
Astrologiya sadəcə son dövrlərin dəbi deyil, o, istəklərimizin, ritmlərimizin və rituallarımızın xəritəsidir. Güclü və zəif tərəflərimiz, işığımız və qaranlığımız və nəhayət ifadə tərzimiz də bu anlayışa aiddir. Gözəllik də bir ritualdır. Daxili işığınızı xarici görünüşünüzlə uyğunlaşdırmaq anı. Bu, əslində, dünyadakı mövqeyinizi göstərmək üsulundur.
Bəzi insanları gördüyümüz an, onlar bizi dərhal özlərinə çəkirlər – otaqdakı bütün məkanı ən müsbət şəkildə doldururlar. Bir də var, daxili aləminin unikallığını, heç uyğun gəlməyən geyim və üslubların arxasında gizlənənlər.
Bürcünüzü gözəlliyinizlə əlaqələndirmək içinizdəki gücü oyatmaq üçün edə biləcəyiniz ən kiçik addımdır. Budur bələdçiniz:
Qoç bürcü
Qoçun gözəlliyi onun ritminə uyğun olmalıdır: sürətli, alovlu və gözardı edilə bilməyən. Bu bürcün nümayəndələri çox mərhələli qulluqlar üçün vaxt ayıranlardan deyil; nəticəni dərhal görmək istəyirlər. Yuxusuzluq izlərini silən göz kremi, görüşdən öncə təravətləndirici mist və ya sizi döyüşə səsləyən cəsarətli dodaq boyası. Hətta saçlarınız da hərəkət tələb edir – bir gün hamar, ertəsi gün dalğalı. Sizin üçün gözəllik sürəti azaltmaq deyil, alovunuzla ayaqlaşmaqdır.
Məhsullar:
Clarins Energizing Mist, NARS Powermatte Lip Pigment in Dragon Girl, Sol de Janeiro Cheirosa 62.
Məşhur:
Lady Gaga – qorxmaz, yeniliklərə açıq, hər zaman önə atılan.
Buğa bürcü
Buğalar gözəlliyi zövq sənətinə çevirir. Siz bədən üzərindən axıb gedən teksturalara, parlaqlıq bəxş edən yağlara və sizinlə xatirətək qalan ətirlərə dəyər verirsiniz. Ritualınız tələsgən deyil: uzun sürən vanna qəbulu, yavaş massaj, barmaq uclarında ipək kimi hiss edilən dəri qulluğu. Buğanın makiaj masası heç vaxt çox yüklənmiş olmur, lakin burada olan hər bir qab dəb – dəbədən xəbər verir. Sizin üçün gözəllik – həzz, ritual isə - mükafatdır.
Məhsullar:
La Mer Crème de la Mer, Gisou Honey Infused Saç yağı, Diptyque Eau Rose Eau de Parfum.
Məhşurlar:
Adel - həssas, əsaslı və qeyri – adi dəbdəbəli.
Əkizlər bürcü
Əkizlər məhdudiyyət tanımır. Gözəlliyiniz oynaq, çevik və daim dəyişkəndir. Bir həftə bu parlaq dodaqlar və gözə çarpıcı tuş, növbəti həftə isə neon göz qələmi və yeni saç düzümüdür. Siz rəgarəngliyə dəyər verirsiniz: hər saat başı sizi bəzəyən serum nümunələrindən çoxfunksialı məhsullaradək. Makiaj masanız əhval – ruhiyyə löhvəsinə bənzəyir: sonsuz sayda olan variantlar sizin növbəti seçiminizi gözləyir. Sizin üçün gözəllik – ikili oyunudur: hər zaman maraqlanan, heç bir zaman dayanmayan.
Məhsullar:
Milk Makeup Lip + Cheek Stick, Dior Addict Lip Glow, Byredo Gypsy Water.
