NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

BULGARI STUDIO

“BULGARI STUDIO” – Özünəməxsus ideyalarınızı bölüşmək üçün yaradıcı platforma!

Böyük düşünün, gələcəyə doğru baxın və həmişə cəsarətli olun. Keçən 140 il ərzində “Bulgari” başqalarının təsəvvür etməyə cürət etmədiyi misilsiz estetik kodları göz önünə gətirmə qabiliyyətinə görə “Italian Genius” ilə sinonim sayılır.

İndi isə hər zaman təkrarlanandan bir daha kənara çıxaraq, Roman zərgəri müxtəlif sahələri, disiplin anlayışı və xəyali yanaşmaları aşan yaradıcı platformanı - “Bulgari Studio”-nu təqdim edir. Bulqarinin innovasiya ruhu birgə yaradıcılıq və təcrübə aparmaq məqsədi ilə hazırlanmış bu studiyoda simvolik ikonalarının hekayəsini yenidən yazmaq və onları təkmilləşdirmək üçün müasir yaradıcı fərdlərin istedadı ilə birləşir. B.zero1: düşüncə formasını işarə edən üzük, insanın özünə xas fərdi xüsusiyyətlərini azadlığa qovuşdurması. Eyni zamanda, Bulgarinin “Roman Maison”dan ilhamlanmış loqotipini qüsursuz və estetik damğaya çevirən kolleksiyadır. “Roman Maison”un dahiyanə imza texnikası olan “Bulgari Tubogas”, daha sonra qeyri-adi geyimlər ilə vizual zəriflik yaradan bir kolleksiyaya çevrildi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Cəsarət, maraq və qarşısı alınmaz yaradıcılığın üç fərqli hekayəsi zərgərlik və saatlar aləminin paradiqmalarını dəyişdirmək məqsədi daşıyır.
Bulgari ikonalarının universal və əbədi cazibəsindən ilhamlanan rəqəmsal rəssamlar, innovativ dizaynerlər, sənətkarlar, oyunun şərtlərini yenidən yazanlar yaradıcı ifadə etmənin bu yeni və orijinal formaları vasitəsilə öz sərhədsiz təxəyyüllərini ortaya çıxarırlar.

  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Yaranması

“Bulgari Studio” yaradıcılıq mərkəzinə çevrilmiş Seulda debüt edir: musiqidən incəsənətə qədər, o cümlədən innovasiya, moda və dizayn daxil olmaqla, bu hərəkətli metropolis dinamik və həvəsli ruha sahib gənc istedadlar, trendi təyin edənlər və həvəskarlardan ibarət beynəlxalq auditoriyanı cəlb edir.

Qonaqlar 14 Mart tarixində “Theatre des Lumieres”in görkəmli yerlərində dizayn, innovasiya və yaradıcılıq konsepsiyaları haqqında məlumatlarını genişləndirməklə cəlbedici təcrübədən həzz almağa dəvət edilir.

Bu ilk “Bulgari Studio” səhnəsinin başlanğıc nöqtəsi “Bulgari”nin B.zero1 üzüyüdür, hansı ki bu üzük son 25 il ərzində yaradıcı təcrübələr üçün sonsuz şərait təklif etməklə yanaşı, göz oxşayan və əlamətdar estetikaya malik yeni “Bulgari” Roma çantası və “Bulgari”yə xas saatlar kmi digər simvolik yaradıcılıq nümunələrini də təqdim edir.

Çarpaz tozlanma və qarşılıqlı intizam: “Bulgari”nin açıq fikirli yaradıcı yanaşması zərgərlikdən tutmuş saatlara və dəri məmulatlarına qədər onun yaradıcılığının heç bir nümunəsindən yan keçmir və beləcə, “Bulgari Studio” icmasının uzaq görən fərdləri yaradıcılığın sərhədlərini arxada qoyaraq təcrübə keçmə, paylaşma və qarşılıqlı əlaqələr yaratma kimi ümumi anlayışlar toplusuna dəvət olunurlar.

