NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Rasim Davudov: Zamanı necə düzgün idarə etmək olar?

“New Media” reklam şirkətinin rəhbəri, “Adviad”ın təsisçisi və baş direktoru Rasim Davudov zamanın düzgün planlaşdırılması və Apple Watch Series 7 saatlarınn bu işdə necə kömək edə biləcəyi barədə danışdı.

Günüm necə başlayır? Günüm saatın ekranında vaxta baxmaqla başlayır. İş yükünün və layihələrin çoxluğu səbəbindən vaxtla bağlı həmişə çətinlik çəkirəm. Bəzən günün 24 yox, 48 saat, bəzən isə daha çox olmasını istəyirəm. Məni vaxtın optimallaşdırılması və əvvəlcədən qurulmuş dəqiq plan xilas edir. Gün ərzində bu plana, cədvələ və iş siyahısına ciddi riayət edirəm.

Həm iş, həm də iş kollektivi həyatımın ayrılmaz parçalarıdır. Onlarla hər gün həyata keçirilən və ya planlaşdırılan layihələri müzakirə edirik. Daim fikir mübadiləsi aparır, bəzən hətta mübahisələr də edirik. Məhz bu, işimizi təkmilləşdirməyə və daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bundan sonra qarşıya yeni məqsəd qoyur və sürətlə ona doğru addımlayırıq. İş vaxtı mənim üçün dəyərli və vacibdir. Onun sağlam iş mühitində, işini səmimi-qəlbdən sevən, mənim kimi vaxtına dəyər verən və hörmət edən əməkdaşların əhatəsində keçməsi məni sevindirir.


Amma bilirsiniz, vaxt da hava kimidir. Biz onun içindəyik, lakin onun nə olduğu, ondan necə istifadə etməli olduğumuz barədə düşünmürük. Hesab edirəm ki, vaxt həyatımızda çox şeyin əsasını təşkil edir. Vaxtın idarə olunması böyük bir elmdir və mən çox şadam ki, vaxtımı idarə etməyi bacarıram. “Time management” mənə prioritetləri düzgün müəyyən etmək, hansı vəzifələrin təcili və vacib, hansıların isə sadəcə vaxt itkisi olduğunu anlamaq imkanı yaratdı. Bu, təkcə işə və şirkətlərin idarə olunmasına deyil, bütün həyatıma şamil olunur. Məsələn, həyatımı idmansız təsəvvür etmək edə bilmirəm. Səhərlər gəzirəm və mütəmadi olaraq pilateslə məşğul oluram. Böyük tennisi də çox sevirəm. Bu oyun mənə gündəlik qayğılardan uzaqlaşmaq imkanı verir. Həm də bu idman növü sağlamlıq üçün çox faydalı olduğundan hər kəsə gündəlik qrafikində bu cür məşğuliyyətlərə yer ayırmağı tövsiyə edirəm.


Gərgin iş günündən sonra həm dadlı yemək yeyə biləcəyim, həm dostlarımın və yaxınlarımın əhatəsində istirahət edə biləcəyim bir yerə getmək həmişə xoşdur. Vaxtımın belə keçməsinə qətiyyən heyifsilənmirəm, çünki istirahət hər birimiz üçün zəruridir.


Bəs mən bütün bunları necə çatdırıram? Sadəcə vaxtımı düzgün idarə etməyi və bölüşdürməyi öyrənmişəm. Bu işdə mənim köməkçilərimdən biri “Apple” brendinin ağıllı saatlarıdır. Bu gün gündəlik həyatımı onlarsız təsəvvür etmək mənə çox çətindir. “Apple” brendinin böyük pərəstişkarı olaraq, “Apple Watch Series 7” nə ilk, nə də əminəm ki, sonuncu “smart” saatım deyil. Çünki bu xəttin yenilikləri məni nəinki sevindirir, həm də təkmilləşən hər yeni seriyasının innovasiyaları və novatorluğu ilə yaxşı tərəfdən təəccübləndirir.

