Supermodel Jaqueline Akoko və mən ruh əkiziyik. Qışı Mayami, ABŞ – da keçirdiyim zaman biz Florida boyu səyahət edir və çəkiliş üçün xüsusi yerlər axtarırıq. Elə bil biz birlikdə parallel həyatlarda yaşayırıq. Bu xüsusi “Florida layihəsi” Floridanın qərb sahilində baş tutdu. Biz düşərgələmək üçün vəhşi çimərliklər axtarsaq da, tərk edilmiş və güclü tufan nəticəsində dağılmış Karib dənizinin sahilini tapdıq. Burada təxəyyülüm canlandı – dünyanın ən bahalı bəzi çimərlikləri indi izsizdir və postapokalipsis səhnələri kimi görünür. Məqsədim – bu qeyri – adi məkanları aşkar etmək və onları öz “teatr səhnə” – mə çevirməkdir. Bu dəfə aktrisam Jaqueline idi. Bu rejissorsuz səhnə üçün o, ideal seçim idi. Nəticə - metamodernist tərzdə sevgi, ümid, dağılma və üsyanın ahəngidir. Şəkillər 2023 – cü ildə Floridanın Karib sahilində çəkilmişdir.
Mətn və Foto IGNAS MALDUS