NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

KIKO MILANO GOLDEN OASIS: Səhranın mərkəzində yenilənmə və kamilləşmə

Daxili gözəlliyinizi kəşf edin
KIKO Milano səhranın sakit mənzərələrindən və müqəddəs Ramazan ayının mənəvi mahiyyətindən ilhamlanan gözəllik aləminə səyahəti, yeni Golden Oasis Ramazan kolleksiyasını təqdim edir. Günəşin doğuşunun və qürub çağının isti parıltısı ilə işıqlanan kolleksiya sakitliyi, özünüifadəni və daxili işığın yenidən kəşfini təcəssüm etdirir. Bu isə, Ramazan ayının ruhundan qaynaqlanan kamilləşmə və yenilənmə vasitəsilə mümkün olur. Bu ayda sizin eviniz və qəlbiniz kamilliyin, düşüncə və dəyərli münasibətlərin məkanına çevrilir.

  •  
  •  
  •  
/

Golden Oasis kolleksiyasını təqdim edirik
KIKO Milano Golden Oasis kolleksiyası səhra mənzərələrinin zaman tanımayan gözəlliyini əks etdirir, parlaq dərilərdən aydın gözlərə və nəmlənmiş dodaqlara qədər təbii gözəlliyi vurğulayan yüksək effektiv məhsullar təklif edir. Rahat, qalıcı və qüsursuz istifadə üçün hazırlanmış məhsul çeşidi yumşaq təbii çalarları, parlaq görüntünü və həm ənənəni, həm də müasir sənəti ifadə edən, unikal və yüksək gözəllik bəxş edən innovativ formullara malikdir.

  •  
  •  
  •  
/

The Golden Oasis
Mükəmməl görüntü effektinə malik Golden Oasis Smoothing & Perfecting üz kremi ilə davam edin. Üz rəngini bərabərləşdirir və üzə parlaq, mükəmməl görünüş bəxş edir.
Bir toxunuşda canlı rəng bəxş edən Golden Oasis Glow Cushion Blush nəmləndirici ənliyi ilə parlaq, sağlam parıltı əldə edin. Onun təkmilləşən formulu yaxınlarınızla keçirdiyiniz iftar məclislərində yanaqlarınıza işıltı bəxş edərək mükəmməl yumşaq, təbii rəng yaradır və ya yanaqlarınızı vurğulayır.
Golden Oasis Soft Dunes Göz Kölgəsi Palitrasında yer alan 10 tutqun, metallik və parlaq rəng çaları ilə gözlərinizi vurğulayan obrazlar yaradın. Səhra mənzərələrinin dəyişən çalarlarından ilhamlanaraq, sadə gündəlik makiyaj və ya axşam ziyafətləri üçün cəsarətli, dumanlı göz makiyajı üçün mükəmməldir.
Golden Oasis Endless Volume Effect tuşundan istifadə edərək, kipriklərinizə həcm, qalınlıq bəxş edin və sıx qara kipriklərlə gözlərinizə ifadə verin. Bu tuş yayılmır və qalıcıdır. O, imsakdan iftara qədər baxışlarınızın cazibədarlığını qoruyub saxlayır.
Arqan yağı ilə 3D effektinə malik Golden Oasis 3D Hydra Lip Gloss nəmləndirici dodaq parıltısı ilə dodaqlarınıza parıltı əlavə edin, o, dodaqlarınıza parıltı bəxş etməklı yanaşı, həm də onları nəmləndirir.
Gözəlliyinizi Golden Oasis Oud Escape Parfüm suyu ilə tamamlayın. Bu, səhrada qürub çağından ilhamlanan zəngin, həyəcanverici ətirdir. Canlı rozmarin təravətli reyhanla harmoniya yaradır. Ətrin mərkəzində darçın və almanın isti çalarları vadinin zanbağı ilə qarışır, ənbər, müşk, səndəl ağacı, vanil və qvayak ağacının çalarları isə, unudulmaz şərq cazibəsi yaradır.

  •  
  •  
/

Dəyərli anlar üçün hədiyyə dəstləri
Ramazanın kamilləşmə və yenilənmə ideyasının mahiyyətini təcəssüm etdirən seçilmiş hədiyyə dəstləri ilə bu ayı bayram edin. İsti münasibət və ünsiyyət yaratmaq üçün nəfis qablaşdırılmış bu dəstlər Ramazanda paylaşmaq və bayramda hədiyyə vermək üçün mükəmməldir. Sevimli hədiyyə dəstləriniz üçün 20% endirimdən faydalanın.