NARGIS
Ru En
NARGIS MAGAZINE
Sağlamlıq və Gözəllik

August Hits: Safety First

Bu ay UV indeksi amansız dərəcədə yüksək olub. Açdığım hər bir hava proqnozu tətbiqi qapalı yerdə qalmağımı tövsiyə edir, lakin günəşin cazibəsi elə güclüdür ki, ona müqavimət göstərmək çətindir. Hələ də hovuz kənarında keçirdiyim günortalarımı, terrasda içdiyim səhər qəhvəsini və hər şeyin qızılı rəngə büründüyü o xoşbəxt axşamçağını arzulayıram. Əsas məsələ balansdır, mənim üçün isə bu, günəşdən zövq alarkən dərimin müdafiə olunduğunu bilməyimə imkan verən məhsulları tapmaq deməkdir.

Bu yay mövsümündə vəzifəsini yerinə yetirməkdən daha çox həzz bəxş edən formullar məni daha çox özünə cəlb etdi. Bu təravətli qoxan, xəfif hiss etdirən və məni təkrar istifadəyə sövq edən SPFlərdir. Anında yox olan ultra incə sprey, dərini parlaq edən ipək kimi quru yağ və ideal tətil parıltısı verən bronzlaşdırıcı yağ – bu məhsullar gündəlik rutinimə daxil olub. Onlar sübut edir ki, SPF də sevdiyiniz ətir və ya bədən kremi kimi istifadə etməkdən zövq almağa səbəb ola bilər.

BABÉ LABORATORIOS Protective Mist SPF 50

Bu, mənim ən sevdiyim, daim yanımda olan günəşdən qoruyucu vasitəmdir. Sprey o qədər yüngül və təravətlidir ki, sanki su püskürdürmüş kimi hiss bəxş edir və eyni zamanda tam SPF 50 qoruması verir. Onu üzümə çəkəndə makiyajımı pozmur, bədənimdə yapışqanlıq hissi yaratmır, hətta saçlarıma əlavə qulluq üçün tətbiq edə bilirəm. Formul dəridə heç bir iz buraxmır, bu da tez bir zamanda yenidən tətbiq etməli olduğum vaxtlar üçün mükəmməldir. Onu həm çimərlik çantamda, həm də gündəlik çantamda saxlayıram ki, bir neçə püskürtmə ilə bütün günümü açıq havada keçirə bilim.

PHARMACERIS S Protective Dry Oil SPF 50

URIAGE Bariesun Beautifying Dry Oil SPF 30

KORRES Aegean Bronze Intense Bronzing Oil SPF 10

Dərimin, sanki ada istirahətindən gəlmiş kimi parlamasını istədiyimdə bu məhsula müraciət edirəm. Bronz parıltı işığı çox gözəl əks etdirir və hər bir şəklinizi gün batımı zamanı çəkilməsi təəssüratını yaradır. Kokos və arqan yağları dərini nəmləndirir və hamarlaşdırır, yağlılıq hissi yaratmadan parlaq bir təbəqə əmələ gətirir. Mən SPF 10 – na tam güvənmədiyimdən onu hər zaman daha yüksək SPF göstəricili kremin üzərindən istifadə edirəm. Bu yolla, təhlükəsizliyi əldən vermədən istədiyim müdafiəni əldə etmiş oluram. Bu dostlarla görüşdən və ya dəniz, hovuz kənarında gün batımı izləməkdən öncə tətbiq etdiyim son qulluqdur.

Bu dörd məhsul, mənim yay gözəllik kolleksiyamda xüsusi yerə malikdir. Onlar istehsalçının vəd etdiyi işi görür, lüks bir hiss bəxş edir və SPF istifadəsini sadəcə etməli olduğum bir şey deyil, həzz aldığım bir rutinə çevirirlər. Ən gözəl tərəfi isə odur ki, istər şəhərdə qaça-qaçla keçən dolu bir gün, istərsə də günəş altında uzanaraq keçən sakit vaxt olsun, bu məhsullar hər bir hal üçün uyğundurlar.

Bəhs edilən bütün məhsullar Aloe Pharm & Beauty pharmacies.