NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Moser" dünyasına qərqolma

"Moser" dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığını inkişaf etdirir

24 sentyabr tarixində "Ambiance" butikində Çexiyanın büllur məhsullar emalatxanası "Moser"in tarixindən və estetikasından, brendin Azərbaycanla əməkdaşlığından ilham alınaraq təşkil edilmiş tədbir baş tutub. Tədbir Çexiya səfirliyi və brendin ölkədəki eksklüziv tərəfdaşı "Italdizain" şirkətinin dəstəyi ilə keçirilib.

160 ildən çoxdur ki, Çexiya emalatxanası "Moser" büllurdan hazırlanmış məmulatlar aləmində yüksəksəviyyəli sənətkarlıq dəyərlərini özündə əks etdirir. Qurğuşundan istifadəni istisna edən ekoloji texnologiyalar əsasında ərsəyə gətirilən, büllurdan hazırlanan "Moser" şedevrləri özündə ustalıqla işlənmiş əl işi oymalarının, qüsursuz cilalamanın və nəzərəçarpan rəng palitrasının zərifliyi, qabarıq tərzi və bənzərsiz keyfiyyətini təcəssüm etdirir.

Tədbirin aralarında butikin daimi müştərilərinin və influenserlərin də olduğu fəxri qonaqlarını "Moser"in estetika dünyasına ilhamverici səyahət gözləyirdi. Çexiya emalatxanasına həsr olunmuş tədbirdə iştirak üçün Bakıya xüsusi olaraq təşrif buyurmuş, "Moser"in qravürçüsü Roman Xalupkanın qədəhlər üzərində qravürləmə işinin nümayişi gecənin bəzəyinə çevrilib. Qonaqlar sənətkarın rəhbərliyi altında individual məhsullar yaradaraq qravürləmə prosesini şəxsən sınaqdan keçirmək kimi unikal fürsət əldə ediblər. Tədbirdə həmçinin "Moser" brendinin regional satış direktoru Dmitri Zaxarçenko və Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek iştirak ediblər.


Tədbir çərçivəsində qonaqlara "Moser"in Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş eksklüziv kolleksiyasının vazaları təqdim edilib. Azərbaycan tarixinin ölkə rəhbərinin respublikanın müstəqilliyinin qorunmasına aparan qərarları və fəaliyyətləri ilə əlaqəli taleyüklü məqamları unikal məhsulların ikitərəfli motivlərinə çevrilib.

Çexiyanın şanlı tarixi ənənələrə malik büllur məhsullar emalatxanası "liderlərin bülluru" kimi nüfuz qazanıb: "Moser" məhsulları kral ailəsi nümayəndələrinin, ölkə və hökumət rəhbərlərinin, məşhur mədəniyyət və incəsənət xadimlərinin evlərini bəzəyir. Bu baxımdan Heydər Əliyev irsinə müraciət brend üçün əlamətdar və dərin simvolik mənaya malik addıma çevrilib.

Məhdud kolleksiyaya aid tək nümunədə hazırlanmış, bədii detalları filiqran üsulu ilə işlənmiş əl işi iki vaza təqdim edilib.
Neft buruqlarının əl ilə qravürlənmiş şəkilləri ilə bəzədilmiş "Yeni Dövr" vazasının dizaynında Azərbaycan tarixinə "Əsrin müqaviləsi" kimi daxil olmuş, dövlət neft şirkəti "SOCAR" və dünyanın aparıcı neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri – Çıraq – Günəşli" yataqlarının birgə işlənilməsi haqqında müqavilənin imzalanması əks olunmuşdur. "Əsrin müqaviləsi" ölkənin neft sənayesinin inkişafına təkan vermiş və Azərbaycanın dünya iqtisadiyyatı arenasındakı rolunun gücləndirilməsini təmin etmişdir.

"Gələcəyin Sədası" vazası kultlaşmış "Zaha Hadid Architects" London bürosunun layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzinin memarlıq üslubundan ilham alınaraq ərsəyə gətirilmişdir. Bu tikili iqtisadiyyat, sosial inkişaf və mədəniyyət sahəsində tərəqqi və parlaq nailiyyətlərə can atan müasir Azərbaycanın yeni vizual simvolu kimi nüfuz qazanmışdır. Ölkə üçün mühüm əhəmiyyət kəsb edən dirçəliş dövrünün arxasında məhz Heydər Əliyev dayanırdı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Məhdud saylı kolleksiyanın "Yeni Dövr" və "Gələcəyin Sədası" vazaları "Ambiance" butikində təqdim edilir. Onları əldə etmək üçün aşağıdakı ünvanda yerləşən butikə baş çəkə bilərsiniz: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A.
Əlavə məlumat üçün +994 (12) 498-62-94, +994 (51) 201-92-96 telefon nömrələri ilə əlaqə saxlayın. "Moser" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı :https://italdizain.az/ru/brands/moser

"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə İtaliya mətbəx mebellərinin Azərbaycan bazarına tədarükü ilə məşğul olan kommersiya təşkilatı qismində təsis edilmişdir. Öz fəaliyyəti müddətində o, yeni istiqamətlər yaratmış və biznesini genişləndirmişdir. Hazırda "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.
"Moser" brendi haqqında
"Moser" qurğuşunsuz, əl işi, lüks sinfə mənsub büllurun istehsalı üzrə ixtisaslaşmış Çexiya şirkətidir. Şirkətin tarixi istedadlı qravürçü və biznesmen Lüdviq Mozerin kurort şəhəri Karlovı Varıda qravür emalatxanası və mağazasını açdığı 1857-ci ilə söykənir. "Moser" büllur məhsulları öz unikal gözəlliyi, keyfiyyəti, eləcə də şüşəçilərimizin zamanın hüdudlarından kənara çıxan dizaynı və ustalığı sayəsində bütün dünyada tanınır. "Moser" ticarət nişanı büllurun və əl işinin mükəmməlliyinin dünya miqyasında simvoluna çevrilib. "Moser" brendinin Azərbaycan ərazisindəki eksklüziv distribütoru "Italdizain" şirkətidir.