NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

2021-ci ildə bütün bürclər üçün horoskop

Metal öküz ili 12 fevral 2021-ci il tarixində başlayır. Lakin əslində yeni il 2 dekabr 2020-ci ildə – qış gündönümündə başlayıb. Və il iki planetin - Yupiter və Saturnun Dolça nişanına keçidi zamanı başlayıb, bu da Dolça dövrünə tam hüquqlu keçid hökmü verir. Yupiterin Dolça bürcündə olması – cəmiyyətdə öz mövqeyini genişləndirməyə cəhd göstərmək, birləşmək üçün həmfikirlərinin axtarışı, azadlıq və qardaşlıq prinsiplərinin yayımıdır, amma bu mənəvi yaxşılığın və pisliyin dəqiq bölünməsidir. Saturn Dolça bürcündə orijinal inkişaf sisteminə tələbatı, daxili azadlıq və şəxsi mənəvi yüksəkliy istəyidir. Öküz ili həmişə yuvalarını və əmlakını qoruyan zəhmətkeşlərə və ailəcanlılara uğur gətirəcək. Uğur inadkar və dözümlülərin üzünə güləcək!

Model: Aynur Guzel

Qoçlar tez bir zamanda gələcək planlarını dəyişməli və yeni şəraitə uyğunlaşmalı olacaqlar. Sosial layihələrdə dostlarınıza və həmfikirlərinizə arxalanacağınız yeni perspektivlər açılacaq. İstənilən sosial platformalarda dünyanı yaxşılaşdırmaq üçün səy göstərən insanları birləşdirən müttəfiq komanda yığa bilərsiniz. Yeganə şərt - səy göstərmək və öz üzərinizə götürdüyünüz vəzifəyə məsuliyyət ilə yanaşmaqdır. Bu sizi əhəmiyyətli edəcək və ilin sonuna sizə şöhrət və uğur qazandıracaq.



Model: Murad Gulubayli

Buğa bürcü altında doğulanları tale peşə və karyera seçiminə ciddi yanaşmağa məcbur edir. Yalnızca gəlir deyil sizi pulsuz qoymayacaq arzunuzun arxasınca getməyi düşünməyinizin vaxtıdır. Fəal və cəsur olun, uyğun vaxtı gözləmək lazım deyil, çünki yeni il ən uyğun vaxtdır. Əsas məqsədi təsdiqləməyin və uzatmadan ipi əlinizə almağın tam zamanıdır. Əks halda gündəlik problemlərin içində uzun müddət batıb qalacaqsınız.



Model: Teymur Aslanov

Əkizlər bürcünün bu ilki strategiyası, məlumat cəngəlliyindən çox dəyərli bir şeyi çıxarmaq və sanki bilik körpüsü yaradaraq onu ötürmək üçün bir fürsətdir. Sizin üçün vacib olanları öyrətməyin vaxtıdır, biliklərinizi artırmağın və əxlaq və mənəviyyatla zənginləşdirməyin vaxtıdır. O zaman sizi ciddi qarşılamağı öyrənəcəklər, bu o deməkdir ki, ciddi layihələrə qapılar açılacaq və xüsusilə Vətəndən kənarda qlobal planlar reallaşacaq. Qoruyub qiymətləndirilməli olduğunuz partnyorluq münasibətləri də əhəmiyyət daşıyacaq.

Model: Aisel

Xərçəng bürcü altında doğulanlar üçün cəsarət toplayıb və özlərinə qapanmaqdan qurtulmağın tam vaxtıdır! Bu il mütləq risk almalısınız! Pul vəsaitini, bəlkə də mirası düzgün şəkildə idarə etmək lazımdır. Maliyyə məsələlərini həll etmək və öncədən hazırlaşıb həmişə olduğu kimi təxirə salmamaq yaxşı olardı. Öncədən planlaşdırılan kapital uğurlu olacaq. Kiminsə ezoterika dünyasına qərq olmaq arzusu yaranacaq, siz öz ruh halınızı götür qoy edib və çoxdankı qorxuların öhdəsindən gələ biləcəksiniz.




Model: Tural Asadov

Şir bürcü altında doğulanların partnyorluq əlaqələrini yaxşılaşdırmaq və ikinci yarılarını sevindirmək imkanları olacaq. Düzdür, bunun üçün “taxtdan enmək” və sevgi sahəsində çalışıb-çabalamaqları lazımdır. Subay Şirlər üçün isə Amur qapıları açılacaq və parlaq hisslər onları gözlənilmədən bürüyəcək. Açılış fürsətlərini əldən verməməyə çalışın və rəsmi münasibətlərə girməkdən çəkinməyin. Bu bürcün işguzar nümayəndələri uzun müddətli etibarlı iş ortaqları əldə edəcəklər.


Model: Elnara Bakir

Gündəlik həyatda və işdə günah hissi yükünü daşıyan Qızlar nəhayət ki, layiqincə dəyərləndiriləcəklər. Amma bu onların istirahət edəcəkləri demək deyil! İstənilən sahədə kifayət qədər iş olacaq, lakin bu əvəzolunmazlıq və əhəmiyyətli olmaq hissi verərək sevindirəcək. Sizə və sizin köməyinizə həqiqətən ehtiyac duyulacaq. Fədakarlıq və vacib bir şeyə xidmət etmək vəziyyəti sizi xeyriyyəçilik sahəsində ciddi sosial layihələrə cəlb edəcək. Kimsə yəqin ki, iman və ümumiyyətlə ibadət məsələrini yenidən nəzərdən keçirəcək.

