NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

Rabatda “Azərbaycan mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 4-də Mərakeşin Rabat şəhərində “Azərbaycan mərakeşli uşaqların gözü ilə” adlı uşaq rəsm müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir səfirlik, Agdal-Riyad Bələdiyyə Şurası və Arribat Mərkəzi tərəfindən Beynəlxalq Uşaqlar Günü və Əlahəzrət Vəliəhd Şahzadə Moulay El Hassanın doğum günü münasibətilə təşkil olunub.

Bu müsabiqə Azərbaycan və Mərakeş xalqları arasında mədəni əlaqələrin, dostluğun rəmzinə çevrilib. Uşaqlar öz rəsmlərində Azərbaycan mədəniyyətini, adət-ənənələrini və milli dəyərlərini böyük sevgi və yaradıcılıqla əks etdiriblər.

Münsiflər heyətinin qərarına əsasən, birinci yerə Əl Mahdi Ait Lasri layiq görülüb. Onun çəkdiyi ənənəvi Azərbaycan paxlavası ölkə mədəniyyətində qonaqpərvərlik və şirinliyin simvolu kimi orijinallığı, incəliyi və istilik dolu ifadə tərzi ilə seçilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

İkinci yerə İbtissam Menay, üçüncü yerə isə Hamza Lambarki El Allioui və Zeynəb Bouhamidi layiq görülüblər.

Qaliblərə diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunub.

“Azərbaycan mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsi uşaqların yaradıcılıq bacarıqlarının, zövq və həssaslıqlarının nümayişi baxımından əsl bayrama çevrilib.