Müasir səyahətçi əfsanəvi musiqiçi ilə görüşür. BVLGARI Aluminium GMT saatı 1954 – cü ildə Fender tərəfindən yaradılmış əfsanəvi Stratocaster gitarası ilə birləşir.
BVLGARI Aluminium GMT x Fender® məhdud saylı seriyasının 1200 nümunəsindən hər biri Stratocaster – in günəş qradiyentli və krem çalarlı orijinal rəngini təkrar edir.
Avqustun sonunda 140 eksklüziv ildönümü dəstləri, həmçinin, Fender Custom Shop sənətkarları tərəfindən əl əməyi ilə hazırlanmış 70 kastom gitara işıq üzü görəcək.
Hər iki təklif dünyadakı bütün kolleksiyaçıları sevindirəcəkdir. Onlar birlikdə mükəmməllik və yaradıcılıq mirasını təcəssüm edirlər.
1998 -cı ildə yaradılmış BVLGARI Aluminium saatı, normalara qarşı inqilab edərək dəbdəbəli idman saatları dünyasında fırtına yaratdı.
Saatların bezelində olan tanınmış ikiqat BVLGARI BVLGARI cəsarətli loqotipi materialların seçimi qədər məğrur idi: alüminium və kauçuk. Qrafiklik və italyan dəbdəbəsi bir araya gələrək nəsilləri fəth edən parlaq idman – zəriflik tərzini təmsil edir.
Bu məhdud buraxılışda əfsanəvi Fender Stratocaster prizmasından yenidən məna verilmiş GMT versiyası, bir səyahətçi emosiyalarını yaşamağa dəvət edir.
Yeni reallıq, lakin həmin yenilikçilik və zamanın nəbzini tutmaq bacarığı.
“Rəssamlar – mələkdir, bizim vəzifəmiz isə - onlar uçmaq üçün qanadlar bəxş etməkdir” – Stratocaster gitarası ilə Leo Fenderin devizi həqiqətən də canlanır.
Bu görkəmli ad, yetmiş il ərzində musiqi tarixini formalaşdıran, müstəsna rahat və isti, kristallik təmiz səsinə görə qiymətləndirilən əfsanəvi alətlə assosiasiyalar yaradır.
Bvlgarinin əməkdaşlığı çərçivəsində yaradılmış hər bir Stratocaster gitaralarının ildönümü modeli Fender Custom Shop sifarişi ilə hazırlanır. Bu əfsanəvi emalatxananın lyutyer ustaları ən tələbkar musiqiçilər üçün eksklüziv musiqi alətləri hazırlayır. Materialların seçilməsindən əl ilə yığılmaya, tamamlanma işləri və incə kökləmə işlərinədək onların bütün təcrübəsi müəyyən peşəkarlıq səviyyəsi və saatsazlıq sənətində olduğu kimi detallara qarşı yüksək dərəcədə diqqət tələb edir. Nəsillər boyu xidmət etməsi nəzərdə tutulmuş bu möhtəşəm gitaralar, zamansız və sərhədsiz birlik yaradaraq entuziaslar arasında güclü bağ qurur.
BVLGARI Aluminium GMT x Fender® məhdud saylı seriyası: məharət və emosiya bəxşişi
BVLGARİ – dərin Roma qəlbinə malik İsveçrə markasıdır. Bu marka, müstəsna saatlarda italyan stilinin mahiyyətini təcəssüm edir. Fender Musical İnstruments Corporation (FMIC) – gitara istehsalında dünya lideridir. Bu brend Fender Custom Shop peşəkarlığı və innovasiyaları sayəsində kastomizasiya sənətini başqa bir mərhələyə yüksəldir. Bu yaradıcılıq evlərini, qüsursuz peşəkarlıq və dəqiqliklə unikal əşyaraların hazırlanması, həmçinin, nəsildən nəslə ötürülən qeyri – adi yaradıcılıqları ilə insanları bir araya gətirmək və onlara ilham vermək amalı birləşdirir. Əfsanəvi Stratocaster gitarasının 70 – ci ildönümünün şərəfinə Bvlgari və Fender Custom Shop yaradıcılıq evləri, BVLGARI Aluminium və Stratocaster mədəni simvollarına çevrilmiş iki zamansız dizaynı simvolunu birləşdirmişdir.
