NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Hennessy Konyak Evi Hennessy X.O özəl şam yeməyi təşkil edib


Noyabrın 30-da Four Seasons Baku otelində HENNESSY Konyak Evi və NARGIS jurnalının təşkilatçılığı ilə özəl tədbir keçirilib.

Tədbirin əvvəlində qonaqlara Hennessy V.S.O.P konyakının əsasında hazırlanmış nar siroplu və qırmızı vermutlu kokteyllər təqdim olunub. Sonra qonaqlar qastronomik şam yeməyi təşkil olunmuş zala dəvət olunub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Hennessy Konyak Evinin brend səfiri Vladislav Kudryavtsev qonaqları salamladıqdan sonra konyak bazarında dünya lideri olan Hennessy Konyak Evinin 1765-ci ildən başlayan tarixindən danışıb. Şam yeməyinin əsas komponenti həm təmiz şəkildə, həm də buz ilə Thomas Bastide bokallarında təqdim edilən Hennessy X.O konyakı idi.


Şam yeməyi bitdikdən sonra baş aşpaz və şirniyyatçı qonaqların qarşısına çıxaraq hazırladıqları yeməklərin və desertlərin Hennessy X.O ilə birləşməsindən danışıblar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Daha sonra qonaqları aparıcı İsgəndər İbrahim salamlayıb. O, on illiyini qeyd edən NARGIS jurnalının fəaliyyətindən danışıb. Aparıcı onu da qeyd edib ki, hərrac xeyriyyə xarakteri daşıyır və toplanan vəsait uşaqlara kömək məqsədilə NARGIS xeyriyyə fonduna köçürüləcək.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/


Tədbirin növbəti hissəsində 13 müasir Azərbaycan rəssamının — Elnarə Nəsirlinin, Bütunay Haqverdiyevin, Tora Ağabəyovanın, Zöhrab Salamzadənin, Məryəm Axundovanın, Nadir Eminovun, Orxan Qarayevin, Raminə Səadətxanın, Şərqiyyə Rəhmanlının, Fərhad Nikfamın və başqalarının əsərləri təqdim olunub. Həmin rəsmlərdən yeddisi satılıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Gecə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış gənc balaban ifaçısı Nicat Məsimovun çıxışı ilə başa çatıb.