NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Kino: Paolo Sorrentino: Sadə mahnılar

Bəşəriyyət tarixinin üzərində dolaşan əbədi suallar arasında gözəllik məsələləri də diqqət cəlb edir. Gözəllik hardadır? Füsünkarlıq, gözəlliyə heyrətdən doğulan çovğundan sonra isti küləkdirmi? Planetdə cəmi bir nəfər yaşamış olsaydı, və o, ömrünü gözəlliyin subyektiv qavranmasının təyininə həsr etsəydi, bəlkə də bu suala cavab tapmaq mümkün olardı. Lakin biz çoxuq və hər birimizin müşahidə etmək istedadımız var. Yer üzərində yaşayan hər kəsə müşahidəçi özəllikləri bəxş edilmişdir. Buna görədə, oxucunun başını müxtəsərliklə aldatmaq mümkün olmayacaq – buna vaxtımız yoxdur. Çox dərinə dalmaq da məqsədəuyğun olmaz, belə ki, geriyə qayıtmağa oksigenimiz çatmaya bilər. Lakin, bu yol istedadlı italyan rejissoru Paolo Sorrentinonun “Gənclik” (2015) filmi ilə qısaldıla bilər.

Müqayisələr və ötüb keçən ömürdə olan itkilər, qazanılanlar, gələcəkdə bizi gözləyənlər haqqında düşüncələrlə dolu bu əsərə necə yanaşmalı olduğumuz aydın deyil. Sorrentino izləyicisinin qəlbinə münaqişə toxumu əkir. Personajların ölümlə üzləşdiyi, daha dəqiq desək ölümlə çiyin - çiyinə gəldiyi Alp dağlarının məzələrəri ilə bu toxumu cəsarətlə sulayır. Əgər xatirələrlə dolu avtobus, gələcəyə doğru olan yolu kəsərək sürətlə sizə tərəf gəlirsə, siz isə arxanızı çevirib qaçacağınız yerin olmadığını anlayanadək qaçmağa çalışırsınızsa, indiki zamandan isə qaçmaq mümkün deyil – keçmişin meyvəsi, sənin ömrün boyu dadına baxmaq üçün dırmandığın ağacın yuxarınsından asılıb. Yuxarıda olan meyvənin izahedilməz cazibəsi insanı, alov pərvanəni cəlb etdiyi kimi cəlb edir. Bəs bu cür vəziyyətdə insan nə əldə edir? Şübhəsiz ki, müdriklik. Bu insanı qaçışdan xilas edir və gözləmədən müşahidə etməyi aşılayır. Gənclik və yaşlılıq gözəlliyinin anlamağın bu yoluna baxmayaraq Mik Boylun qətiyyətliliyi azalmadı. Əksinə bu yol onu “Həyatın son günü” – nə təhrik etdi.


“Bunun heç bir əhəmiyyət yoxdur! İnsanlar, rəssamlar, heyvanlar...bitkilər! Biz hamımız sadəcə əlavələrik”. – Mik Boyl

Parlaq yaradıcı şəxslə yaradıcılıq qabiliyyətləri olmayan insan arasında fərq varmı? Mik hesab edir ki, həyat prosesində insanın şüurlu, yaradıcı və ya reallığı idarə edən olmasının heç bir əhəmiyyəti yoxdur. Yekun nəticədə hər birimiz son nöqtəyə çatırıq və insaların narahatlıqları, onların demək olar ki, dərk etmədikləri təbiii prosseslərin fonunda əhəmiyyətsiz olaraq qalır. Əlbəttə ki, Mik Boylun bu nəticəyə gəlməsinə onu nəisə təhrik etmişdi və bu zaman onun dostu, dirijor Fred Ballincerin də böyük təsiri olmuşdur. Fred, öz keçmişi, qızına müəyyən xatirələrin aşılaması və onun bu xatəriləri ömür boyu yadında saxlayacağını barədə düşünürdü. Lakin o, gənclik gözəlliyinin əhəmiyyətini unudacağı həqiqəti ilə üzləşdi. Məhz burada, gəncliyin məlahəti olan azadlıq hissi baş qaldırır.Əhəmiyyətli olmayan bir şey, illər sonra əhəmiyyətli hesab edilməli olanı əvəz edir.Mik üçün velosiped sürməyi öyrənməyin həlledici əhəmiyyəti var idi, ona görə yox ki, o bunu unutmuşdu, ona görə ki, o yıxılmışdı. Bu xatirələr əslində Fredin bilmədiyi fərqli bir həqiqəti gizlədən şüurlu bir metaforadır. Mikin kinomatoqrafik tərbiyəsinin təzahürü, rejissorlara xas olaraq kinoda deyil, yazıçılara xas olaraq sözlərdə üzə çıxır.

