
İtaliyanın dünya miqyaslı irsə sahib brendi Frette 2025 Payız–Qış mövsümünü “Life of Quality” kolleksiyası ilə qarşılayır. Bu kolleksiya, gözəl yaşamaq sənətinə həsr olunmuş zərif bir tədqiqatdır; burada diqqət mərkəzində toxunuş və hisslərin incə təəssüratı dayanır. Kolleksiya iki fəsildə təqdim olunur — City Sanctuary və Countryside Retreat. Hər iki bölmə ev atmosferinə fərqli baxış bucağı gətirərək, həyat tərzini tamamlayan yeni bir ab-hava bəxş edir.
City Sanctuary Paris interyerlərindən ilham alır: burada “yağışlı səma”nın yumşaq çaları, zərif naxışlı jakkard və kaşmirin incə vurğuları Parisdəki yüngül səhər hissini oyadır. Bu xəttdə uzun lifli pambıqdan hazırlanmış Bold yataq dəstləri, boz–mavi tonlarda ikitərəfli Bold Bicolor, yun materialdan dekorativ yastıqlar (Luxury Wool Velvet və Adventure Cushion), eləcə də unikal texnika ilə, havalı kaşmir sapından toxunmuş Mouliné Blow Throw pledi təqdim olunur.
Countryside Retreat təbii harmoniya və rahatlıq hissinin hökm sürdüyü şəhərkənarı villa atmosferinə aparır. Kolleksiyanın palitrası zeytun və bej rənglərinin təbii çalarları üzərində qurulmuşdur. Burada, sakit rənglərdə Bold və Bold Bicolor, Adventure Cushion və Allure Neckroll yastıqlarına, həmçinin ipək saçaqlı Gipsy Throw yüngül pledinə rast gəlmək olar. Yekun tamamlayıcı toxunuş isə Unito Bath Linens — hər toxunuşu dərini yumşaqlıq və rahatlıq hissi ilə əhatələyən dəsmallar olur.
Kolleksiyanın hər bir əşyası sənətkarlarların əzmkar işi nəticəsində ərsəyə gəlmişdir: ən nazik pambıq sapların seçimindən tutmuş yekun məhsulun hazırlanmasınadək. Brend tərəfindən istifadə edilən parçalar və ev üçün nəzərdən tutulmuş aksesuarlarda əllərin istiliyi və sənətə qarşı ehtiram hiss edilir.
Avropada 500 – dən çox kral evləri öz malikanələrinin tərtibatını Frette – yə etibar etmişdir. Brendin parçaları Vatikan və əfsanəvi Orient Express qatarının interyerlərini bəzəmişdir. Bu gün Frette – yə dünyanın 1500 – dən çox otelində rast gəlmək olar – yataq dəstləri və brendin aksesuarları ən yüksək səviyyəli mehmanxanaların və istirahət məkanlarının seçimi olmuşdur. Ən mötəbər müştərilərin şəxsi residensiyaları, yaxtları və təyyarələrində də eyni dərəcədə yüksək səviyyəli keyfiyyət dəyərləndirilir.
İndi isə bu keyfiyyət səviyyəsi Azərbaycanda da əlçatandır. Yves Dolorme Bakı butikinin müştəriləri öz mükəmməl dəstlərini seçə və ev rahatlığının bir hissəsinə çevrilmiş İtaliya keyfiyyətindən həzz ala bilər. Qonaqpərvərliyin adət - ənənənin bir hissəsinə çevrildiyi ölkədə Frette – nin meydana gəlməsi interyerdə bu mədəniyyətin məntiqi davamını təşkil edir. Hər bir kolleksiya - evi elə bir məkana çevirmək imkanıdır ki, burada rahatlıq və gözəllik gündəlik həyatın təbii bir hissəsinə çevrilsin.
“Life of Quality” Payız – Qış 2025 kolleksiyası Bakı şəhəri, 28 May küçəsində yerləşən Yves Dolorne butikində artıq satışdadır. Əlaqə üçün telefon: +994 (12) 493-13-34