Gilan yeni "Colors of Light" kolleksiyası ilə Bodrumda işıq saçır!
Gilan brendi "Colors of Light" adlı yeni kolleksiyası ilə yay zövqünü təqdim edir... Gilan zərgərlik dünyasını öz işığı ilə nurlandırır. Egey dənizinin sahilində yerləşən Mandarin Oriental Bodrum mağazası "Colors of Life" zinət əşyaları kolleksiyasının sevərlərini bir araya toplayır.
İstanbul və Anadolunun unikal mədəniyyət zənginliyindən ilhamlanaraq Türkiyənin Gilan zərgərlik markası bütün dünyaya uğurunu nümayiş etdirir. Brend bu yay möhtəşəm gözəlliyə malik yeni kolleksiyanı Bodrum Resort mağazasında təqdim etdi. "Colors of Life" kolleksiyası İstanbulun və Anadolunun rənglərindən, eləcə də dənizkənarı yalıların ənənəvi bağçalarından ilhamlanıb. Gilan özündə misilsiz formaları ilə qiymətli rəngarəng daşları birləşdirir. Kolleksiyaya əlavə olaraq bu yay Bodrum Resort butiki həmçinin "Tulipia" kolleksiyasını da təqdim edir.
Əsas kolleksiyalardan biri olan Gilan "Tulipia" kolleksiyasında İstanbulun əsas həyat obrazlarından istifadə olunub. Gilan özündə lalə gülünün formasını müasir cizgilərlə birləşdirib. "Tulipia" kolleksiyasından savayı Bodrum zərgərlik mağazasında İstanbul və Aralıq dənizindən ilhamlanmış müstəsna "Theodora" kolleksiyası da yer alır.
"Colors of Life" kolleksiyası İstanbulun bağçalarından, Bosfor boğazından və Aralıq dənizindən ilhamlanmışdır. Kolleksiya 43 unikal boyunbağı, sırğa və üzüklərdən ibarətdir. "Colors of Life" kolleksiyası çiçəklərin enerjisini və gücünü təcəssüm edir. Gilan markasının zərgərləri opal, sapfir, çəhrayı turmalin, zümrüd, yaqut, ay daşı, morqanit, yaşıl turmalin və sitrin kimi qiymətli daşlara nəfəs verirlər. Kolleksiya rəng ahəngi, müasir təraşlama və mirvari detalları ilə seçilir.
"Colors of Life" kolleksiyası Gilan brendin pərəstişkarları olan gənc və tərzli qadınları üçün İstanbulun sakit küləyinin timsalıdır. Öz qiymətli rəngarəng daşları və müasir dizaynı ilə yeni nəfəs gətirir.
"Colors of Life" kolleksiyası brendin orijinallığını və müasir rəng enerjisini nümayiş etməsi üçün bütün zinət əşyaları sevərləri Bodrum Mandarin Oriental Boutique şərq butikinə dəvət edir.