“Saatsazlıq sənətinə və musiqiyə yüksək dəyər verərək, əməkdaşlıq üçün biz, estetika çərçivələrini aşan Fender ilə birləşdik; bu miras, dizayn və innovasiyanın təntənəsidir”, - Jan – Kristof Baben, Bvlgari – nin baş direktoru bildirdi. “Bu əməkdaşlıq – iki əfsanəvi mirasın vəhdətidir. BVLGARI Aluminium GMT x Fender® - sərrastlığı incəliklə köklənmiş gitaraya yaxın olan, yüksək dəqiqlikli alətdir. Onlar, müxtəlif saat qurşaqlarında saatı izləmək üçün innovasion GMT funksiyası ilə təchiz edilmiş, beləliklə musiqiçilərin və səyahətçilərin dinamik həyat tərzinə uyğunlaşdırılmışdır. Alüminium və titandan hazırlanmış simvolik korpus ilə bu məhdud sayda istehsal edilmiş seriya, zaman və səs arasından edilən harmonik səyahəti ifadə edir.
Əfsanəvi Stratocasterin şərəfinə BVLGARI Aluminium GMT saatları bu simvolik gitaranın orijinal rənglərinə bürünmüşdür. Siferblatın parlaq işlənməsi – Fenderin özünəməxsus laklı örtüklərindən birinə istinad edir – və həmin krem – ağ rəngli çalar bu məhdud saylı seriyanın 1200 nümunəsini canlandırır. Qəhvəyi kauçuk bezel, iki saat qurşağı – tünd qəhvəyi gecə vaxtı üçün və krem rəngi gündüz vaxtı üçün – həmçinin, gitaranın qolunu xatırladan, radium ilə örtülmüş cilallanmış indeks və əqrəblər BVLGARI Aluminium GMT saatlarını əfsanəvi Stratocasterə bənzədir. Səhnə arxasında isə İsveçrə mexaniki kalibri dünya üzrə saatı hesablayır. Bvlgari yapışqanlı saat kəmərinin dizaynının da dəyişdi ki, hətta ən gərgin riflər zamanı saat qolda mükəmməl otursun. DLC örtüklü titan korpusun arxa qapağında yer almış “Fender®” yazısı musiqinin, dünyanın hər bir ucunda gecə və gündüz rezonans yaratmaq və birləşdirmək gücünü vurğulayır.
Saat və gitaranın eksklüziv dəsti:
70 – ci ildönümündə Bvlgari yaradıcılıq evi xüsusi BVLGARI Aluminium GMT x Fender® Limited Edition dəsti hazırlanmış, Fender Custom Shop isə cəmi 70 gitaradan ibarət Fender® Custom Shop Limited Edition Bulgari Stratocaster® məhdud saylı seriyasını– xüsusi olaraq kolleksioner cəmiyyətləri üçün nəzərdə tutulmuş müstəsna yaradıcılıq nümunələrini - istehsal etmişdi.
“Stratocaster, yetmiş ilə ərzində musiqi inkişafının və səs ixtiralarının lideri olmuş və bu ildönümü münasibəti ilə biz, öz sahəsində analoji zəngin tarixə malik brend ilə əməkdaşlıq etmək istəyirdik” – deyə, Castin Norvel, FMIC məhsulları üzrə icraçı vitse prezident bildirmişdir. “Bunu nəzərə alaraq, biz, Bvlgari ilə əməkdaşlığımızı xüsusi qürurla elan etmək istəyirik. Əməkdaşlığın nəticəsi möhtəşəm Stratocaster gitarası və saat olmuşdur. Biz əminik ki, hər iki brendin pərəstişkarları bu cür nümunələri öz kolleksiyalarına əlavə etmək fürsətindən məmnun olacaqlar”.
30 avqust 2024 – ci il tarixində Bvlgari 140 dəstdən (70 ədəd hər iki saat qurşağı üçün nəzərdə tutulmuş BVLGARI Aluminium GMT modeli) ibarət məhdud saylı BVLGARI Aluminium GMT x Fender® Limited Edition seriyasını təqdim edəcəkdir.Hər bir dəstə məhdud saylı BVLGARI Aluminium GMT saatı, dizaynı simvolik gitara qabından ilham almış saatın eksklüziv qabı, həmçinin Stratocasterin 70 illik tarixi haqqında kitab daxil olacaq.
Bundan başqa, Fender fərdi sifarişlə, Kaliforniya, Karonada yerləşən Fender Custom Shop emalatxanasında BVLGARI ilə əməkdaşlıq çərçivəsində 70 Stratocaster gitarası hazırlayacaq. Bu unikal gitaraların hər biri Fender Custom Shop – un ən öndəgedən sənətkarları tərəfindən, bu alətlərin müstəsna keyfiyyətini nümayiş etdirərək əl əməyi ilə hazırlanacaq. Onların parlaq laklı örtüyü orijinal modelin vintaj estetikasını təcəssüm edir və BVLGARI Aluminium GMT x Fender® məhdud saylı seriyasında istifadə olunan rəng ahəngini təkrar edir.