NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü! Nargis Magazine və Nargis Fund ortaq layihəsi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Nargis jurnalı və Nargis Fund Reinteqrasiya mərkəzindəki uşaqları ziyarət edib. Uşaqlarla söhbət etdik, onlara oyuncaqlar hədiyyə etdik və onlardan individual hədiyyə olaraq nə arzuladıqlarının rəsmini çəkmələrini istədik. Uşaqlar böyük həvəslə öz arzularını çəkməyə başladılar. Bu gün biz həmin rəsmləri paylaşacağıq və hər kəs bizimlə əlaqə yaradaraq bu mələklərin arzusunu gerçəkləşdirə bilər. Bizimlə qalın və yenilikləri izləyin!

NARGIS komandası səmimi qəlbdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir və onlara sevincli günlər və xoşbəxt gələcək diləyir! Gününüz mübarək, bizim hər şeyimiz!