Tərəfdaşlarla görüşlərin sayını və ümumilikdə, işlə bağlı çoxsaylı digər amilləri nəzərə alaraq, xarici görünüş mənim üçün hər zaman əhəmiyyətlidir, lakin seçdiyim geyim üslubundan asılı olmayaraq, “smart” saatlar geyimimin ayrılmaz hissəsidir. “Apple Watch” analoq saatları əvəz etməyi bacarırmı?” sualına həm mənim, həm də, əminəm ki, bir çoxlarının cavabı birmənalıdır: “Əlbəttə ki, bacarır”. Mən buna çox sevinirəm, çünki dəbli aksessuar olmaqla yanaşı, onlar həm də bir çox zəruri və vacib funksiyaları, habelə adi siferblatda olmayan potensial imkanları özündə birləşdirir.


Seneka deyirdi ki, “Yalnız zaman insana məxsusdur”. Lakin əgər sizin “Apple Watch Series 7” saatınız varsa, sizə məxsus olan təkcə zaman deyil. “Apple” brendinin bu məhsulu imicimin ayrılmaz hissəsinə çevrilməklə mənim statusumu qabardır. Buna səbəb onu dəbli xarici görünüşüdür. Son modelə gəlincə isə, dəbli kəmərlərin geniş çeşidi də diqqətəlayiqdir. Lakin mənim seçimimdə həlledici rolu bu məqam oynamadı, belə ki, onların ən vacib xüsusiyyəti “içindədir”.

Rəqəmsallaşma artıq həyatımıza xeyli dəyişikliklər gətirib və yaxın gələcəkdə müsbətə doğru dəyişikliklər daha da artacaq. Həyatımızın bütün sahələrini əhatə edən bu möhtəşəm prosesin bir parçası olmaqdan çox şadam. Nə vaxtsa düşünə bilərdik ki, nə vaxtsa həkim müdaxiləsi olmadan sadəcə saatla qanda oksigenin miqdarını ölçə biləcəyik?! Bu gün “Apple Watch Series 7” saatları sayəsində bu mümkündür. Bu saatlar sayəsində nəinki qanda oksigenin miqdarını ölçür və yuxuya nəzarət edirəm, həm də “Dərketmə” tətbiqi sayəsində daxili balansı tənzimləyə bilirəm. Mən, aktiv həyat tərzi keçirən və təbliğ edən insanam. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, “Apple Watch”un məhz 7-ci seryası əvvəlki modellərlə müqayisədə sağlam həyat tərzi üçün daha uyğundur.


Gündəlik həyatda saatın hansı funksiyalarından istifadə etdiyimə gəlincə, deyə bilərəm ki, bu, əsasən işimlə bağlı olan funksiyalardır. Saatın böyük ekranından zəngləri və ismarışları cavablandırmaq üçün istifadə edirəm. Əlbəttə ki, fiziki aktivliyimə də diqqət ayırıram. Yuxarıda haqqında danışdığım rəqəmsallaşma məsələsinə bir daha qayıdıb deyə bilərəm ki, “Apple Watch” ilə mən artıq çoxdandır nağd hesablaşma və bank kartları barədə unutmuşam. Artıq bütün ödənişləri “Apple Pay” ilə çox rahatlıqla edirəm. Bu saatlar həm göz, həm də barmaqlar üçün çox komfortludur.


Xarakter və həyatı qavrama etibarilə mən hər zaman, hər şeydə müsbət tərəfləri tapmağa çalışıram və son nəticədə buna nail oluram. Saatım da bu baxımdan istisna olmadı. Lakin “Apple Watch Series 7” saatlarının hər hansı bir müsbət cəhətini deməkdə çətinlik çəkirəm, çünki onun müsbət cəhətləri çoxdur. Bu cəhətlərin bir çoxu haqqında yuxarıda danışmışam, amma əsas müsbət cəhətlərdən birini xüsusilə qeyd etmək istəyirəm. Bu saatların şarj olunma sürəti daha yüksəkdir, bu isə mənim həyat ritmimə uyğundur. Digər tərəfdən bu saatlar çox dayanıqlıdır, nə çatlaq, nə toz, nə də su onlar üçün təhlükəli deyil. Əldə çox yaxşı oturan və funksiyalarını əla yerinə yetirən “Apple” brendinin bu keyfiyyətli və faydalı məhsulundan mən çox razıyam.


Apple Watch saatlarını və aksesuarlarını "Alma Store" mağazalarından əldə etmək mümkündür.