NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Vəfa Əsədovanın Hekayəsi: İncəsənət Aləminə Səyahət

Vəfa Əsədova uşaqlıqdan təbiətin gözəlliklərini, insanların bənzərsizliyini kətan üzərində çəkə bilən rəssamların məharətindən ilhamlanaraq rəssam olmaq arzusunda olub. Onun rəsmə olan həvəsi məktəb illərində alovlanıb və o vaxtdan onun arzularına doğru irəliləməyinə səbəb olub.

Orta təhsilini başa vurduqdan sonra Qərbi Kaspi Universitetində interyer dizaynı ixtisası üzrə təhsilini davam etdirən Vəfa daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetini müvəffəqiyyətlə bitirib. O, müxtəlif vasitələrlə təcrübələr aparmaqdan həzz alsa da, onu həqiqətən sözün əsl mənasında valeh edən yağlı boya rəsmləri olub. İstedadın, ideyanın böyük nəticələrə gətirib çıxara biləcəyinə inanan Vəfa daim özümü mükəmməl hala gətirmək üçün çalışıb.
Vəfa 10 ildən artıq müddət ərzində Tatyana Keser və Eldar Qurbanov kimi dəyərli sənətkarların rəhbərliyi altında sənət qabiliyyətini təkmilləşdirib. Bu əvəzolunmaz təcrübələr Vəfa üçün ilham və öyrənmə qaynağı olmaqla onun sənət dünyasındakı səyahətinin formalaşmasında əvəzsiz rol oynayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Nəhayət, fevralın 15-də “Rus evi” mədəniyyət mərkəzində Vəfa Əsədovanın “Mənim ilhamım” adlı ikinci fərdi sərgisi keçirilib. Sərgidə təbii mərmərdən, epoksi qatrandan hazırlanmış və qiymətli daşlarla bəzədilmiş masalar və epoksi divar saatları ilə yanaşı, yağlı və akril rəsm əsərlərinin kolleksiyası nümayiş etdirilib. Bu hadisə onun sənət yolunun daha bir mühüm mərhələsi olub.

Vəfa Əsədova bu gün Rəssamlar İttifaqının üzvüdür və öz gözəl yaradıcılıq nümunələri ilə dünya sənətsevərlərini valeh etməyə davam edir. Onun sənət əsərləri ilə daha ətraflı tanış olmaq üçün “İnstaqram” səhifəsinə daxil olun: @artselins_vafaasad.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/