
Kopenhagen Dəb həftəsi Yaz/Yay 26 yeni və yaradıcı təsir bağışladı. Podiumda və küçələrdə hər şey əyləncəli, lakin mövsümə müasir və rahat hava qatan maraqlı formalar, teksturalar və detallarla sadə görünürdü. Dizaynerlərin və küçələrdə gəzən inşaların tərzləri və şəxsi xusüsusiyyətlərini bu qədər asan uyğunlaşdırmaqlarını görmək heyrətamiz idi. Yaz/Yay26 - nın müəyyən etdiyi bəzi əsas trendlərlə yaxından tanış olaq.
1. Xallı naxış
Xallar qara rəngdədir, lakin alışdığımız kimi incə retro tərzində deyil. Bu mövsüm onlar daha kəskindir. Caro Editions xallı leginslərlə və lakonik gödəkçələrlə, bir qədər 60 – cı illərin cazibəsini daşıyan, amma eyni zamanda Skandi minimalizmini özündə birləşdirən daha mükəmməl tərzdə təqdim etdi. Bütün neytrallığın əksinə, xallı naxış təravətli və əyləncəli görünür.
2. 3D çiçəklər
Çiçəklər yenə də dəbdədir, lakin bu dəfə onlar daha dərindir. Cecilie Bahnsen, OperaSport və Munthe 3D ləçəkləri donlara və ətəklərə əlavə etdi, beləliklə çiçəklər bədənlə birlikdə hərəkət etdi. Bu sadəcə gözəl naxış deyil, bu tekstura, həcm və zərif quruluş ab – havasıdır.
3. Hər yerdə yaylıqlar
Yaylıqlar bir çox şəkildə tərzləşdirildi: kəmər kimi bağlanıldı, baş aksessuarı kimi istifadə olundu və ya sadəcə çiyinlərin üzərinə atıldı. Baum und Pferdgarten, MKDT Studio, Caro Editions, və OpéraSport kimi brendlər yaylığa müasirlik və sadəlik qatdı. Yaylıqlar kiçik olsa da, bütün silueti dəyişməyə qadir parçadır.
4. Toxunma saç yaylığı
Şoulardan kənarda toxunma saç yaylıqları hər yerdə idi. Parlaq, neytral, panama tipli – əl işi olmaları isə kəskin dərzi işləri ilə birlikdə ümumi görünüşə daha yumşaq ab – hava qatmış olur. Bir qədər nostalji olsa da, hər zaman dəbli və əziyyətsizdir.
5. Krujevalı vurğu
Bu mövsüm krujeva dəbli yeniliyə məruz qalıb. Kostyumların qollarına şəffaf krujevalara, həmçinin idman tərzində müxtəlif geyimlərdə bu parçaya rast gəlmək olar. Bu romantiklikdən daha çox zərifliklə sərtliyin vəhdəti kimi — gündəlik həyatda da asanlıqla geyinə biləcəyiniz bir şey olaraq istifadə olunur.
6. Yeni nəfəs verilmiş tərliklər
Tərliklər Kopenhagendə yüksək dəbə çevrildi. OperaSport Havainas iş birliyi ilə 3D priterdən istifadə olunaraq həm yastı, həm də kiçik dabanlı modellərə füsunkar teksturalar bəxş etdi. Şəffaf təbəqələrlə və dərzi parçalarından istifadə olunaraq hazırlanan bu modellər rahat və eyni zamanda istiqamətverici görünürdü.