NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

NARGIS jurnalından uşaqlar üçün “Winter in Azerbaijan” layihəsi çərçivəsində bayram tədbiri

22 dekabr tarixində NARGIS jurnalının “Winter in Azerbaijan” layihəsi çərçivəsində Nargis Fund-un dəstəyi ilə Uşaq Sığınacağı–Reinteqrasiya Mərkəzindən dəvət olunmuş 15 uşağın iştirakı ilə master-klass təşkil olunub.

Bu gün uşaqlar üçün həqiqətən də dolğun, sevincli və səmimi emosiyalarla yadda qalıb. Proqram Port Baku Mall-da yerləşən “Winter in Azerbaijan: Gingerbread City” sərgisinin ziyarəti ilə başlayıb. Burada uşaqlar miniatür zəncəfilli şəhərciklə böyük maraqla tanış olublar.

Daha sonra uşaqlar a’Nanas restoranına yollanıb. Onlar üçün nahar təşkil olunub, ardınca isə zəncəfilli evlərin bəzədilməsinə həsr olunmuş yaradıcı master-klass keçirilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Proqramın davamı olaraq uşaqlar Nargis Fund-un dəstəyi ilə inşa edilmiş Bakı Bulvarındakı buz meydançasını ziyarət ediblər. Gün ərzində uşaqları parlaq təəssüratlar, gülüş və sevinc müşayiət edib.

Bu rəngarəng gün tərəfdaşlarımız tərəfindən təqdim olunan hədiyyələrin verilməsi ilə başa çatıb. Bütün tərəfdaşlarımıza, xüsusilə "Bakı Metropoliteninə", "Azərbaycan Hava Yollarına", Glodemia və iTicket şirkətlərinə uşaqlar üçün təqdim etdikləri hədiyyələrə görə səmimi təşəkkürümüzü bildiririk.

Lokasiyalar arasında transferin təşkili və avtobusun təqdim edilməsinə görə BakuBus-a ayrıca təşəkkür edirik.

Bu gün bir daha xatırlatdı ki, diqqət, qayğı və istiliyi bölüşmək nə qədər vacibdir.