Biz – ümumi məqsədlər və xəyallarla bir – birinə bağlı olan Xədicə və Kamilla Stanza bacılarıyıq. Hər şey 2020 – ci ilin əvvəlində, kontent yaratmağımızla başladı. Zamanla biz, modellik fəaliyyəti ilə məşğul olduq və islam təvəzökarlığının da dəbli və müasir ola biləcəyinə başqalarını da ilhamlandırdıq.
Bizim ilk dəstəkçilərimiz, bu yolun hər mərhələsində qürurla yanımızda olan yaxınlarımız oldu. Biz tez - tez, şəxsiyyətimizi əks etdirən müxtəlif obrazlar yaradaraq geyimlərimizi paylaşırıq. Tərzimiz əbədi zərifliklə seçilir, Paris və italyan dəbindən ilham alır.
Kontentimizdə makiajın da əhəmiyyətli rolu var – bu gözlərin smoky makiajı, dəridə mirvari, qızılı və gümüşü detallardır. Ən əsası biz, hicablarımızı sırğalar ilə tamamlayaraq vurğulayırıq. Ziyarət etdiyimiz hər tədbirdə, harmonik obrazlar seçərək, geyimlərimizi yerin interyeri ilə uyğunlaşdırmağa çalışırıq. Hicabı müasir geyimlərə uyğunlaşdırmağa çalışaraq ölkəmizi təmsil etməkdən qürur duyuruq.
Məqsədimiz – özümüzü, islam alqılanmasını dəyişməyə qadir olan hicablı təvəzökar azərbaycan qızları kimi təqdim etməkdir. Biz, təvəzökarlığın kölgədə qalmaq və ya müstəsna olaraq qara geyimlərə üstünlük vermək anlamına gəlmədiyinə inanır; əksinə, eyni zamanda həm müasir, həm də dəbli olmaqla təvəzökarlığın gözəlliyini nümayiş etdirmək imkanı kimi yanaşırıq.
Kostyum Studio R, ayaqqabılar Mango, aksessuarlar Vintage