NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Hər şey gözlərdədir: Kəmalə İsayeva

Şort Zara, köynək Shein, çəkmələr Primark

Mən, Kəmalə İsayeva – yalnız sənət aləmində deyil, həm də dəb və həyat tərzi dünyasında öz sözümü demiş fotoqrafam. Yolum 2019 -cu ildə, Bakı Slavyan Universtitetinin “Rus filologiyası” ixtisasından məzun olduqdan sonra fotoqraflığa keçməyimlə başladı. 2022 – ci ildə Orxan Aslanovun rəhbərliyi altında studiya işıqlandırılması vərdişlərimi təkmilləşdirmək imkanım yarandı. 2024 – cü ilin fevral ayında mən, Moskva fotoqrafiya məktəbində dərinləşdirilmiş dəb foto sənəti təlimi keçdim. Azərbaycan fotoqraflar ittifaqının üzvü olaraq işlərim beynəlxalq təsdiq almışdır. Çəkdiyim fotolar ABŞ, Böyük Britaniya, İspaniya, Azərbaycan, Fransa və İtaliyada nümayiş edilmiş və mən italyan jurnalı “Bloom”, ispan jurnalı “Ellas” və amerika jurnalı “Marika” – da öz işlərimi görmək şərəfinə layiq görülmüşdüm. 2024 – cü ildə, Rossman Azerbaijanın rəyinə əsasən ən nüfuzlu qadın – fotoqraf adını almış və qadınlara dəstək olmağım üçün tədbirdə çıxış etməyə dəvət olunmuşdum.
Foto sənətindən əlavə, mən Casio – nun Azərbaycandakı rəsmi səfiri və Baby – G – nin simasıyam. Tərzim rahatlıq və dəbin ahəngini yaratmaqdadır. Mən müxtəlifliyi sevirəm, lakin çox parlaq, məsələn neon kimi rənglərdən yan keçirəm. Lakin qırmızı rəngi cəsarətlə qəbul edir və həm qarderobumda, həm də yaradıcı layihələrimdə geniş istifadə edirəm. Mən hər zaman qeyri - ənənəviliyi cəsarətlə istifadə edənlərə heyrətlənir və bu tərzi şəxsi unikal estetikamda əks etdirirəm. Azərbaycan və rus şou – biznes ulduzları ilə portfolioya sahib olaraq bu sənayedə öz yerimi tutmağa və çəkdiyim hər kadrda sənət, dəb və yaradıcılığı təcəssüm etməyə davam edirəm.

Pencək Tuva, cins Zara, çəkmələr Zara

Jilet Nocturne, şort Diesel, ayaqqabı Tommy Hilfiger

Köynək Zara, cins 12 Storeez, ayaqqabı Puma

Kostyum Zum

Məkanla təmin etdiyinə görə “Theone Stuio” – ya xüsusi təşəkkürlər