NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

BVLGARI x THE TORLONIA MARBLES EXHIBITION

BVLGARI LUVR MUZEYİNDƏ SƏRGİLƏNƏCƏK “TORLONİYA MƏRMƏRLƏRİ” SƏRGİSİNİN ƏSAS SPONSORUDUR

Bu günə qədər qorunan və “Fondazione Torlonia” tərəfindən BVLGARI brendinin dəstəyi ilə bərpa edilən böyük xüsusi qədim heykəllər kolleksiyası, dünya turunun ilk beynəlxalq mərhələsi olaraq Parisdəki Luvr muzeyində sərgilənəcək. Kolleksiyanın 2024-cü il iyunun 26-dan noyabrın 11-dək muzeydə “Denon Qanadı”nda nümayiş etdirilməsi nəzərdə tutulur.

On doqquzuncu əsrdə Romada “Torlonia” knyaz ailəsi tərəfindən bir araya gətirilən möhtəşəm mərmər kolleksiyası son illərdə yenidən orijinal əzəmətinə qaytarıldı. BVLGARI və Fondazione Torlonia arasında imzalanan müqavilə nəticəsində, kolleksiyaya aid 100-dən çox heykəlin bərpasında əsas sponsor BVLGARI zərgərlik evi oldu.

Sərgidə büstlər, relyeflər, heykəllər və sarkofaqlar vasitəsilə Roma heykəltəraşlığının emblematik janrlarını üzə çıxarılacaq. Həmçinin yaradılmasının müxtəlif mərhələlərində tarixin özünü və fərdi və digər məkanlarda qədim əşyaların toplanmasının mədəni prosesini kristallaşdıran “tarixi kolleksiyalar toplusunu” təmsil edəcək.

BVLGARI-nin əvvəlcə bərpaya, indi isə sərgiyə verdiyi dəstəyi Romanın sonsuz yaradıcı irsinin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verən mədəni layihələrə və bədii himayəçiliyə öhdəliyinin bir hissəsidir.

Bundan əlavə, bu sponsorluq həm də Evin yunan-Roma köklərinə və BVLGARI-nin möhtəşəm yaradıcılığında təcəssüm etdirdiyi klassik gözəllik konsepsiyasına hörməti təmsil edir.

Sərgi Luvr tərəfindən İtaliyanın Mədəniyyət Nazirliyi (Roma Arxeologiya, Təsviri İncəsənət və Landşaft Xüsusi İdarəsi) və Fondazione Torlonia ilə birgə, baş sponsor kimi BVLGARI-nin dəstəyi ilə təşkil olunub.

Luvr muzeyində baş tutacaq sərgi, həmçinin BVLGARI-nin xüsusi qonaqları üçün özəl tədbirlə davam edəcək. Bu tədbirdə NARGIS jurnalının təsisçisi və baş redaktoru Ülviyyə Mahmud da iştirak edərək tarixi anları həm oxuyucular, həm də izləyicilərlə bölüşəcək. Gözləmədə qalın!