NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

“HAIR Rituel by Sisley”: Saniyələr içində dağınıq saçlardan ipək saçlara

40 ildən uzun bir müddət ərzində xüsusi mikrobioloji tədqiqatlar və davamlı laboratoriya sınaqları nəticəsində “HAIR RITUEL by Sisley” yarandı. 2018-ci ildə görkəmli Fransız dəriyə qulluq və gözəllik brendi saç dərisinə və saça zərif qulluq üçün nəzərdə tutulmuş ən son texnologiyadan istifadə edilərək hazırlanmış altı məhsuldan ibarət hərtərəfli bir xəttin təqdimatını etdi. 2024-cü ildəyik və artıq bu xətt 15 məhsuldan ibarət çox yönlü bir kolleksiyaya çevrilib. Premium bitki ekstraktları, efir yağları və təsirli aktiv maddələrin harmonik qarışığı ilə zənginləşdirilmiş bu məhsullar nəmləndirmə, canlılıq, ətraf mühitin təsirindən qorunma və bu kimi digər müxtəlif saç problemlərini həlli üçün mükəmməl vasitələrdir. Bu, elmi yeniliklərin və botanika dəbdəbəsinin xüsusi birləşməsidir və “Sisley”in həm qadınlar, həm də kişilər üçün qabaqcıl və effektiv gözəllik həlləri üçün etdiyi davamlı cəhdlərinin göstəricisidir.

Nərmin Kazımzadə

  •  
  •  
  •  
  •  
/

“Restructuring Conditioner”“Gentle Purifying” şampununu seçərək günə ən yaxşı şəkildə başlayın. Java çayı ekstraktı ilə zəngin olan bu şampun saçınızı zərifcə təmizləyir, çirkləri tamamilə yox edir və saçınızın dərinizə təravət hissi bəxş edir. Bundan əlavə, saçlarınız daha yüngül, daha həcmli və parlaq bir görünüş qazanacaq. Onu pambıq zülalı ilə zənginləşdirilmiş fərahladıcı birləşdirdikdə artan parlaqlıq, daha yaxşı müqavimət və daha hamar saçlar əldə edəcəksiniz. Ev şəraitindən mükəmməl salon təcrübəsi üçün gözəl ətirli “Precious Hair Care Oil”dən də istifadə edə bilərsiniz. Marakuya, pambıq və morinqa yağlarının bu unikal qarışımı saçınızı nəinki qidalandırır və yumşaldır, həm də onları daha da parlaq hala gətirərək əlavə güc verir.

İstifadə qaydası: “Gentle Purifying” şampunundan iki dəfə istifadə etməklə başlayın və saçınızı hərtərəfli yaxaladığınızdan əmin olun. Nəmli saçınıza fərahladıcı vuraraq 2-3 dəqiqə saxlayın. Duşdan sonra nəm və ya quru halda saçınızın orta hissəsinə və uclarına az miqdarda saç yağı sürtün. Beləliklə, evinizdən kənara çıxmadan salona bənzər təcrübədən həzz alın.

Leyla Hüseynova

  •  
  •  
/

Dərhal yumşaqlıq, güc və parlaqlıq əldə etməyi hədəfləyərək, saçlarınız üçün tez başa gələn bir seçim istəyirsiniz? Vitellariya, makadamiya, kameliya və fındıq yağları ilə zənginləşdirilmiş transformativ “Regenerating Hair Care Mask” sizin üçün ən yaxşı seçimdir. İzninizlə, bu maskanın əsl yön dəyişdirici olduğunu vurğulayaq! Bitki ekstraktlarından, zülaldan, vitaminlərdən və minerallardan bol olan b formula həm köklərə, həm də saçınızın özünə tətbiq edə bilməyiniz üçün hazırlanmışdır. Bu dinamik maska nəinki saç dərisini cavanlaşdırır, həm də zədələnmiş saçları kökündən möhkəmləndirir, bununla da, sizə fərah və möhkəm saç telləri vəd edir.

İstifadə qaydası: Təzə yuyulmuş və nəm saçlarınıza həftədə bir dəfə bu sehrli maskanı tətbiq edin. Köklərdən başlayaraq saçınızın uclarına qədər irəliləyin. Saçınızın dərisini yumşaq şəkildə masaj edin, maskanı saxlayın və cəmi 10 dəqiqədən sonra xəyal etdiyiniz ən yumşaq və ən parlaq saçlara sahib olacaqsınız.

Yasəmən Əliyeva

  •  
  •  
/

Artıq saçlarınız güclü və sağlam olduğuna görə bu effekti qorumaq daha vacibdir, elə deyilmi? Bu məsələdə köməyinizə çatacaq “The Cream 230” kremini təqdim edirik. Yenilikçi “Complex 230” formulası ilə hazırlanmış bu yuyulma tələb etməyən saç baxım kremi, hətta 230 dərəcə istiliyə qədər olan temperaturda da saç tellərinizi müxtəlif saç alətlərinin istisindən qorumaqla qoruyucu rolunu oynayır. Nəticə? Kontrol edilə bilən, ipək kimi, formaya salınması rahat olan saçlar, hər dəfə fendən istifadə etdiyinizdə daha da fərqli bir təcrübə olacaq. Testdən keçmiş və təsdiq edilmişdir!

İstifadə qaydası: Optimal qoruyucu funksiya üçün hər hansı isidici saç baxım alətindən istifadə etməzdən əvvəl “The Cream 230” kremini nəm və ya quru halda saçınıza çəkin, əsasən uclarına diqqət yetirin. Bonus olaraq, bu krem saç düzümü seansları boyunca saçınızın qidalanmasını və qorunmasını təmin edərək fərahladıcı rolunu da oynayır. Salon tərzində nəticələr əldə etmək üçün bu krem çox sadə bir addımdır!