  •  
  •  
  •  
  •  
  •  
/

ANTONI TUDISCO-NUN DİGİTAL KAMPANİYASI

“Bulgari Studio”nun ilk ünvanı olan Seul şəhəri, martın 1-də xüsusi rəqəmsal kampaniya çərçivəsində qlobal miqyasda debüt edir. Çox yönlü platformaya qoşulan yaradıcılardan biri - Antoni Tudisko tərəfindən imzalanmış bu kampaniya həm ilkin təqdimat, həm də xəyal dünyasının sərhədlərini aşmaq üçün çoxsaylı metodlardan ibarət ilkin təcrübədir.
Onun yaradıcılıq layihəsinin əsas mövzusu özünə xas estetik xüsusiyyətləri dəyişdirilən, yenidən yazılan və yeni, orijinal perspektiv altında yenidən kəşf edilən “B.zero1” ikonik üzüyüdür. Sürreal üslubu ilə məşhur olan alman əsilli İtaliyan-Filippin sənətçisi sürətlə dəyişən sonsuz imkanlar içərisində bu simvolun bitmək bilməyən izahları ilə məşğul olur.

İşıqların enerjisi, eləcə də dizaynın axıcı və ritmik hərəkətləri üzüyün xarakterik spiral formasını reallıq və təxəyyül arasındakı sərhədləri bulandırmaqla, demək olar ki, metafizik ölçüyə gətirir.
Üzük, Seul şəhərinə çatana qədər dizayn konsepsiyasını genişləndirməklə real və virtual dünyalar arasında yer dəyişir.

UZAQ GÖRƏN ZƏKALAR SEULDA GÖRÜŞÜR: ANYMA & SADECK BERRABAH

Théâtre des Lumières-də bir çox cəhətləri özündə birləşdirən rəssam Anyma, reallıqla təxəyyül arasındakı sərhədləri aşan yüksək reallıqda audio-vizual şou hazırlamaq üçün musiqiçi, futurist və yaradıcı direktor kimi müxtəlif istedadlarını ortaya qoyur. Müxtəlif sənət əsərləri və onların fərqli versiyaları arasında zaman keçirməklə, o, B.zero1-in orijinal dizayn dilinin təkmilləşdirilməsindən savayı, həm də tamamilə yeni bir şeyə həsr olunmuş immersiv təcrübə üzərində çalışır.

Eyni münasibətlə, vizual olaraq cazibədar, əl və qol hərəkətlərindən ibarət olan performansları ilə məşhurlaşan fransız xoreoqraf Sadek Berrabah, B.zero 1-in estetik dili ilə qarşılıqlı əlaqədə olan xoreoqrafiya ilə “Bulgari Studio”ya qoşulur. İnsanların bir-birinə bağlı qalmaqla harmoniya yaratmaq bacarığının mükəmməl şəkildə nümayiş olunduğu tamaşa hər bir fərdin şəxsi xüsusiyyətlərə sahib olması ilə yanaşı, həm də bir bütöv kimi əvəzolunmaz yerə malik olduğunu göstərir.

Seulun mərkəzində yerləşən və martın 13-dən martın 31-dək ictimaiyyət üçün açıq olan xüsusi quraşdırma, Anyma və B.zero1 yaradıcı dünyalarını diqqətlə birləşdirməklə səs effekti və vizuallar yaradan DJ-in ifalarını dinləməyə şərait yaradır. İkonik üzük sonsuz bir spiral şəklinə yaxın bir formada təqdim edilir: üfüqi və ya şaquli deyil, gələcəyə doğru işarə edən sonsuz tunel formasında olmaqla hədəflərinə çatmaq cəsarəti olanlar üçün hər şeyin mümkün olduğunu işarə edir.

Seuldakı təqdimatdan sonra “Bulgari Studio”nun təcrübə və mübadilə platforması dünyanın hər yerindən yaradıcıları cəlb etməklə 2024-cü il ərzində öz potensialını genişləndirəcək.

  •  
  •  
  •  
  •  
  •  
/