İtaliyanın Ginori 1735 brendi xoşbəxtlik və uğur arzularını zərif formalarda təcəssüm etdirən yeni Fortunae kolleksiyasını təqdim edir. Kolleksiyaya hədiyyəlik çini məmulatlar və ev aksesuarları daxildir. Bu nümunələr həm əziz tutulmaq və gündəlik istifadə olunmaq, həm də hədiyyə edilmək üçün yaradılıb. Kolleksiya gündəlik həyatın kiçik jestlərinin rəmzi dəyərini, özümüz və başqaları üçün etdiyimiz yaxşılıqların gözəlliyini ön plana çıxarır.
Fortunae kolleksiyasının əsasında sadə və ümumbəşəri bir fikir dayanır: uğur yalnız inanılacaq bir məfhum deyil, həm özümüzə, həm də başqalarına arzuladığımız və bölüşdüyümüz bir nemətdir. Əşyada təcəssüm tapan düşüncə, çinidə forma alan xoş arzu.
Bu baxış hər bir nümunəsində dekorativliklə funksionallığı ahəngdar şəkildə birləşdirən kolleksiyanın yaranmasına ilham verib. Bunlar sadəcə seyr etmək üçün nəzərdə tutulan əşyalar deyil, şəxsi xatirələri, xüsusi günləri və mənalı anları yaşadan gündəlik həyat yoldaşlarıdır.
Kolleksiyanın ilham mənbəyi İntibah dövrünə gedib çıxan, Mediçi sarayı ilə əlaqələndirilən və sonralar bütün Avropaya yayılan «Qaz oyunu»dur (Game of the Goose). Oyunun motivləri rəmzlər və təsirli detallar vasitəsilə müasir dekorativ üslubda yenidən şərh olunur.
Qabın qapağındakı qaz fiquru, mücrünün üzərindəki cırcırama, dördyarpaqlı yonca, nal, zərlər, açar və parabüzən, bütün bu elementlər qayğısızlığı, uğuru və yeni imkanları simvolizə edir. Ginori 1735-in estetik yanaşması sayəsində həmin motivlər incəlik, vizual ifadəlilik və zərif yumor qazanır.
Fortunae müxtəlif təyinatlı əşyaları və onlarla bağlı rəmzləri vahid bədii baxış ətrafında birləşdirir. Dekorativ nümunələr, süfrə ləvazimatları və müasir kiçik talismanlar bir-birini təbii şəkildə tamamlayaraq çoxsaylı kombinasiya imkanları yaradır. Müxtəlif əşyaları bir araya gətirib dəst şəklində hədiyyə etmək, fərqli xoş arzuları, əlamətdar hadisələri və zövqləri əks etdirən fərdi seçimlər hazırlamaq mümkündür. Hər bir belə dəst özünəməxsus mənalar aləminə çevrilərək hədiyyə vermək jestini daha da zənginləşdirir və kolleksiyaya yeni baxış bucaqları açır.
Kolleksiyanın dekorativ dili də bu konsepsiyanı əks etdirir. Hər naxış özünəməxsus olsa da, ümumi kompozisiya axıcılığını qoruyur. Hər bir təsvir bəzədiyi əşyanın formasına uyğun işlənərək forma ilə ornament arasında ahəngdar vəhdət yaradır. Açıq rəngli fonlar, çoxrəngli detallar və qızılı vurğular uğuru simvolizə edən qırmızı, arzuları ifadə edən mavi, moka qəhvəyisi və zərif seladon çalarları ilə növbələşir. Bütün bunlar birlikdə zəngin və ifadəli rəng palitrası formalaşdırır.
Kolleksiyaya sinilər, çaydanlar, fincanlar, dekorativ mücrülər, çini miniatürlər, espresso dəstləri və müasir talismanlar kimi düşünülmüş kiçik bəzək əşyaları daxildir.
Ginori 1735 brendinin Azərbaycandakı eksklüziv rəsmi distribütoru Italdizain şirkətidir. Brendin məhsulları ilə Ambiance butikində tanış olmaq mümkündür.
Ginori 1735 brendi və kolleksiyaları haqqında ətraflı məlumat üçün: https://italdizain.az/en/brands/ginori


