NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

"Lladró"dan Qarabağ atı heykəllərinin məhdud saylı seriyası

Əl işi çini üzrə məşhur ispan brendi "Lladró" Qarabağ atına – Azərbaycanın ən ehtiram olunan simvollarından birinə həsr edilmiş heykəllərdən ibarət məhdud seriya ərsəyə gətirib. Bu layihə ölkənin ənənələrinə və at obrazının həmişə xüsusi yer tutduğu mədəni irsinə hörmətin izharıdır.

Bu heykəl Bakıda ilk dəfə 2024-cü ilin yazında təqdim olunub. Daha sonra, yəni sentyabr ayında Parisdə hər il keçirilən "Maison&Objet" sərgisinə daxil olaraq orada "Lladró" kolleksiyalarının beynəlxalq təqdimatının bir parçasına çevrilib.

Bu formada Qarabağ atı güc, dözümlülük və nəciblik obrazıdır. "Lladró" rəssamları bu cinsin zirək xarakterini və qədd-qamətini əks etdirməyə çalışıblar. Bu işdə anatomiyanın detallı işlənməsi, profil cizgisinə və baxışın ifadəliliyinə diqqət açıq-aşkar görünür, siluetin dinamikası sezilir. Bu xüsusiyyətlər obrazı tanına bilən və emosional cəhətdən inandırıcı şəklə salır.

Bu əsər Valensiyada yerləşən "Lladró" manufakturasında əl ilə ərsəyə gətirilib. İşləmələrdə isti mis və qəhvəyi çalarlı minadan istifadə edilib ki, onlar da kəhər atın təbii rəngini ötürür. Yəhərin metal elementləri qızıl suyuna salınmış bürüncdən, cilov isə təbii dəridən hazırlanıb. Ənənəvi Qarabağ xalçasına – Azərbaycan ənənələrinə əsasən, yəhərin altından at belinə salınan çula xüsusi diqqət yetirilib. Naxışlarda qədim Azərbaycan xalçalarına xas "Bulud", "Çarx" və "Böcək" motivləri bir-biri ilə səsləşir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Hər bir nümunə onun həqiqiliyini təsdiq edən fərdi nömrəyə malikdir. Tiraj məhduddur – cəmi 750 heykəl və artıq Bakıda baş tutan təqdimatdan sonra Qarabağ atı həm kolleksionerlər, həm də milli incəsənətə dəyər verənlər arasında layiqli qiymətini alaraq yerli bazarda bestsellerə çevrilib.

"Lladró" əl işi istehsalına və özünəməxsus işləmələrə, eləcə də brendin yüksək standartlarını təmin edən və onun bədii dilini yeni auditoriya üçün inkişaf etdirən ustalarla əməkdaşlığa sadiq qalır.

"Lladró" brendinin Azərbaycandakı eksklüziv nümayəndəsi "Italdizain" şirkətidir.

Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 7A.
Əlaqə nömrəsi: +994 (12) 498-00-53