Ananız olmasaydı, indi burada olmazdınız, indi nəfəs almazdınız. Minnətdar olmaq üçün başqa səbəb görməsəniz belə, sizə həyat verdiyi üçün ona təşəkkür edin və bunu heç vaxt unutmayın.
Ana – ailənin emosional dayağıdır. O, bütün hissləri özündə sığışdırır və bizi ağrılardan uzaq tutmaq üçün əlindən gələni edir. O olmasaydı, başqa kim ağrımasın deyə yaralarımızı öpərdi? Onun sehrli toxunuşları və öpüşləri yaralarımızı sağaldır - kiçik olanda fiziki, böyüdükdə isə mənəvi yaralarımızı.
Analar çox çalışır, övladlarının həyatı daha yaxşı və parlaq olsun deyə tez-tez qurbanlar verirlər. Zamanla başa düşəcəksiniz ki, sizin üçün bunu etmək istəyənlər o qədər də çox deyil. İndi isə ona hiss elətdirin ki, bunu başa düşürsünüz və onun fədakarlıqlarını qiymətləndirirsiniz.
Analar övladlarına hər şeyi bağışlayırlar, uşaq nə edirsə etsin, həmişə bir bəhanə tapırlar. Ona görə də sənə acıqlananda da onu bağışla. Bəlkə də sizin üçün qarşılıqlı bağışlamaqdan daha dəyərli bir hədiyyə yoxdur və olmayacaq! Ürəyinizi açın, kin saxlamayın. Ana ilə uşaq arasında sevgi olmalıdır, başqa cür bu dünyada necə yaşamaq olar?
Ən yüksək dağa dırmanmaq istəyirsənsə, anan sənə inanacaq, amma səni yıxılmaqdan sığortalamaq üçün özü dağın ətəyində dayanacaq. Xəyallarınızı heç kim dəstəkləmədikdə belə o, dəstəkləyəcək.
Ananızın üzündə sizin diqqətinizdən yaranan təbəssüm gününüzü daha parlaq edir, karmanızı təmizləyir. Axı, o çox şey istəmir - həmişə ona ehtiyacınız olduğunu və sizə kömək edə biləcəyini bilsin. Bir də, heç vaxt ananıza təşəkkür etməkdən çəkinməyin!
Ülviyyə Mahmud,
Baş redaktor