NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

Daha yaxşı yaşlanma: İsveçrədən innovasiyalar

Doktor Sofi Menkes Parisdə mezoterapiya, dietologiya və seksologiya üzrə tibb təhsili almışdır. 1995 – ci ildə doktor Menkes Parisdə öz klinikasını açmışdır. Burada o, terapevt, həkim – kosmetoloq və qidalanma üzrə kouç olaraq çalışırdı. Bir qədər sonra, Estetik Tibb həkimi olaraq fəaliyyət göstərməyə başlamışdır. 2016 – cı ildə isə, doktor Menkes, Jenevada yerləşən Clinique Forever İnstitutunda tibbi direkor olaraq işə başlamış və 2021 – ci ilədək bu vəzifədə çalışmışdır. Hal – hazırda doktor Sofi Menkes, İsveçrənin Jenolye şəhərində yerləşən Clinique Nescens – də Estetik və Regenerativ tibb mərkəzinin direktorudur. Doktor Menkes nanoyağ, mikroyağ transplantasiyası, PRP (trombositlərlə zəngin plazma) və həm autoloji, həm də heteroloji ekzosomal terapiya üzrə mütəxəssisdir. O, AİRMESS – in əsasını qoyanlardan biri, keçmiş prezidenti və xəzinədarı olmuş, həmçinin, İsveçrə estetik tibb cəmiyyətinin üzvü olmuşdur.

Clinique Nescens hansı istiqamətlər üzrə ixtisaslaşmışdır və nə sizin klinikanızı unikal edir?
Mən, estetik və regenerativ tibb mərkəzinin əsasını 2021 – ci ildə qoymuşam. Bizimlə digər klinikalar arasında əsas fərq – bizim regenerativ tibbə yönəlməyimizdir. Mən, 2016 – ci ildən etibarən bu sahə üzrə pioner olmuşam. Mən, nanoyağ transplantasiyasını üzrə ixtisaslaşam. Bu kök hüceyrələrin köməyi ilə bədənin müxtəlif hissələrinin vəziyyətinin yaxşılaşdırılmasına imkan verən üsuldur. Autoloji regenerativ tibbdə ilk müalicə PRP olmuşdur. Biz artıq 20 ildir ki, PRP vasitəsi ilə insanları müalicə edirik və bu üsul qızıl standart olaraq qalır.

Clinique Nescens – də hansı prosedurları təklif edirsiniz?
Biz, regenerativ tibbin innovativ sahəsində müasir üsullardan istifadəni təklif edirik. Yeni yanaşmaya mikro- və nanoyağ transplantasiyası daxildir. Dərinin bərpası, yaş əleyhinə prosedurlar, üzün kontur plastikası və ləkələrin, melazmanın, kuperozun və varikozun kiçildilməsinə yönəlmiş prosedurlar klinikamızda təklif olunan ən populyar xidmətlərdir.

Siz, nanoyağ və mikroyağ üsulları, həmçinin PRP və eksozom üzrə yenilikçi fəaliyyətinizlə məşhursunuz. Bu üsullar haqqında məlumat verə və onların üstünlüklərini izah edə bilərsinizmi?
Biz regenerativ tibbdə həqiqətən də yaxşı nəticələr əldə edirik və 2019 – cu ildən etibarən ekzosomlara keçmişik. Ekzosomlarla müalicə saç tökülməsi və nazik xəttlər, ləkələr, genişlənmiş məsamələr, quruluq və çapıqəmələ gəlmə kimi yaşlanma əlamətləri ilə mübarizədə qeyri – invaziv yanaşma təklif edir. Ekzosom – pasientin öz kök hüceyrələrindən alına bilən məhsuldur. Məsələn, biz ekzosomu kremə yerləşdirərək dəriyə fərdi qulluq üçün vasitə əldə etmiş oluruq. Pasient bu məhsulu səhər və axşam istifadə edir. Lakin öncə, biz pasientdən alınmış yağı götürüb İsveçrə kök hüceyrə fonduna yollayırıq. Burada hüceyrələrin şirəsi çıxarılır, bizə geri göndərilir və əczaçı ekzosomu kremə yerləşdirir. Bizdə Damask qızılgülünün hüceyrəsindən olan ExoCoBio ekzosomları var. Beləliklə, pasientin istifadə etdiyi kremin nəticəsi çox qənaətbəxş olur. Bu məhsullar müntəzəm olaraq, üzdə, boyunda, dekolte zonasında, saçlarda və intim bölgədə istifadə edilməlidir. Ekzosomlar hüceyrələrin regenerasiyasını stimullaşdırır, kollogen ifrazını artırır və dərinin özünü bərpasını yaxşılaşdırır. Beləliklə də, dəri daha da cavanlaşmış görünür.

