NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Kulinariya sənəti – Zamandan üstün cazibə

275 ildən uzun, zəngin tarixə malik Villeroy & Boch müstəsna sənətkarlığı və innovativ dizaynları ilə tanınır. Bugünkü qonağımız brendin unkial irsi, onun Azərbaycan bazarında tutduğu istiqaməti və müştərilərin rəngarəng zövqlərini qarşılamaq üçün müəyyənləşdirdiyi qlobal yanaşması haqqında fikirlərini bölüşəcəkdir. NARGIS jurnalının bu buraxılışında, Villeroy & Boch – un satış üzrə direktoru Andreas Şenfelder ilə birlikdə heç zaman dəbdən düşməyən süfrə əşyaları və keramikanın zamandan üstün cazibəsindən söhbət açacayıq. Bizə qoşulun!

Brendinizin unikallığı nədədir?
Villeroy & Boch brendinin unikallığı, 275 il ərzində brendin qurulma ardıcıllığındadır. Bundan əlavə, alıcıların zövqünə və onların doğru dekor və məhsullarla təmin olunmasına böyük önəm verilməsindədir. Bu, davamlılıq, keyfiyyət və brendin effektiv qurumasının ahəngidir.

Azərbaycan bazarında işləməyin hansı özəllikləri var?
Bizim Azərbaycanla 25 ildir ki davam edən davamlı əməkdaşlığımız var. Bilirəm ki, burada yaşayan insanlar ailəyə böyük önəm verir. Bu xüsusiyyət təklif etdiyimiz dekorlarda öz əksini tapır. Tarixi elementlərlə bəzədilmiş və ənənəvi dekorlar xüsusi ilə gözəl rezonans doğurur.

Müxtəlif ölkələrdən olan Villeroy & Boch istehlakçıları arasında fərqlər varmı?
Bəli, əlbəttə. Biz öz yanaşmamızı seqmentləşdiririk ki, istehlakçı və alıcılarımıza daha effektiv xidmət göstərək. Azərbaycanda ənənəvi şoppinqə böyük meyllilik müşahidə edirik. Buna baxmayaraq, müasir və tərzli variantlara da maraq artmaqdadır. Burada ticarət mərkəzlərini gəzsəz, brendlər arasında əhəmiyyətli dərəcədə müasirləşmə tendensiyasını görə bilərsiniz. Buna baxmayaraq, digər ölkələrə, məsələn ABŞ və ya Avropaya nisbətən ənənəviliyi sevənlər yenə də dominant qrup olaraq qalır.

İstehlakçıların sürətlə dəyişən seçimlərinə necə uyğunlaşırsınız?
Alıcı davranışları və seçimlərinə gəldikdə, biz, geniş kəmiyyət və keyfiyyət araşdırmaları aparırıq. Məsələn, biz yeni bir şey hazırlayan zaman, yalnız çoxlu sayda aparıcı dünya dizaynerləri ilə məsləhətləşmirik, həmçinin dəb və interyer dizayn tendensiyalarını da analiz edirik. Bundan sonra, müxtəlif bazarlarda, geniş sınaqlar aparırıq, çünki zövqlərin müxtəlif olduğunu yaxşı bilirik. Daha sonra isə istehsala başlayırıq.

La petite Boule collection

Afina collection

Brendin hansı məhsulları Azərbaycanda xüsusi uğur qazanmışdır və hansı faktorlar bu uğura səbəb olmuşdur?
Bəli, Azərbaycanda dekor reytinqimiz digər ölkələrdən fərqlənir. Əsas seçimimiz, bəzi Asiya ölkələrinin bazarlarında məşhur olan Audun – dur. Digər klassik seçim isə şirkətimizin irsi ilə bağlı olan alman və fransız təsirlərinin ahəngindən yaranmış French Garden – dir. Və nəhayət, Azərbaycanda müsəlmanların sayı üstünlük təşkil etməsinə baxmayaraq, burada milad dekorları kifayət qədər populyardır. Onun neytral və ənənəvi dizaynı, dekoru universal və cazibədar edir.

Şübhəsiz ki, Villeroy & Boch tələbat görən brenddir və bir çoxları öz evlərində onun məhsullarını görmək istəyir. Sizin fikrinizcə, hər bir ev üçün zəruri olan kolleksiyalar və ya əşyalar hansılardır?
Tariximiz və bünövrəmiz klassik süfrə əşyalarına əsaslanır və boşqablar, çəngəl – qaşıqlar və stəkanları əhatə edir. Lakin hal – hazırda hədiyyə bölməsinin vacibliyini qədul edərək, biz, öz fəaliyyət sahəmizi Dining və Lifestyle adlandırırıq. Hədiyyələrin verilməsi toy çərçivəsindən kənara çıxır, süfrə qab – qacağını və ev dekorunu əhatə edir. Bu sahədə, biz keramikadan olan irsimizə - güldanlar, külək fənərləri və sürətlə inkişaf edən digər ev dekoru əşyalarına müraciət edirik. Yalnız süfrə deyil, dekorativ mətbəx əşyalarının hədiyyə olaraq verilməsi çox gözəl ənənədir.

Qab – qacaq dünyasında hansı dünya tendensiyalar hazıl hazırda daha böyük əhəmiyyət kəsb edir?
Deyərdim ki, qab – qacaq sahəsində ən böyük tendensiya keramikadır. Bu beş – on il bundan öncə başlamış və bizim də çox fəal olduğumuz restoran biznesindən irəli gəlir. Bundan başqa, daha açıq rənglərə qayıdışı müşahidə edirik. Bir neçə il, hətta üç və ya dörd il bundan öncə daha tünd rənglər populyar idi. İndi isə insanlar daha açıq və parlaq rənglərə üstünlük verir. Hətta, Azərbaycanda hər zaman öz qüvvəsini saxlayan çiçəkli dekorun da geri dönüşünü qismən hiss edirik. Digər regionlarda isə tendensiya daha neytral olub. Qara və ağ rənglər üstünlük təşkil edirdi. Paltarlarda olduğu kimi bu sahədə də iri güllərin qayıdışını müşahidə edirik.

Bu zaman ərzində hansı ənənələr və innovasiyalar şirkətə lider mövqeyini qoruyub saxlamağa kömək edib?
Güclü olduğumuz və fəxr etdiyimiz cəhətlərimizdən biri mühəndis imkanlarımızdır. Hotel biznesində, xüsusən də məhsulun keyfiyyətinin və uzunömürlüyüyün vacib rol oynadığı hotellərdə və restoranlarda möhkəmlənmiş mövqeyimiz var. Məhsulun keyfiyyətində ön sıralardayıq. Qlobal biznesimizin əhəmiyyətli hissəsi də hamam və velnes sektorundadır. Buna görədə biz öz işçi qüvvəmizi demək olar ki, iki dəfə artırmışıq. Bu işə başlamağımızla qlobal miqyasımız daha genişlənmiş və biz bu sahədə də öz imzamızı atmışıq.

Villeroy & Boch -un Azərbaycanda rəsmi distribüteri İtaldizain – dır.
Ünvan: 28 may küçəsi, 22A, Bakı, Azərbaycan. Hüseyn Cavid prospekti 22, Bakı, Azərbaycan.
Telefon: +994 (12) 498-03-33, +994 (12) 510-91-26
www.Italdizain.az