NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Art-de-Light ilə işığın dili

Art-de-Light – işığın yaddaş daşıyıcısına, şəxsi xatirələrin isə vizual dilə çevrildiyi layihədir. İlqar Rüstəmbəylinin işləri pop – epoksid qətranı ilə qrafik xətləri və latyboksun yüngül parıltısını birləşdirərək art estetika ilə emosional dərinlik arasında balans yaradır. Bu müsahibədə rəssam incəsənətə gedən yolu, ilham mənbələri və daxili təcrübənin işığın formasını alması haqqında danışdı.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Art-de-Light layihəniz haqqında ətraflı məlumat verə bilərsinizmi?

Art-de-Light – mənim, epoksid qətranı və işığın vəhdətinin ayrı bir bədii dilə çevrildiyi müəlliflik layihəmdir. Mənim işlərim – pop – art stilistikanın işığın dərinliyi və yüngül laytboks parıltısı ilə görüşdüyü işıq pannosudur. Onlar sevinc və istilik bəxş edir, məkanı işıqlandırır və tamaşaçıda daxili rahatlıq hissi yaradır.

İşləriniz üçün mövzuları necə seçirsiniz?

İşlərimin mövzusu demək olar ki hər zaman şəxsi hekayə ilə bağlıdır: uşaqlıq xatirələri, səyahətlər, tanış anlar, sevimli içkilər və əşyalar, simvollar, atlar, meyvələr – həyatımı müşayət edən və iz buraxan hər şey. Bu cür səmimiyyətin nəticəsi olaraq əsərlər universallıq qazanır: hər bir izləyici bu işlərdə özünə aid, ürəyinə yaxın və qəlbini isidən nəsiə tapır.

Siz incəsənət dərhal gəlməmisiniz. Bu yol necə başladı?

Mən Bakıda doğulmuşam, lakin həyatımın əhəmiyyətli hissəsi Azərbaycandan kənarda keçib. Uzun müddət böyük beynəlxalq şirkətlərdə çalışmış və biznes dünyasının bir üzvü olmuşam. Lakin içimdə hər zaman incəsənət sevgisi olub. Rəsm çəkmək məni uşaqlıqdan müşayət etsə də, heç vaxt rəssamlıqla professional səviyyədə məşğul olmamışam. Həyat yoldaşım Liliyanın dəstəyi isə mənim üçün dönüş nöqtəsi oldu. O, uzun illər ərzində mənə ilham verir, istedadıma inanır, kətanlar hədiyyə edir və məni incə - incə yaradıcı təcrübələrə sövq edirdi.

Bu gün Art-de-Light artıq formalaşmış bədii dildir. Materiallarla necə işləyirsiniz?

Çox qatlılıq mənə yaxındır. Epoksid qətranı dərinlik hissi verir, qara xətlər struktur bəxş edir, rənglər emosiya ötürür, işıq isə bütün kompozisiyanı canlandırır. Hər bir işin iki halı var: gündüzlər o, qrafik panno kimi, axşamlar isə - işığı yandırdıqda özünü tamamilə fəqli tərəfindən göstərir.

Sizin üçün bu sərginin mənası nədir?

Mənim üçün sərgi işıq, yaddaş və sevinc haqqındadır. Şəxsi anların incəsənətə çevrilməsi, incəsətin isə - daxili istilik mənbəyinə çevrilməsi barədədir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/