Model: Naila Aliyeva

Tərəzilər üçün yaradıcılıq sahələri açılacaq, ancaq xəyallarınızı reallaşdırmaq üçün çox çalışmalısınız. Gücünüzə şübhə etməyin, bacarıqlarınız mütləq qiymətləndiriləcək. Ailəli Tərəzilərin övlad sahibi olmaları yaxşı olardı, övladınız sizi qoruyan mələklər olacaqdır. Tənhalar öz digər yarısını tapa biləcək və eşq sehrinə qərq olacaqlar. Qətiyyətli olun və yeniliklərə açıq olun.

Model: Laman

Əqrəblərin əmlak alışında, öz yuvalarını qurmaqda və möhkəmləndirməkdə üzlərinə uğur güləcək. Siz əcdadlarınızın qoruması altında olacaqsınız, səy və iradə gücü göstərərək Vətəninizdə bütün sahələrdə uğur qazana biləcəksiniz. Yaxınlarınızı özünüzə tabe etməməyə çalışın, komanda oyunçusu olmağı öyrənin. Ailəniz və yaxınlarınız sizin qayğınızı və diqqətinizi tələb edəcək.

Model: La Mia Colazione

Oxatanları eşidilmələri və qəbul edilmələri üçün kommunikasiyada öz imkanlarına baxış açılarını başqa cür dəyərləndirməlidirlər. Siz özünüzü başqa cür təqdim etməyi öyrənməlisiniz. Biliyə can atmaq və yeni bir şey öyrənmək həyatda düzgün naviqator seçməyə kömək edəcək. Yeni əlaqələr, səfərlər uğurlu perspektivlər açacaq. Yeni və bilinməyənlərin axtarışında yaxınlarınızın, əsasən də sevdiklərinizin inamını itirəcəksiniz.


Model: Rashidah Suleymanova

Yeni il ərəfəsində maliyyə sahəsində uğur oğlaq Bürclərinin üzünə gülə bilər. Bütün il ərzində sizin öz biznesinizi genişləndirmək və ya maaş artımını tələb etmək imkanınız olacaq. Lakin pullarınızı şopinqə və ya səyahətlərə xərcləmək lazım deyil, yaxşısı budur, bağ evi və ya keyfiyyətli mebel alasınız, ya da əsaslı təmir edəsiniz. Əgər siz düzgün həyat tərzi tərəfdarısınızsa, o zaman sizin energetikanız əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Odur ki, prioritetləri gözdən keçirmək lazımdır.

Model: Anastasia Gizerskaya

Yeni ilin Fortunası uzun müddətdir üzərində işlədikləri ideyaların həyata keçirilməsi üçün Dolça bürcü altında doğulanların üzünə gülümsəyəcək. Sizin yeni planlarınız olacaq, hətta ən orijinal və ilk baxışda gülünc görünən layihələri ətrafdakılar gözəl qarşılayacaq. Çalışın düşüncələrinizi həyata keçirmək üçün torpaq bürclərindən dəstək alasınız, ilin sonunda maliyyə gəliri şəklində bonuslardan məmnun olacaqsınız.

Model: Feliks Vishnevetskiy

Balıqlar üçün Yeni ildə bilinməyənlərin üstü açılacaq, lakin sirlərlə üzləşmək və məsuliyyətdən qaçmamaq üçün səbrli olmaq və cəsarət toplamaq lazımdır. Özünüzü ezoterika sahəsində sınaya, ya da gizli təşkilata daxil ola bilərsiniz, gizli bacarıqlarınızı inkişaf etdirmək və gücləndirmək üçün şansınız böyükdür. Bu cür dəyişikliklər fonunda xroniki xəstəliklər yarana bilər, özünüzə və yaxınlarınıza qarşı diqqətli olun!

Moёt & Chandon şampanı uğur, lüks və zərafət simvoludur. Tarixi 1743-cü ildən başlayan Moёt & Chandon evi dünyanı ilk dəfə şampanla tanış etdi. Yüksək keyfiyyətli şərabları, əfsanəvi ənənələri və yenilikçi ruhu ilə ən qədim və məşhur şampan evi olaraq bu şöhrəti layiqincə daşıyır. 270 ildən çoxdur ki, Moёt & Chandon şampanı olmadan əsl ziyafət gecələrini təsəvvür etmək mümkün deyil. Moёt & Chandon bütün hadisələr, əhvallar və dadlar üçün uyğun olan unikal şərabların geniş seçimini təklif edərək şampan sehrini bütün dünya ilə paylaşır. Moёt İmpérial nişanından "Grand Vintaje Collection" kolleksiyasına qədər, Moёt Rosé İmpérial-dan Moёt İce İmpérial-a qədər hər növ şampan öz möhtəşəmliyi ilə heyran edir, əla keyfiyyəti valeh edir, parlaq və əlvan meyvə buketi, ləziz dadı və incə ətri ilə cəlb edir.