NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

Bakı Dənizkənarı Bulvarda NARGIS Nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” sərgisi açıldı

Sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli yer aldı. Bu instalyasiya Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçildi.

NARGIS Nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirin açılışını edib, qonaqları salamladı və sərginin məqsədindən danışdı. Sonra sözü Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev aldı. O, ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirdi və NARGIS Nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan belə bir sənət əsərləri yaratdıqları üçün təşəkkür etdi. O, həmçinin uşaqların belə bir sərgidə iştiraklarının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd etdi.
Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış etdi.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), “Azərsu” ASC, “AzərEnerji” ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Bakı Fond Birjası” QSC, “Azercell Telekom” MMC, Azersun Holdinq, Carlsberg Azerbaijan, Baku Steel Company, “SMTS” MMC, “Bakı Metropoliteni” QSC və Tekfen İnşaatın dəstəyi ilə təşkil edilmişdir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sərginin açılışında çoxlu sayda qonaq iştirak edib, onların arasında – Təhsil naziri Emin Əmrullayev, NARGIS Nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akreditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər var idi. Tədbirdən sonra “Make the Earth Smile Again” sərgisinin açılışındakı kimi NARGIS jurnalının komandası bulvarda ağac əkdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

“Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı bulvarda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.
Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaş arası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5–10 və 10–15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyaların təşkili nəzərdə tutulub. Uşaqlar üçün təşkil olunan ustad dərslərinə yazılmaq üçün NARGIS sosial şəbəkələrində paylaşılan anonsları izləyin.