NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

BIAF x NARGIS Jurnalı Branç: Bakıda incəsənət, tərz və ilham

29 Oktyabr tarixində “Nana’s Bakery” kafe – fırınında “Baku İnternational Art Festival” (BIAF 2025) və NARGIS jurnalı tərəfindən təşkil edilmiş dəbli branç baş tutdu.

Tədbirdə aparıcı blogerlər, incəsənət, dəb və media nümayəndələri, həmçinin AISÉL festivalının brend səfiri toplanaraq müasir Bakının həyatında incəsənət və mədəniyyətin rolunu müzakirə etdilər.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Mehriban və ilhamverici ab – havada qonaqlar 31 oktyabrdan 16 noyabradək keçiriləcək BIAF 2025 festivalında Bakının dünya incəsənətinin səhnəsinə çevrilməsindən danışdılar.

Festivalın proqramında –Behzod Abduraimov kimi ilhamverici incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Fuad İbrahimovun, “TITIZÉ - A Venetian Dream” / Daniele Finzi Pasca (İsverçə), «Delay the Sadness»/ Sharon Eyal Dance (Frans), «Hamlet - Prince of Denmark» / EX Machina / Robert Lepage / Côté Danse / Guillaume Côté (Kanada), «Anna Karenina» / «Gesher» Theatre (İsaril), «The Rite of Spring» / Yang Liping Contemporary Dance (Çin), Dmitriy Sitkovetskiy — skripka, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Murtuza Bülbül – dirijor, Fərhad Bədəlbəyli - fortepiano çıxışları yer almışdır.

AISÉL qeyd etdi ki, “bu cür hadisələr incəsənət enerjisini hiss etməyə və Bakının yeni fikirlərin doğulduğu və müasir fərdilik mədəniyyətinin formalaşdığı yer olduğunu xatırlamağa yardım edir.”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Qonaqlar, festivala qarşı səmimi dəstəklərini ifadə etdilər və yaradıcı icmaların birləşməsinin və Azərbaycanın regionun mədəni mərkəzi kimi inkişaf etdirilməsinin vacibliyini bildirdilər.

Branç BIAF tədbirlər silsiləsinin gözəl başlanğıcı oldu.