Aprelin 28-də Azərbaycan Respublikasının Bakı şəhərində “Formula-1” üzrə Qran-pri yarışlarına start verildi və sözsüz ki, “Chopard” şirkətinin prezidenti Karl-Fridrix Şoyfelenin vintaj avtomobillərə və sürət yarışlarına olan sevgisini nəzərə alaraq, İsveçrənin məşhur “Chopard” zərgərlik məmulatları və saat evi Bakı Qran-prisinə biganə qala bilməzdi.
İlin əsas sürət yarışının başlaması münasibəti ilə “Chopard” brendinin Azərbaycandakı rəsmi tərəfdaşı olan “Italdizain” şirkəti “Chopard” zərgərlik və saat evi ilə birlikdə “Four Seasons Baku” otelində yüksək sürət idmanının həvəskarları üçün bir neçə möhtəşəm tədbir təşkil etmişdir. Qonaqlar gün ərzində “Zafferano” restoranında eksklüziv “Mille Miglia” desertlərindən, axşam isə “Bentley’s Whisky Bar”da eyniadlı kolleksiya ruhunda hazırlanan kokteyllərdən dadaraq, yarış trekinin bilavasitə yaxınlığında təşkil olunan və bütün iştirakçılar üçün əsl bayrama çevrilən tədbir çərçivəsində xoş vaxt keçirmişlər.
Həmçinin, “Chopard” zərgərlik məmulatları və saat evinin yaratdığı şərait sayəsində idman həvəskarları yarışı izləməklə yanaşı, unikal “Chopard” kolleksiyalarından da estetik zövq almışlar.
Tədbir çərçivəsində qonaqlar “Ice Cube” və “Happy Hearts” kolleksiyalarının ən möhtəşəm zərgərlik nümunələri ilə tanış ola, tematik aksessuarlar seçə və “Alpine Eagle”, “LUC” kolleksiyaları, eləcə də məşhur “1000 Miglia” rallisinə həsr olunmuş “Mille Miglia” tematik kolleksiyası vasitəsi ilə mürəkkəb saat aləminə səyahət edə bilmişlər.
“1000 Miglia” 1927-1957-ci illər arasında İtaliyada təşkil olunan və 1977-ci ildə retro-avtomobillərin yarışı kimi bərpa edilmiş uzun məsafəli klassik avtomobil yarışıdır. “Chopard” şirkəti 1988-ci ildən bəri “1000 Miglia” rallisinin tərəfdaşı və rəsmi xronometristidir və hər il bu yarışa həsr olunmuş xüsusi “Mille Miglia” saat kolleksiyasını hazırlayır. Kolleksiya özündə Karl-Fridrix Şoyfelenin iki sevgisini - avtomobilqayırma sənayesində mühəndis-texniki nailiyyətləri və saatsazlıq sahəsində “nou-hau”ları birləşdirir. “Mille Miglia” saatlarının dizaynını təkər protektorunu xatırladan dəbli qayışlar, mühərrik elementlərindən ibarət bəzəklər və Alman avtomobilqayırma sənayesinin İsveçrə dəqiqliyi ilə təkmilləşdirilmiş estetikası təşkil edir.
Tədbirdə təqdim olunan bütün məmulatlarla “Chopard” butikində tanış ola bilərsiniz. Ünvan: 28 May küçəsi 9.