NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Fitness 101: Yoqa

Yoqa – sadəcə fiziki məşqlər toplusu deyil, bu bir fəlsəfədir, bədənin, zehnin və ruhun harmoniyasına doğru yoldur. Bu Hindistanda yaranmış qədim təcrübədir. Yoqa min illərdir mövcuddur və öz çoxsaylı üstünlükləri sayəsində dünyanın dörd bir yanından insanların diqqətini cəlb edir. Yoqa fiziki aktivliyi, meditasiya və mənəvi təcrübələri ehtiva edərək, fiziki vəziyyəti yaxşılaşdırır, stressi yenməyə kömək edir və daxili rahatlığı təmin edir.

Tarix və fəlsəfə:
Yoqa şimali Hindistanda yaranmış və min illərlə qədim tarixə malikdir, bəzi hesablamalara görə bu tarix on min ili əhatə edir. İlk dəfə “Yoqa” sözü qədim müqəddəs mətn olan Riqverddə rast gəlinir və “əlaqə” kimi tərcümə olunur. Bu əlaqə ilahi absolyut və insan arasında, zehin və bədən arasında qurulur. Filosof Patancali tərəfindən yazılmış Yoqa – sutralar, dünyaya (Yam) münasibət, tələblərə cavab vermək (Niyam), asana (vəziyyət), prayam (tənəffüs vasitəsi ilə enerjinin idarə olunması) da daxil olmaqla yoqanın səkkiz əsas pilləsini təsvir edir.

Fiziki üstünlüklər:
Yoqa dözümlülüyün, elastikliyin, gücün artırılmasına və ümumi vəziyyətin yaxşılaşdırılmasına kömək edir. O, tənəffüsü yaxşılaşdırır, oynaqlardakı ağrını azaldır və düzgün qamətin yaranmasına yardımçı olur.

Emosional və mənəvi rifah:
Yoqa stresslə mübarizə aparmağa kömək edir, konsentrasiyanı yaxşılaşdırır və daxili harmoniyaya səbəb olur. O, həmçinin emosional balansı bərpa edir və hormonal fonu tənzimləyir.

Məşhur asanlar:

Tadasana (Dağ vəziyyəti): Kürək və ayaq əzəllərini möhkəmləndirir.
Virabhadrasana (Döyüşçü vəziyyəti): Bel və ayaqları möhkəmləndirir.
Balasana (Uşaq vəziyyəti): Bel və çiyinləri rahatlaşdırır.
Uttanasana (Ayaq barmaqlarının ucunda durmaq): Bel və baldırları dartır.
Adho Mukxa Şvanasan (Başı aşağı it vəziyyəti): Əlləri, ayaqları və beli möhkəmləndirir.

Məşhur yoqa növləri:

Hatha – yoqa: Əksər müasir stillərin əsası, bütün səviyyələr üçün uyğundur.
Aştanqq – vinyasa yoqa: müəyyən edilmiş asan ardıcıllıqları ilə dinamik təcrübə.
Ayenqar yoqası: vəziyyətlərin dəqiqliyinə və propsların istifadəsinə fokuslanır.
İn – yoqa: Elastiklik və mənəvi sakitliyə yönəlmiş yavaş vəziyyətləri.
Bikram yoqa: Qızırılmış yerdə icra olunur.
Kundalin – yoqa: Tənəffüs, meditasiya və mantaranı vurğulayır.

Yoqa haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə ixtisaslaşmış mənbələrə müraciət edin və ya məşqçi ilə dərslərə başlayın. Unutmayın ki, hər kəs unikaldır və yoqaya yanaşma müxtəlif ola bilər. Məhz sizə uyğun olan tərzi tapın və bu möhtəşəm təcrübənin bütün üstünlüklərini kəşf etmək üçün özünüzə şərait yaradın. Bu gün World Class Azerbaijan ya qoşulun və özünüz üçün qrup məşqlərinin gücünü kəşf edin. Sağlam həyat tərzinə doğru yolunuz burada başlayır!

Zalda görüşənədək!