NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Qarabağımız: Fərhad Bədəlbəyli

Qarabağ – Azərbaycanın və bütün Azərbaycan xalqının qəlbidir. Artıq 30 ilə yaxındır ki, bu torpaqlar düşmən işğalı altındadır, bir milyondan çox məcburi köçkün isə Vətəninə qayıda bilmir. Bütün dünyanın onların səsini eşitməyinin vaxtı gəldi, çünki onların deməyə sözü var!

NARGIS jurnalının "Qarabağımız" rubrikasında müqəddəs Azərbaycan torpağını görmək nəsib olan qarabağlı məşhurlar doğma diyarları haqqında hekayələrini və səmimi xatirələrini danışacaqlar.

İlk qəhrəmanımız pianoçu, SSSR və Azərbaycan xalq artistiç professor, Azərbaycan incisi sayılan qədim Şuşa şəhərindən olan Fərhad Bədəlbəylidir.