
Geneva Watch Days özünün beşinci ildönümünü qeyd edir və bu münasibətlə, 4-7 sentyabr tarixlərində Cenevrədə sərgi təşkil edilmişdir. Bu tədbir pandemiya dövründə ənənəvi sərgilərə çevik alternativ kimi yaradılıb və o vaxtdan bəri aparıcı saat evlərinin və müstəqil ustaların ən yaxşı əsərlərini açıqlıq və üslub mühitində nümayiş etdirdikləri unikal festival formasını alıb.
Seçdiyimiz ən parlaq və maraqlı modellərlə tanış ola bilərsiniz:
TAG Heuer artıq 165 ildir ki, avanqard saat sənətkarlığının əsl ruhunu və inqilabi texnologiyalardan istifadə etməklə yeniliklərə sadiqliyini nümayiş etdirir. “Qələbə üçün yaradılıb” şüarı ilə brend cəsarətli yeniliklərin, etibarlılığın və yüksək performansın zəngin ənənəsini bu gün də qürurla davam etdirir.
Zenith x USM Chronomater Revival dizayn və tarixi özündə ehtiva edən yeni modeli təqdim etdi. İki güclü brend – saatsaz Zenith və əfsanəvi modulyar mebel brendi USM bir araya gələrək Chromomaster Revival – ı ərsəyə gətirmişdir. Bu model, 1965 – ci ildə USM -im ikonik Haller sisteminin və məşhur El Primero hərəkətliliyinin nümayişinə ehtiramla hazırlanmışdır. Parlaq sarı siferblat və cəsarətli qrafik formalar saata həm müasir, həm də retro vurğular bəxş edib.
Furlan Marri zərif, eyni zamanda əlçatan saatların pərəstişkarlarını heyran etməyə davam edir. Disco Volante modeli, 1950-ci illərdə Audemars Piguet-in ikonik “UFO” formalı dizaynlarını xatırladır. Çoxqatlı quruluşu və cilalanmış qara oniks siferblatı ilə seçilən bu modelin zərifliyi baqet formalı süni brilyant indekslər və incə Milan qolbağı ilə vurğulanır. Nəticədə, model axşam geyimlərini mükəmməl tamamlayan incə bir görünüş yaradır.
Frederique Constant qürurla mavi və ya somon rəngli siferblatlı ilin əsas rəng çalarlı iki tamamilə yeni Classics Premiere modelini təqdim edir. İlk dəfə olaraq bu saatlarda çevik paslanmayan poladdan hazırlanmış qolbaq və korpusdan istifadə olunub. Kompakt 38,5 mm-lik korpusu ilə yeni modellər dəri kəmərlə olan əvvəlki versiyalara nisbətən daha şəhərli və müasir görünüş təqdim edir. Həm kişilər, həm də qadınlar üçün uyğun olan bu iki yeni Classics Premiere modeli gündəlik istifadə üçün yeni avtomatik saat axtaran kolleksiyaçıları, eləcə də ilk dəfə yüksək keyfiyyətli İsveçrə saatı almaq istəyənləri valeh edəcək.
Bvlgari Geneva Watch Days-ə rekord qıran Octo Finissimo modelinin ultra-nazik saatların yaradılmasında göstərdiyi davamlı səylərə həsr olunmuş misilsiz retrospektivlə qayıdır. Bu təşəbbüs Bvlgari-nin müasir yaradıcılıq cəsarətini və onun misilsiz saatsazlıq və zərgərlik ustalığını bir daha nümayiş etdirir. Üstəlik, brend yeni bir əməkdaşlıq təqdim edir: Octo Finissimo Lee Ufan x Bvlgari, koreyalı rəssam Lee Ufan ilə birgə yaradılmışdır. Bu saatlar Bvlgari-nin saat dizaynı üzrə icraçı direktoru Fabrizio Buonamassa Stigliani ilə rəssam Lee Ufan arasında ideya mübadiləsinin bəhrəsidir. İlham mənbəyi isə sənətkarın daş — sabitliyin rəmzi — ilə aynanın sonsuz əkslərini birləşdirən geniş yaradıcılığı olub.
Demək olar ki, Geneva Watch Days 2025 klassika, texnologiya, innovasiya və avanqard tərzi sevənlərin bir araya gəldiyi saatsazlıq sənətinin təntənəsidir. Sərgi bir daha sübut etdi ki, saatsazlıq dünyası yerində dayanmır və gözəllik və zəriflik həvəskarlarını heyran etməyə hər zaman hazırdır.