“Anladığım yeganə şey – musiqidir. Bilirsiniz niyə? Çünki onu anlamaq üçün nə sözə, nə də təcrübəyə ehtiyac var”. – Fred Ballincer

Maykl Keyn, ağarmış saçlarını vurğulamaqdan ötrü qara çərçivəli eynək geyinmək üçün xüsusi olaraq seçilmişdir. Sorrentino, Mikdən fərqli olaraq özündən sonra bədii miras qoymaq istəməyən uğurlu qocanın rəsmini çəkmək qərarına gəlmişdi. O, həyatına dair heç bir peşmanlığı olmayan, lakin həyata qarşı sevgisizliyindən narahat olan qoca idi.
Bu dirijor, İngiltərə kraliçasının şahzadənin ad günündə “Sadə mahnılar” eşitmək istəyinə qarşı biganədir. O asan və inadkarlıqla çıxış etməkdən imtina edirdi, çünki, bu mahnıların yazıldığı şəxs, artıq onları ifa etmirdi. Demək bu mahnıların mənası yalnız onun səsi hesabına yaşayır. Emosiyalarla dərin bağlarının olmasına baxmayaraq, Fred onlara əhəmiyyət verməməyə çalışır. Əlbəttə ki, bu yalandır. Deyəsən, bu, Mikin özünə qarşı olan sağaltmalı olduğu incikliyidir. Sorrentino həyatın çətinliyini və yenilənmə rəsmində olan son ştrixi – vizual gözəlliyi təsvir edir. Fred levitasiyadan şübhələnir, lakin Sorrentino nəinki buna inanır, o, inamsızlığın həyatın necə sarsıda biləcəyini nümayiş etdirir.

O güman edir ki, insanların bir – birinə toxunmağa qorxmasının səbəbi intim həzz almaqlarını gizlətmələri deyil, bir birilə ünsiyyətə can atmalı olduqlarıdır. Paolo, yalnız qaçınılmaz olan qocalığın divarlarından yapışan gənclik barədə düşünmür. Qocalıq, xatirələri aparan meh gətirir. Paolo həyatın qəddarlığı və mərhəməti içərisində gözəlliyə qərq olan tamaşaçını düşünür. İncikliyin emosiyaları dəyərsizləşdirə biləcəyi və ağrının bizi keçmişə məhəl qoymayaraq bütün diqqətimizi gələcəyə yönəldə biləcəyi, səmimi sevginin yüksəldə və ya məhv edə biləcəyi və insanın yalnız qırılmaz perspektiv illüziyasına sahib olduğu bir dünyada gənclik, yaxınlaşan qocalığın dalğaları tərəfindən yavaş -yavaş yuyulan həyatın ən cazibədar sahilinə çevrilir. Sorrentino filmdə qadın obrazlarına xüsusi diqqət yetirib. Filmi Miss Universe (Mãdãlina Ghenea), Brenda Morel (Jane Fonda), gənc masajçı (Luna Mijović) və Lena Ballinger (Rachel Weisz) olmadan təsəvvür etmək mümkün deyil. Miss Universe bir neçə dəqiqə görünür, stereotiplərə meydan oxuyur və qısa dialoq vasitəsilə Cimmi Tree (Paul Dano) ilə dərin problemi həll edir, sonra başqa səhnəyə qayıtmaq və personajların qarşısında çılpaq dayanmaq üçün ayrılır. Müəllifin bədii niyyətinə toxunmaq üçün bu anın estetikasını görmək lazımdır. Mik, "Həyatın son günü" adlı ekran işinin son səhnəsində Brenda Morelin özü haqqında danışır. Masajçının deyəcək bir sözü yoxdur. Və Lina Fredin soyadını daşıyır.

“Gözəllik baxanın gözlərindədir” – Oskar Vayld