NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Uşaqlığın böyük bir porsiyası

Uzun bir taxta masanın üzərində uşaqların əlləri ilə çəkilmiş monumental üslubda rəsmlər düzülüb. Rəsmlərin hər birində vafli stəkana doldurulmuş və üstü bol-bol müxtəlif şirniyyatlarla bəzədilmiş dondurmalar var. Və bu rəsmlərin hər biri bizi, nəfsinə sahib çıxa bilməyən yetişkinləri, yaddaşın gizli künclərinə, yuxuların şirin və həyatın xırtıldayan vafli stəkanındakı dondurma kimi dadlı olduğu qayğısız uşaqlıq xatirələrinə aparır…


Fevralın 21-də “Ağaoğlu İttifaqı” ictimai birliyi və ukraynalı rəssam Framavinin vasitəçiliyi ilə redaksiyamızda keçirilən xeyriyyə tədbiri səmimi tanışlıq notu ilə başladı – jurnalın direktoru Müjgan Qafarzadə Reinteqrasiya Mərkəzindən qızları salamladı və onlara NARGİS-in fəaliyyəti haqqında məlumat verdi. Tədbirin əsas hadisəsi isə dondurma çəkmək üzrə ustad dərsi oldu.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

"Həyatda ən vacib şey böyük arzular qurmaqdır! Çünki arzular Kainatın gələcəyimizlə bağlı planlarıdır”, - deyə rəssam qızlara nəsiyyətlər verib. O, onlardan gözlərini yummağı və hər birinin olmaq istədiyi yeri təsəvvür etməsini xahiş edib... Belə bir avtoməşq seansından sonra qızlar hər biri özünəməxsus bir tərzdə dondurma çəkməyə başlayıblar. Belə bir maraqlı mövzunu Framavi özünün“Dadın bolluğu" sərgisi ərəfəsində təqdim etmişdir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Sonda hər kəs birlikdə xatirə şəkli çəkdirdi və gənc qonaqlarımız “Qarabağ Kitabı” nəşrimizin bir nüsxəsini hədiyyə aldı. Bütün rəsmlər rəqəmsallaşdırılacaq və @withfoundation səhifəsində yerləşdiriləcəkdir. Gələcəkdə həm rəsmlərin özləri, həm də rəqəmsal versiyaların sərgilənəcəyi hərrac keçiriləcəkdir. Gəlir isə Reinteqrasiya Mərkəzinin himayədarlarına dəstək üçün xərclənəcəkdir.