Məhşur:
Naomi Kempbel – buqələmun, ikonik və sonsuz dərəcədə ifadəli
Xərçəng bürcü
Xərçəng bürclərinin ritualı şəxsi, emosional və mühafizəkardır. Dəriniz sizin təhlükəsiz yerinizdir, rahatladıcı kremlər, nəmləndirici maskalar və sakitləşdici ətirlər. Axşamlar vanna qəbulu sizin terapiyanızdır: şam işığının titrəməsi ilə, suyun sizi bürüməsi sanki sərhədləri yox edir. Siz başqaları üçün gözəlləşmirsiniz, həm qalxan, həm də qucaq kimi. Dünyanızda gözəllik sadəcə zahiri görkəm deyil, sığınacaqdır, evdir.
Məhsul:
Fresh Rose Üz maskası, Dr. Jart+ Cicapair Tiger Grass Krem, Jo Malone Peony & Blush Suede Şam.
Məşhur:
Selena Gomez – yumşaq, qayğıkeş və duyğularla dərin ahəngdə.
Şir bürcü:
Şir bürcü gözəlliyi sadəcə tətbiq etmir — onu nümayiş etdirir. Saçlarınız tacdır, dəriniz işıqdır, ətiriniz isə siz gəlməzdən əvvəl otağa daxil olan xəbərçidir. Siz parlaqlığa, işığa, bərq vuran cazibəyə çəkilirsiniz: saçlarınızı dirçəldən maskalar, günəşin işığını tutan qızılı yağlar, nur saçan parıltılar. Ritualların heç vaxt çəkingən olmur — onlar şəxsiyyətininiz bəyanatıdır. Sizin üçün gözəllik teatrdır, dünya isə səhnəndir.
Məhsullar:
Oribe Gold Lust Saç Maskası, Charlotte Tilbury Hollywood Flawless Filter, Tom Ford Soleil Blanc.
Məşhur:
Cennifer Lopez — parlaq, cəsarətli və maqnit kimi cəlbedici.
Qız bürcü:
Qızın gözəllik ritualı təmiz, məqsədli və səssizcə qüsursuzdur. Siz yalnız verdiyi sözü yerinə yetirən məhsulları sevirsiniz: faydalı serumlar, minimalist qablaşdırmalar, diqqətlə seçilmiş rəflər. Qaydalarınız heç vaxt tələsik olmur — bu, dəqiqlik, quruluş və sakitliyin dəriyə qulluq adı altında təcəssümüdür. Masanızı səliqəyə salmaq, axşam təmizliyi qədər məmnunluq gətirir. Sizin üçün gözəllik əlavə iş deyil, aydınlıqdır, nizamdır, xırda detalların incəsənətə çevrilməsidir.
Məhsullar:
The Ordinary Niacinamide 10% + Zinc, Sunday Riley Good Genes, Le Labo Another 13
Məşhur:
Zendaya — zərif, hərtərəfli və sanki həmişə mükəmməl görünən.
Tərəzi bürcü:
Tərəzi gözəlliyi harmoniyada axtarır. Hər detal düşünülmüşdür: dodaq boyasına uyğun allıq, rəsm kimi bir-birinə qarışan paletlər, həm teksturasına, həm də qablaşdırmasına görə seçilən dəriyə qulluq vasitələri. Masanız bir sərgi kimidir — hər məhsul göründüyü qədər zərif hiss etdirir. Sizin üçün ritual yalnız krem deyil, eyni zamanda ab-havadır: güzgülər, işıq, musiqi. Dünyanızda gözəllik həm içdə, həm də çöldə ahəngdir.
Məhsullar:
Gucci Beauty Rouge à Lèvres Lipstick, Hourglass Ambient Lighting Palette, Dior J’Adore.
Məşhur:
Gvinet Peltrou — zərif, balanslı və əbədi şıq.
