Zero Waste ətraf mühitə və ya insan sağlamlığına təhlükə yaradan məhsulların, qablaşdırmanın və materialların yandırılmadan və yerə, suya və ya havaya atılmadan məsuliyyətli şəkildə istehsalı, istehlakı, təkrar istifadəsi və bərpası yolu ilə resursların qorunmasıdır. “Zero Waste”, yəni “Sıfır Tullantı”, ehtiyatların məsuliyyətli istehsalı, istehlakı, təkrar istifadəsi və bərpasını nəzərdə tutur. Bu yanaşma “istifadə et və tulla” düşüncəsindən resurslardan daha səmərəli istifadəyə keçidi təşviq edir.
Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edərək uğurlu ekoloji təşəbbüslər həyata keçirir. Bu vaxt ərzində biz dörd böyük ekoloji sərgiyə ev sahibliyi etmişik: “Make the EarthSmile” (2019), “Reduce,Reuse,Recycle,Respect” (2021), “Planet Calling” (2022) və "Go Green" (2023). Bundan əlavə, bu layihələr çərçivəsində məktəblərdə şagirdlər üçün təlimlər təşkil edilib, şəhərimizi daha təmiz və gözəl etmək üçün təmizlik işləri baş tutub. Bizim məqsədimiz ictimaiyyətin diqqətini ətraf mühit problemlərinə yönəltmək, uşaqlar arasında maarifləndirməni artırmaq və cəmiyyətdə təbiətlə məsuliyyətliəlaqəni inkişaf etdirməkdir.
Bu il NARGIS Nəşriyyat Evi ətraf mühiti qorumaq, optimal istehlak və təkrar istifadə hesabına tullantıları azaltmaq məqsədi ilə “Zero Waste” adlı növbəti ənənəvi ekoloji lahiyəyə start verir.