Saç bərpasında ən son texnikalar haqqında danışa bilərsinizmi və pasientlər bu prosedurlardan nələri gözləyə bilərlər?
Biz bu sahənin lideri hesab edilirik və həmçinin pasientlərimizə saç transplantasiyası prosedurunu da təklif edirik. Nanoyağlar və ekzosomlarla müalicəni transplantasiya ilə birgə tətbiq edərək, saç tökülməsini dayandıran və yeni saçların çıxmasını təmin edən kompleks müalicə üsulu təklif edirik. Daimi aparılan sınaqlar və araşdırmalar sayəsində, pasientlərimizə innovativ üsulların təklif edilməsində pioner hesab olunuruq. Təbii ki, bu müalicə üsullarının təhlükəsiz olmasına da zəmanət veririk.


Təcrübənizdə hansı kök hüceyrələrdən istifadə olunur və onların üstünlükləri nədən ibarətdir?
Biz hüceyrələri pasientin yağ təbəqəsindən götürürük. Kök hüceyrələri dəriyə tətbiq etdikdə, onlar dərinin yeni hüceyrələrini regenerasiya edir. Bu hüceyrələri baş dərisinə yerləşdirsək, onlar yeni saçların əmələ gəlməsinə səbəb olur. Bu proses – dərinin teskturasını, xəttlərini, çapıqları və ləkələrin aradan qalxması prosesini yaxşılaşdırır. Məsələn, bədəninizdə olan tünd rəngli ləkələr aradan qalxır, sızanaqlar quruyur, psoriaz isə azalır. Biz, həmçinin, pasientin öz kök hücerəsindən alınmış məhsulları təklif edərək ekzosom sahəsində pioner sayılırıq. Pasientin gündə iki dəfə olmaqla istifadə etdiyi kremin tərkibində hüceyrə şirəsi olur. Ekzosomların əldə edilməsi üçün hər bir pasientin hüceyrələri fərdi olaraq kultivasiya olunur. Sonra isə, əczaçımız tərəfindən kremin tərkibinə daxil edilir.

Clinique Necens dünyanın dörd bir yanından pasietləri cəlb edir. Xarici, xüsusən də Azərbaycandan olan pasientlərin tələblərini ödəmək üçün konkret olaraq hansı xidmətləri və ya fərdi yanaşmaları təklif edirsiniz?
Biz bütöv yanaşma üsuluna əsaslanırıq, yəni pasienti həm daxilini, həm də xaricini müalicə edirik. Mən və doktor Pyer Botti pasientlərimiz üçün ən yaxşısını etməyə çalışırıq. Biz onlara, özlərinin ən yaxşı hallarına çevrilməyə və həyatlarında hər şeyi yaxşılaşdırmağa kömək edirik. Prosedurlarımız üçün mövsümi məhdudiyyətlər yoxdur – siz həm yayda, həm də qışda gələ bilərsiniz və bu prosedurlar sizin vaxtınızı almayacaqdır. Böyük üstünlüklərdən biri də prosedurlardan sonra üzdə görünən izlərin və yan təsirlərin qalmamasıdır, beləliklə hər kəs həmin gün və ya həmin günün səhəri normal həyat tərzinə geri dönə bilər.

Əlavə məlumatın əldə edilməsi və konsultasiya üçün aşağıdakı ünvan vasitəsi ilə Genolier pasientlərin dəstək xidmətinə müraciət edin www.genolier-patient-services.com və ya göstərilmiş poçt ünvanına elektron məktub göndərin [email protected].