Əqrəb bürcü
Əqrəblər gözəlliyi rital sehrinə çevirir. Məhsullarınız heç vaxt səthi olmur, onlar eliksir, şüşəyə yığılmış sehrdir. Tünd giləmeyvə rəngli dodaq cazibədir, smoky göz makiyajı qalxandır, gecə serumu isə dərinizə pıçıldanan sirrdir. Siz ritualınızı yarıqaranlıqda sevirsiniz — bu halda gözəllik şəxsidir, demək olar ki, qadağan olunmuş kimi. Sizin üçün gözəllik kimyagərlikdir — hər addım gərginlik və güclə yüklənmiş bir mərasimdir.
Məhsullar:
YSL The Slim Matte Lipstick, Augustinus Bader The Rich Cream, Byredo Black Saffron.
Məşhur:
Kendall Cenner — müəmmalı, ehtiraslı və cəlbedici.
Oxatan bürcü:
Oxatanın gözəlliyi yol üstündədir. Sizin üçün mürəkkəb rituala vaxt yoxdur — sizə hərəkətdə işləyən portativ məhsullar lazımdır. SPF stiki, səyahət ölçülü saç baxımı, həm dodaq balzamı, həm də allıq kimi istifadə olunan məhsullar — bunlar sizin əsas arsenalınızdır. Gözəlliyiniz oynaq, günəşdən doymuş və son macəranın küləyi ilə bir az da dağıdılmışdır. Sizi üçün gözəllik azadlıqdır — yeni üfüqlərə açılan qapılar.
Məhsullar:
Supergoop! Glow Stick SPF 50, NARS Afterglow Lip Balm, Jo Malone Wood Sage & Sea Salt.
Məşhur:
Teylor Svift — macərapərəst, cəsarətli və daim hərəkətdə olan alov.
Oğlaq bürcü:
Oğlaq gözəllik ritualını miras kimi qurur. Onun seçimi zamansızdır, davamlıdır, sınanmış və sübutunu tapmış məhsullardır. Klinik nəticəli serumlar, dərini bərpa edən maskalar, imzanıza çevrilən ətirlər — yolunuz dəb dalğalarının arxasınca qaçmaq deyil. Siz yalnız öz yerini qazanan məhsulları seçirsiniz. Sizin üçün gözəllik intizamın şıqlığa çevrilməsidir: quruluşlu, etibarlı və səssiz güclü. Ritualınəz göstərir ki, ardıcıllıq — ən böyük dəbdəbədir.
Məhsullar:
Estée Lauder Advanced Night Repair, Kiehl’s Creme de Corps, Chanel No.5.
Məşhur:
Keyt Middlton — klassik, intizamlı və səssiz güclü.
Dolça bürcü:
Dolçanı fərqlilik cəlb edir. Onun masasında futuristik teksturalar, müstəqil brendlər, LED cihazlar və hələ heç kimin sınamadığı məhsullar var. Siz dəbin arxasınca getmirsiniz — sin onu yaradırsınız. Gözəllik sizin üçün təcrübədir, fərdiyyəti nümayiş etdirməyin yoludur. Ritualınız təkrarlanan deyil, innovasiya meydançasıdır — sabah həmişə sizin barmaqlarınızın ucundadır.
Məhsullar:
Glossier Futuredew, Costa Brazil Kaya Oil, Escentric Molecules Molecule.
Məşhur:
Alicia Kiz — yenilikçi, səmimi və öz dövründən irəlidə.
Balıqlar bürcü:
Balıq gözəlliyin içində sanki su kimi əriyir. Onun ritualı xəyali qaçışdır: reallığı yumşaldan parıltılar, okean qoxulu ətirlər, zamanı yuyan uzun vannalar. Siz axıcı, göyqurşağıtək, qeyri-dünyəvi teksturalara meyllisiniz; sizin üçün gözəllik sadəcə dəriyə qulluq deyil, sənətin özü kimidir. Dünyanızda gözəllik bir fantaziyadır — həyata yumşaq fokuslu obyektivdən baxışdır.
Məhsullar:
Guerlain Météorites Pearls, Tatcha Dewy Skin Mist, Maison Margiela Replica Sailing Day.
Məşhur:
Rihanna — xəyali, axıcı və sonsuz yaradıcı.