və onu necə böyütmək lazımdır? Bu haqda çoxlu məsləhətlər verilir, lakin çox vaxt bu məsləhətlər istədiyimiz nəticəni vermir. Uşaqların bütün tərbiyə prosesində prioritetlərin düzgün sıralamasında diqqət vermək və uşaqların siz daxil olmaqla digər ailə üzvlərinin də tələbatlarını sürətlə yerinə yetirməyi bacarmaq vacibdir.
Bütün internet müasir valideynlərin ixtiyarındadır, amma hər hansı nüfuzlu şəxsin dediklərinə riayət edilmir. Çünki kimə etibar edəcəyimizi anlamaq çətindir! Düzgün cavabları isə çox vaxt instinktiv tapmaq olur. Lakin ilk əvvəl sizin kim olduğunuzu və özünüzü necə görmək istədiyinizi, bunun üçün özünüzdə nəyi dəyişdirməli olduğunuzu anlamalısınız. O zaman öz üzərinizdə və bu sayədə övladınızın üzərində necə işləməyi başa düşəcəksiniz. Lakin özünüzü itirməmək şərtilə. Uşağı müstəqil və yüksək düşüncəli yetişdirmək üçün valideyn avtoritar deyil, avtoritet olmalıdır. Siz uşağınızın sizdən qorxmasını deyil, sizə qulaq asmağını, hörmət etməsini və sizə güvənməsini istəyirsiniz – bu tərbiyənin bir nömrəli qaydasıdır.
Uşağınızın inkişafına əsasən problemlər dəyişəcək, eyni zamanda sizin də düşüncə tərziniz inkişaf edəcək. Amma sizin uşağa yanaşmanız ardıcıl, qəti və ən əsası sevgi dolu olmalıdır. Uşağınıza öz təcrübələrində öyrənməyə izn verin: o səy göstərərək çətinliklərin öhdəsindən gəlməyi öyrənəcək, bu da onun özgüvənini möhkəmləndirir. Heç vaxt uşağınızı kimləsə müqayisə etməyin, hətta bacı-qardaşları və ya rəfiqənizin uşağı ilə belə – yalnız özü ilə müqayisə edin: «Əziz balam, dünən iki kotlet yemişdin, afərin sənə, bu gün də bunu bacararsan». Və uşağınızın müstəqil nəyi bacardığını müəyyən edin: məsələn, uşağınız axşamları tək yatmağı öyrənir, ya öz oyuncaqlarını yığışdırmağı bacarır, və ya yaşı bir qədər böyükdürsə, ailədə konfliktləri həll edir?
Uşaq öz səviyyəsində olan hər bir problemi özü həll etməlidir, eyni zamanda da böyüklərin dəstəyini hiss etməlidir – o, bunu qəlbində, instinktiv dərəcədə hiss etməlidir, o zaman həm ona, həm də sizə öhdəliklərin üstəsindən gəlməyə asan olacaq. Unutmayın: uşağa tərbiyə verməyin tək düzgün yolu yoxdur. Öz analıq instinktinizə etibar edin, balaca insanla vaxt keçirməkdən zövq alın, bu gözəl məqamlar bir an kimi ötüb keçəcək! Övladınızla birlikdə öz uşaqlığınıza qayıdın və qoyun bu körpə sizi tərbiyə etsin!

P.S. Biz çoxdan bilirik ki, dəri kontaktı körpənin inkişafı üçün vacibdir: bu ona kömək edir və həyatın stresli vəziyyətlərinə hazırlaşdırır. Bu uşaqların ən körpə vaxtlarında onları sakitləşdirməyə kömək edir: onlar daha az ağlayırlar və asan yuxuya gedə bilirlər. Bəzi elmi tədqiqatlara əsasən sübut olunub ki, bunun sayəsində uşağın beyin inkişafı asanlaşır, yəqin ki, buna görə kontakt zamanı o sakitləşir və daha rahat yuxuya gedir. Uşaqla dəri kontaktı anaya da kömək edir: stresi və doğum sonrası depressiyanı azaldır, anaya uşağın vəziyyətini hiss etməyə imkan verir, onun siqnallarını anlamağa kömək edir. Uşaqlar isə həyatlarının ilk üç ayında anaya qarşı daha həssasdırlar. Onlar bu dönəmdə ananın enerjisinə ehtiyac duyurlar, bu bütün gələcək hisslərin bünövrəsidir. Onlar doğulmamışdan əvvəl artıq analarını tanıyırlar, buna görə də ana və uşaq arasında əlaqə uşağın anadan olduğu ilk saniyələrdən yaranır. Məgər yeni doğmuş ananın döşünün dərisi bütün bədənindən 1-2 dərəcə daha istidir, bu da yeni doğulmuş körpəyə təbii komfort sahəsi yaradır. Əgər uşağın hərarəti düşürsə, o zaman ananınki qalxır və ya əksinə. Ana və uşağın ilk saniyələrdən izah olunmayan ilahi əlaqəsi bu cür təzahür edir.

Ülviyyə Mahmudova,
Baş redaktor