NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

BVGARI TUBOGAS: Sarı qızılın əbədi dirilişi

Bvlgari Tubogas zərgərlik kolleksiyasının debütü 16 yeni sənət əsəri ilə təmsil olunur. Bu zinyət əşyaları nümunələrinin unikal dizaynı sarı qızılın – 50 – ci illərdən bəri Roma zinyət əşyaları evi üçün xüsusi ilə dəyərli olan, qiymətli metal - parıltısı ilə öyünür. O zamanlar yüksək zinyət əşyaları sənətində ar – deko və platin stilləri hökmranlıq edirdi. Həmin dövrdə Bvlgari sarı qızıldan hazırlanmış, italyan mənzərələrinin isti rəngləri və parlaqlılığını xatırladan cəsarətli dizaynları ilə seçilirdi.

İndi yeni kolleksiyada canlanmış özünəməxsus texnika iki imza xüsusiyyətini – Tubogas texnologiyasını və sarı qızılı birləşdirərək Bvlgari Evinin yeniliyini təntənə edir. Bununla da, material brendin DNT – sinin əbədi qəhrəmanlarına çevrilmək statusunu, orijinal tərzli Tubogas konsepsiyası isə öz yenilməz aktuallığını yenidən təsdiq edir.
Lakonik modellərdən rəngli qiymətli daşlarla bəzədilmiş əsərlərədək, həmçinin simvolik Bvlgari motivləri yer almış Bvlgari Tubogas kolleksiyası, zinyət əşyaları evinin ən orijinal və mənalı estetik kodlarını birləşdirərək özünəməxsus güvən nümayiş etdirir.

Kolleksiyanın tanınmış qızıl zolaqlardan, lehimsiz hazırlanmış dörd qolbaq hər zövqə uyğun olaraq təqdim edilir: üç növ qızıl ilə ahəngdə klassik sarı 18 karatlıq qızıldan hazırlanmış və daha parlaq, ultra müasir brilliant bağlamalı. Rahatlıq və vizual cazibədarlığın, müasir tərzlə sənətkarlığın təcəssümü olan zinyət əşyalarını həm tək, həm də digər Bvlgari kolleksiyalarının əşyaları ilə ahəngdə istifadə etmək olar.

Elektik dizayna istinadən, Parantesi dizaynlı zinyət əşyaları dəsti yaradaraq, Tubogas 1970 – ci illərdə Bvlgari bu ikonanın mirasına cəsarətli ruh verdi. Roma yollarının səkilərindən ilhamlanmış həndəsi motiv, həm boyunbağına, həm də qolbağa dəyər qatan parlaq brilliantlarla bəzədilmişdir.

Bvlgari Tubogas texnikasının zinyət əşyaları evinin digər tərzləri ilə - rəngli daşlarla - unikal ahəngini qeyd edərək, dizaynı qiymətli daşların palitrasına bürünmüş boyunbağı təqdim edir. Bərk daşlardan hazırlanmış həndəsi haşiyələnmiş, füsünkar brilliantlarla əhatələnmiş və tanzanit, rubellit və yaşıl turmalin, əlavə həcm və incəlik qatmaq üçün xarakterik üçbucaq formalı Tubogas şəbəkəsində mərkəzi mövqeyi tutur. Bu effekti əldə etmək üçün, Bvlgari sənətkarları öz kvalifikasiya sərhədlərini yenidən genişləndirmiş, eksperimental və innovativ yanaşma ilə ənənəvi texnikaya yeni məna verməyə cəsarət etmişdir.

Bununla yanaşı, yeni Bvlgari Bvlgari Tubogas saatı Bvlgarinin yenilikçi zərgər – saatsaz olmasını vurğulayır. Həm dizaynda, həm də sənətkar işində innovativ yanaşmanın simvoluna çevrilmiş Roma zinyət əşyaları evinin iki ikonik tərzini birləşdirən saat, özündə Tubogas elastikliyini, sarı qızıldan hazırlanmış korpusda, qədim Roma sikkələrindəki kimi ikiqat loqotip oymasını ehtiva edir. Bvlgari – nin qiymətli metallara verdiyini uzun illər davam edən dəyərin sübutu olan, yumşaq və rahat qolbaq sarı, ağ və çəhrayi qızıldan hazırlanmışdır. Metalların füsünkar parıltısı qara, laklanmış siferblatla və gözqamaşdırıcı brilliant indekslər ilə eleqant kontrast yaradır.

