Chanelin yayınladığı xəbərə görə əfsanəvi №5 ətrinin yeni reklam kampaniyasının siması Marqo Robbi olacaq. Evin ambassadoru, avstraliyalı aktrisa və prodüser 2018 – ci ilin martından etibarən görkəmli aktrisaların bir – birini əvəz edən nəslini və bu unikal kompozisiyanın kvintessensiyasını təcəssüm etdirən ənənəsini davam etdirir.
2013 – cü ildə işıq üzü görmüş Martin Skorzesenin “Vol - strit canavarı” filmində təsir edici çıxışından sonra Marqo Robbi Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmində Şeron Teyt rolunu canlandırdı, onun “Vavilon” filmində oynadığı iddialı gənc qadın obrazı isə uzun müddət yaddaşlara həkk olundu. Aktrisa ilk “Oskar” nominasiyasını “Tonya hamıya qarşı” filminə görə almışdır. Bu filmdə olimpiya fiquristi Toni Hardinqin ziddiyyətli hekayəsi lentə alınmış, filmin prodüserliyini isə aktrisa, özünün LuckyChap şirkəti üzərindən etmişdir. Yaxın keçmişdə isə, Marqo Robbi, Qreta Qerviqin “Barbi” filminin prodüserliyini etmiş və həmin filmdə baş rolda çəkilmişdir. Bu film dünya miqyaslı əks – səda doğurmuş və səkkiz “Oskar” nominasiyasına layiq görülmüşdür.
Hal – hazırda Marqo Robbinin kino və televiziya sahəsində bir neçə layihəsi var. Bu layihələri o, özünün LuckyChap şirkəti vasitəsi ilə həyata keçirir. Layihələrinin hər birinin mərkəzində - qadın hekayələrinə, fikirlərinə və ideyalarına, yeni başlayan rejissorlara diqqətin cəlb edilməsi dayanır.
“Oskar” mükafatına namizəd olan aktrisa və prodüser – vizioner Marqo Robbi – özünü ifadə etmək üçün özü şərait yaratmağa qərar vermiş, güclü qadın obrazlarına əsaslanmış hekayələri diqqət mərkəzində saxlayan qadındır. Onun bir aktrisa və prodüser kimi karyerası heyrətamizdir, onun aurası cəzb edicidir, onun xarizması eyni zamanda güclü və hüzurvericidir və bütün bu cəhətlər №5 – in xüsusiyyətləri ilə üst – üstə düşür.
Marqo Robbinin baş rol aldığı yeni №5 reklam kampaniyası 2024 – cü ilin oktyabrında işıq üzü görəcək.
“CHANEL №5 - ən məşhur ətirlərdən biridir. Uzun illər ərzində onunla assosiasiya olunan bir neçə nəsil qadın böyük heyrət doğurur. Və bu gün həmin tarixin bir parçasına çevrilmək inanılmazdır. Görkəmli istedadların siyasında yer almaq mənim üçün böyük şərəfdir.” – Marqo Robbi
*şəkillər Chanel evinə məxsusdur