NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Qəlbdən Yaratmaq

Mən çox vaxt yemək kitablarındakı reseptlərdən istifadə edərək yemək hazırlamaqda çətinlik çəkirəm, improvizasiya etməyi daha çox sevirəm. Öz təxəyyülüm, ruhum ilə yeməklər hazırlamaq mənə daha çox həzz verir.

Əvvəlcə, heç də həmişə lazım olan bütün inqrediyentlər əldə olmur, ona görə də bəzən hansısa məhsulları dəyişdirmək və ya yeməyin tərkibindən tamamilə çıxarmaq lazım olur, hansı ki, bunu çox yaxşı bacarıram, bununla da, xüsusi bir şey yaratmış oluram. Əlavə olaraq da, heç nəyi ölçməyi sevmirəm. Ümumiyyətlə, nəyisə ölçməyin nə mənası var? Həyatda hər hansı bir şeyi ölçmə cəsarətini haradan əldə etmişik?

İnsanların nə qədər tez-tez rəqəmlərdən istifadə etdiyini nəzərə alsaq, mən rəqəmləri çox da sevmirəm. Onların mənim həyatımda tutduqları yer o qədər də vacib deyil. Rəqəmsal tərəzilərə və ölçmə cihazlarına sahib olduğuma baxmayaraq, inanın, mən onlardan heç vaxt istifadə etməmişəm. Nəyisə ölçmək insanı reallığa qaytarır, mən isə hər şeyin daxili səsim, sevgim və istəyimlə idarə olunduğu öz dünyamda qalmağı üstün tuturam.

Dürüstlük mənim əsas qüvvəmdir.

Ülviyyə Mahmud,
Baş redaktor