  •  
  •  
  •  
  •  
/

Özünəməxsus texnikadan ikonayadək

Avanqard yanaşma, özünəməxsus tərz. Roma zərgərin cəsarətli tarixi boyunca, füsünkar və eleqant qızıl spirallı Tubogas texnikası yeni estetik baxışın pionerinə çevrilmişdir.

1948 – ci ildə zinyət əşyaları evi özünün ilk zərgərlik saatı - Serpenti üçün , yumşaq biləyə dolanan qolbağın hazırlanmasında Tubogas texnologiyası ilə sınaqlar aparmışdır. Adını qaz borusundan almış, 1920 – ci illərdə sıxılmış qazın daşınması üçün istifadə olunan zərgərlik texnikası dərhal , Avropada sənaye dizaynının çiçəkləndiyi zaman funksionallıq və estetikliyin lehimsiz ahəngi ilə seçilmişdir. Lakin texnikanın həqiqətən də simvolik sima alması 1970 – ci illərə təsadüfi edir: əsasən sarı qızıldan hazırlanmış sənət əsərləri onların çoxtərəfliliyini nümayiş etdirir – xalis italyan yaradıcılığı, müasir ruh və elektik tərz.

Rəngarəng daşlar və ya Monete, Serpenti, Parentesi və Bvlgari Bvlgari kimi ikonik dizaynlarla həmçinin daha ssadı və minimalist variantlarla ahəg yaradaraq, Tubogas müasir tərzin ifadəsinə çevrilir. Bu tərz hər bir səbəbə, günün hər bir vaxtına uyğun olub, zəngərlik əşyalarına avanqard ruh bəxş edir.

140 illik kökə malik zəngərlik əşyaları evinin sənətkarlığında Bvlgari Tubogas kolleksiyası miras və müasirliyi, Roma zərgərini fərqləndirən uzaqgörən yanaşma ilə təcəssüm edir.

  •  
  •  
  •  
  •  
/

BVLGARİ TUBOGAS İCON yeni reklam kampaniyası

İsti narıncı çalarlar, dolanan formalar və Bulvgari Tubogas - sın hamar formalarını xatırladan hərəkətli yumşaq siluetlər. Fotoqraf və rejissor Julyen Vallon tərəfindən çəkilmiş, yeni İcon reklam kampaniyası, kolleksiya nümunələrinin onları daşıyanlarla simvolik rəqsini nümayiş etdirir.

Rakurs oyunları sarı qızıldan hazırlanmış Bvlgari şəbəkəsinin dizaynlarının axıcılığını və sərhədsiz elastikliyini, toxunuşla duyulan rahatlığını və sonsuz hərəkət hissini ifadə edir. Tubogas – a xas elastikliyi ifadəli obrazlarda təcəssüm etmək üçün, Bvlgari zərgərlik nümunələrinə qarşı biganə olmayan peşəkar rəqqasları cəlb etmişdi. Bu, sonsuz Tubogas spiralları kimi nə sonu, nə də başlanğıcı olmayan pozaların və hərəkətlərin hamar axınıdır.

Kolleksiyanın elektik və çoxşaxəli ruhunu, Bvlgari brendinin səfiri, dinamik şəxsiyyət olan Hikari Mori ötürür. Hikari Mori, müxtəlif dizaynlı sənət əsərlərini nümayiş etdirir – lakonik və ya qiymətli daş - qaşlı bəzək əşyalarından tutmuş yeni Bvlgari Bvlgari Tubogas saatlarınadək.

  •  
  •  
  •  
/

Yeni Bvlgari Tubogas kolleksiyasını təqdim etmək üçün Bvlgari Studio Nyu – Yorka gəlir

Yeni kolleksiyanın təqdimatı Bvlgari Studio layihəsi çərçivəsində keçirilir. Bvlgari Studio layihəsi multidisiplinar platformadır və müasir sənətkarlar zərgərlik evinin ikonaları (B.zero 1, Bvlgari Bvlgari və Bvlgari Tubogas) haqqında hekayələri danışmaq üçün dəvət olunurlar.

Mart ayında Seulda keçirilmiş debütdən sonra, Bvlgari Tubogas - a həsr edilmiş yeni layihənin təqdimatı üçün Bvlgari Studio Nyu Yorka yollanır. Yeni səyahət, bu kolleksiyada öz əksini tapmış innovasiyalar mirası ilə yeni bədii kollaborasiyaları tədqiq edir.

