Canlı Dubayın qəlbində, məşhur təmtəraqlı mənzərənin dəbdəbəli müşayəti altında, Nargis Magazine jurnalı avtomobil mühəndisliyinin gələcəyinə baxmaq üçün eksklüziv imkan qazandı. 1 İyun 2024 – cü il tarixində, biz, Land Rover Defender OCTA avtomobilinin təqdimatının şahidi olduq. Bu avtomobil nəinki dəbdəbəli yolsuzluq sənətinə yeni baxış gətirmiş, həmçinin performans və imkanların yeni standartını təyin etmişdir.
Defender OCTA – nın qəlbini, 635PS at gücü və 750Nm dövr sayına malik zəhmli 4.4 litrlik Twin Turbo mild-hybrid V8 mühərriki təşkil edir. Bu qüdrətli güc mərkəzi OCTA – ya imkan verir ki, cəmi 3.8 saniyədə 0 – dan 60mph – dək sürət yığsın. Bu isə, öz növbəsində sözü gedən avtomobili indiyədək yaradılmış ən güclü Defender - ə çevirir. Bu cür performans, müxtəlif ərazilərdə misilsiz idarəetmə və rahatlığı təmin edən innovativ 6D Dinamikli asma texnologiya ilə tamamlanır.
Adını brilliantın oktaedrik formasından götürən, dayanıqlılığı və möhkəmliyi ilə tanınan Defender OCTA özündə möhkəmlik və dəbdəbəli rahatlığı cəmləşdirir. Avtomobilin eksteryeri, sürüş hündürlüyü, genişləndirilmiş duruş və uzadılmış təkər tağları yolda və yolsuzluqda cəsarətli idarəetməni təmin etməklə öyünə bilər. Yenidən dizayn edilmiş bamperlər və sərt gövdəaltı mühafizə onun davamlılığını daha da artırır və sürücüyə nahamar mənzərələri kəşf etmək imkanları açır.
Mark Kameron, Defenderin idarə heyətinin sədri bildirmişdir: “Defender OCTA ilə biz bu əfsanəvi avtomobilin bütün potensialını üzə çıxardıq. O, bizim öndər texnologiyalar və incə sənətkarlıq vasitəsi ilə sərhədləri genişləndirmək məqsədimizi təcəssüm edir”.
OCTA Edition One – nın daxili, interyeri füsünkarlığın yeni mərhələsinə yüksəldən, eksklüziv rəng çeşidləri və doğranılmış karbon liflərindən hazırlanmış detallar da daxil olmaqla xüsusi diqqətlə seçilmiş xüsusiyyətləri nümayiş etdirir. “Body and Soul Seat” texnologiyası ilə təchiz edilmiş oturacaqlar, musiqi və rahatlığı mükəmməl şəkildə birləşdirərək sərnişinləri həssas sürücülük təcrübəsinə qərq edir.
İyul 2024 – cü ildə mötəbər Goodwood Festival of Speed (sürət festivalı) – də təqdimatı nəzərdə tutulan Defender OCTA bütün dünyada avtomobil həvəskarlarını ovsunlamağı vəd edir. Sifarişlər, həvəskarları bu qeyri-adi avtomobilin misilsiz imkanlarını daha dərindən tanış etməyə dəvət edən bir sıra qlobal önizləmə tədbirlərindən sonra qəbul ediləcəkdir.
Daha çox məlumat əldə etmək və gələcək macəralar üçün Land Rover Middle East – I ziyarət edin.
Defender OCTA, dəbdəbəni güzəştsiz performansla cəmləşdirərək, macəra və avtomobil dünyasında olan innovasiyaları birləşdirib Land Rover - in usanmadan mükəmməliyə doğru can atmaq həvəsini ehtiva edir.