Yay – yaz 2025 kişi geyimlərinin Paris Moda Həftəsi bu mövsüm üçün kişi geyimləri turunu yekunlaşdırdı. Gəlin, öz cəsarətli yaradıcılıqları və qüsursuz peşəkarlıqları ilə stil sərhədlərini genişləndirən dizaynerlərin kolleksiyaları daha yaxından tanış olaq.
HERMÈS
Otuz ildən artıqdır ki, Parisdə kreativ direktor vəzifəsində çalışmış Véronique Nichanian mürəkkəb sənəti asan təqdim etməyi bacarır. Onun məqsədi, çimərlik geyiminin gündəlik görünüşünü itirmədən onu daha da mükəmməlləşdirmək olub. Əsas modellər arasında, düyməli köynəklərə bənzər, yumşaq dəridən olan parçalar və açıq lavanda rəngində və digər xəfif çalarlarda olan boyun yaylıqlarnın uyğunlaşdırılması var. Aksesuarlara da xüsusi yer verilir: dana dərisindən hazırlanmış çarpaz səndəllər, palladium detallı parlaq bəzək əşyaları və tutumlu, cins parçadan və Togo dana dərisindən hazırlanmış, mövsümün bəlkə də ən çox tələbat görən səyahət çantası Haut à Courroies.
DIOR
Kim Jones – un sonuncu Dior kolleksiyası öz ilhamını Cənubi Afrika rəssam – dulusçusu Hylton Nel – in “yerli monumentalizm” – indən götürür. Podium, göstəriş üçün zəmin yaratmaq məqsədi ilə unikal Nel pişik fiqurlarının böyüdülmüş halları ilə bəzədilmişdir. Nel – in əl ilə çəkilmiş heyvan, gül – çiçək və ağac təsvirli füsünkar şəkilləri kolleksiyada düymələr və yaxa iynələri şəklində əksini tapmışdır. Kolleksiyaya təbii rəng çalarlarını özündə ehtiva edən eleqant əsaslar daxil edilmişdir. Enli şalvarlar bükmə ətəklərlə uyğunlaşdırılır, modellərin çiyninə isə printli örtüklər atılmışdır. Baxmayaraq ki, 2025 – ci ilin yaz fəsli qısa şortlar mövsümüdür, Cons, dizdən biraz hündür uzunluqda kommersiya baxımından cəlbedici olan dəstləri də seçimlər arasında yerləşdirmişdir.
RICK OWENS
Son illər Palais de Tokyo bir sıra moda nümayişlərinə ev sahibliyi edib. Qısa aradan sonra Rick Owens, podiumda, 200 modelin geyindiyi cəmi 10 geyimi nümayiş etdirərək təəcübləndirici geri dönüş etdi. Bu nümayişi o, “bəyaz satin sevgi ordusu” adlandırmışdır. Dizaynlarda tekstura ilə örtülmüş bayker və denim, böyük botlar və əlavə atlas örtüklərlə bəzədilmiş cəsarətli çiyin forması təqdim edilmişdir. Kolleksiyanın rəngləri – ağ, gümüşü və bej Palais de Tokyo – nun sadə eleqantlılığına uyğun olub yeni başlanğıcı simvolizə edirdi. Owens – in material seçimi və kolleksiyasının kiçikliyi onun dizayn prosesində ətraf mühitə qarşı necə həssas yanaşmasının göstəricisidir.
LOUIS VUITTON
Pharrell Williams Louis Vuitton – nun kişi geyimləri bölməsinin rəhbəri qismində, qlobal vahidlik və əlaqələrə təşviq etmək məqsədi daşıyan özünün üçüncü kolleksiyasını təqdim etdi. Tədbir UNESCO – nun Parisdəki qərargahının damında, mədəni birliyi simvolizə edən “Simvolik qlobus” heykəlinin və çoxlu sayda dünya bayraqlarının fonunda keçirilmişdir. Kolleksiyada istifadə edilən rənglər insan dərisinin rəngini əks etdirir. Kolleksiyaya “LVRS United” yazısı olan köynəklər də daxil olmaqla, işçi və idman geyiminin ənənəvi elementləri aid edilirdi. Həmçinin, geniş kovboy şlyapaları, şəffaf bluzlar, mafiya qadınlarından ilham almış xəzlər kimi müasir dəb tendensiyalarına da rast gəlmək olardı.