Məşhur İtaliya çini və dekor brendi Ginori 1735 artıq Bakıda — Ambiance butiki məkanında təqdim olunur.
1735-ci ildə markiz Karlo Cinori Florensiya yaxınlığında çini istehsalı üzrə Doccia manufakturasını təsis etdi; sonradan bu istehsalat onun adını daşımağa başladı. XIX əsrdə brend geniş tanınmağa başladı: Pittoyadakı emalatxanalarda məşhur fransız rəssamlarının eskizləri əsasında əl ilə işlənmiş orijinal çini məmulatları hazırlanırdı. 1923-cü ildə şirkətin art-direktoru vəzifəsinə Co Ponti təyin olundu və 1933-cü ilə qədər bu postda çalışdı. “Co Pontinin onilliyi” brend üçün yeni yaradıcılıq mərhələsi oldu və Parisdə keçirilən Beynəlxalq Sərgidə Qran-pri mükafatı ilə yadda qaldı. 1950-ci illərdə dizayner Covanni Qariboldinin Colonna kolleksiyası nüfuzlu Compasso d’Oro mükafatını qazanaraq uğuru möhkəmləndirdi. 2013-cü ildən etibarən brend beynəlxalq nüfuza malik Kering Group holdinqinin tərkibinə daxildir.
Artıq üç əsrə yaxındır ki, Ginori 1735 İtaliya üslubunun və qüsursuz keyfiyyətin simvolu olaraq lüks seqmentli çini istehsalı və dizaynında aparıcı mövqelərdən birini tutur. Brend ötən illər ərzində və bu gün də görkəmli dizaynerlər, modelyerlər, rəssamlar, memarlar, dekoratorlar və kino sənayesi nümayəndələri ilə əməkdaşlıq edir. Onların sırasında sənaye dizaynerləri Akille Kastilyoni, Anjelo Manjarotti, Luka Niketto, Konstans Qisse, rəssam və dekorator Lyuk Edvard Holl, eləcə də Gucci moda evinin keçmiş kreativ direktoru, məşhur modelyer Alessandro Michele yer alır.
Ənənə ilə innovasiyanı vəhdətdə birləşdirən Ginori 1735 çini və kristaldan süfrə kolleksiyaları, çəngəl-bıçaq dəstləri, art-obyektlər, suvenirlər, mebel və interyer dekoru, işıqlandırma elementləri, tekstil məmulatları istehsal edir, həmçinin Cafè Ginori konsepsiyası çərçivəsində hospitality layihələri həyata keçirir. Brendin loqotipi olan tac — sənətkarlıqla incəsənətin sinerjisinin rəmzidir və yarandığı gündən bəri onun fəlsəfəsinin əsasını təşkil edir. Florensiyada yerləşən Manifattura Ginori 1735 çoxəsrlik bədii ənənələrin yüksək texnologiyalarla inkişaf etdirildiyi unikal istehsalat məkanıdır. Ginori 1735 müasir Renessansın təcəssümüdür — ali sənətlə gündəlik həyatın estetik zövqünü bir araya gətirən harmonik sintezdir. Brendin üslubu dövrümüzün rəssam və vizionerlərinin yeni baxışını, onların fərqli yaradıcılıq maneralarını və orijinal müəllif səsini əks etdirir.
Ginori 1735 kolleksiyalarındakı hər bir məmulatın yaradılması çoxmərhələli prosesdir: hər şey müəllif eskizi və formanın əl ilə modelləşdirilməsi ilə başlayır, daha sonra qəlibləmə, şirələmə və 1400°C-yə qədər temperaturda bir neçə dəfə bişirilmə mərhələləri həyata keçirilir. Növbəti mərhələdə məmulatlar təbii piqmentlər, qızıl və platinlə əl ilə rənglənir, həm sənətkarlıq, həm də sənaye üsulları ilə dekor edilir. Ginori 1735 məhsulları ən ciddi keyfiyyət nəzarətindən keçir — satışa yalnız tam qüsursuz nümunələr buraxılır.
Ginori 1735-in geniş distribütor şəbəkəsinə Florensiya, Milan, Paris, Seul və Londonda yerləşən monobrend butiklər, eləcə də Harrods London kimi nüfuzlu univermaqlarda və Avropa, Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionunun 40-dan çox ölkəsində ixtisaslaşmış multibrend mağazalarda kornerlər daxildir. İndi bu siyahıya Bakının Ambiance butiki də əlavə olunub. Brend həmçinin bir sıra lüks otel şəbəkələri və Michelin ulduzlu restoranlarla tərəfdaşlıq edir. Onun rəsmi e-ticarət platforması 30-dan çox ölkəni əhatə edir.
Ginori 1735-in təqdim etdiyi kolleksiyalar arasında brendin rəng, forma və ornamentlə işləmə bacarığını əks etdirən Oriente Italiano xüsusi yer tutur. Yemək, çay və qəhvə servislərindən tutmuş art-obyektlərə və ev aksesuarlarına qədər bütün elementlər ekzotik Şərq motivləri ilə klassik Avropa formalarının zərif sintezini nümayiş etdirir. Kolleksiyanın tanınan xüsusiyyəti — Şərq arabeskalarından və İtaliyanın əfsanəvi Faenza keramikasından ilhamlanan ənənəvi a Garofano çiçək motivi və qızıl işləmələrlə vurğulanan dekorativ detallardır.
Oriente Italiano ilə yanaşı, Ginori 1735 müxtəlif dövrlərdə formalaşmış digər kolleksiyaları da təqdim edir: Labirinto, Catene, Diva, Il Viaggio di Nettuno və digər seriyalar. Bu kolleksiyalar bütövlükdə brendin fəlsəfəsini və DNT-sini əks etdirir — zərif eleqantlıq və yaradıcı azadlığın vəhdəti, İtaliyanın zəngin mədəni və bədii irsinə söykənən sənətkarlıq ənənələri, qüsursuz zövq, müasir dizayna yenilikçi baxış, cəsarətli rəng seçimi və klassik formaların müasir interpretasiyası. Məhz bu yanaşma Ginori 1735-in zamanüstü, innovativ və vizioner bədii dilini formalaşdırır.
Ginori 1735 brendi Azərbaycan ərazisində eksklüziv olaraq Italdizain şirkəti tərəfindən təqdim olunur.
Ünvan: Ambiance butiki, 28 May küçəsi, 5A, Bakı, Azərbaycan
Əlaqə telefonu: +994 (12) 498-62-94
Brend və kolleksiyalar haqqında daha ətraflı məlumatı aşağıdakı ünvandan əldə edə bilərsiniz:
https://italdizain.az/ru/brands/ginori