Cəlb edilmiş bütün istedadlı şəxsiyyətlər kolleksiyanın avanqard mahiyyətinə müxtəlif bədii mövqelərdən çıxış edərək dialoqlar vasitəsi ilə öz şəxsi unikal baxış bucaqlarından yanaşacaqdır. Bvlgari Studio həm yaradıcılıq və ilham mənbəyi mənbəyinə çevriləcək, həm də misligörünməmiş sinerji və gözlənilməz təəssuratların azadlığı üçün platforma olacaqdır.

İtalyan dahisinin cəsarətli ruhundan ilham almış, Bvlgari – nin DNT – sində dərin köklər buraxmış Bvlgari Studio, yaradıcı orijinallığa və cəsarətli sınaqlara dəvət edərək sonsuz imkanlara doğru hərəkət etməyə davam edir.

Bvlgari Studiosu Nyu -Yorka yollanır: Bvlgari Tubogas haqqında yeni hekayə

Ən başından platformaya qoşulmuş multidisiplinar rəssam Antoni Tudiskonun nəfəskəsici rəqəmsal kampaniyası sayəsində dünya Bvlgari Studio-nun yeni immersiv səyahəti ilə tanış olacaq. Sınaqlara qarşı ehtirası ilə idarə olunan Tudisko yenidən dizayn sərhədlərini genişləndirir və zamansız eleqantlıq və Bvlgari Tubogasın əsasını təşkil edən innovativ ruhun yenilikçi interpretasiyasını təqdim edir. Brendə məxsus superrealistik tərz və Tudisko rəqəmsal sənəti Bvlgari dizayner fəlsəfəsinin avanqardlığı ilə ahəngdə ənənələrin və müasirliyin dinamik qarşılıqlı əlaqəsi haqqında hekayəni doğurur.

Bvlgari Tubogas dizaynının axını, hamar və elastik xəttləri kolleksiyanın unikal konstruktiv texnikasını vurğulayaraq metafiziki ölçülərə keçir, bu isə möhtəşəm sənətkarlıq sayəsində qiymətli metalı elastiklik şedevrinə çevirir. Hərəkəti axıcılıqla, ənənəvi innovasiya ilə, reallığı rəqəmsal dünya ilə birləşdirərək virtual Bvlgari Tubogas yaradıcılığı yekunda Nyu -York üfüqünün mərkəzində yer alır.

Buraxılışla əlaqədar tədbir 4 sentyabr tarixində Domino neftemalı zavodunda, Bruklin sahilinə mənzərəsi olan və Nyu-Yorkun ən yaradıcı və canlı rayonu olan Vilyamsburqda baş tutacaq. Keçmiş şəkər zavodunun tarixi kərpic fasadı arxasında yerləşən 1884 – cu ilə aid tikintilər, urbanistik meydança özündə qədim ruh və müasir innovasiyanı ehtiva edir. Müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri, influenserlər, rəssamlar və brendin dostları, burada, Bvlgari Tubogas mövzusunda Kristofer Bauder kimi sənətkarların yeni və cəsarətli mövqeyi ilə tanış ola biləcəklər.

Öz yenilikçi sənət əsərləri və işıq dizaynları ilə tanınan, berlinli işıq rəssamı və dizayneri Kristofer Bauder və onun Kinetic lights - dan olan komandası Bvlgari Tubogas qızıl spirallarının daimi hərəkəti və axınını vizual heyrətamiz təcrübəyə çevirmişdir. Quraşdırma 252 hərəkətli işıqdan ibarət kinetik işıq heykəlidir. Bu işıqlar təbiət tərəfindən yaradılmış canlıları xatırladan xüsusi texniki dəqiqliklə yerinə yetirilmiş dinamik forma və naxışları yaradır.

Sahilə dəyib dağılan və geri çəkilən sonsuz dalğaların işıq və kölgə ilə daimi rəqsinin vizual təcrübəsi sakit, lakin dinamik ritm, zaman hissinin itdiyi və insanı tamamilə ana qərq edən harmoniya vəziyyəti yaradır. Davamlı hərəkət, Bvlgari Tubogasın mahiyyəti ilə dərindən əlaqəsi olan gerçək gözəllik və təbii hərəkət haqqında fikir yaradır.

* Yeni modellər arasında çəhrayi qızıldan hazırlanmış dörd variant eksklüziv olaraq Çin və Yaponiyada buraxılacaq.