NARGIS
Ru En
NARGIS MAGAZINE
She’s Next

Arzu Kərimli

Arzum Beauty - nin təsisçisi

Arzu ilk biznesinin əsasını tələbə ikən, 2013 -cü ildə qoyub. Bundan sonra 2016 – ci ildə uğurlu rebrendinq edib və Arzum brendi təsis edilib. Bu gün brendin yeddi butiki, iki gözəllik salonu, onlayn platforması və mobil tətbiqi var – Azərbaycanda Avropa, Amerika və Koreya kosmetikasının satışı ilə məşğul olan ən böyük mərkəz. Bundan başqa o, gözəllik və dəb sahəsində insluenser olaraq, geniş auditoriyanı ilhamlandırır.

Evdən çıxarkən özünüzlə mütləq nə götürürsünüz?
Telefonumu, cüzdanımı və açarlarımı – gündəlik lazım olan ən zəruri əşyalar.

Aldığınız ən gözlənilməz məsləhət nə olub?
“Risk edin, səhvləri qəbul edin və onlardan nəticə çıxarın”. Bu tövsiyə mənin daha güclü etdi və mən yanlışlara baxmayaraq fürsətləri sezməyi öyrəndim.

Sahibkar olmaq istədiyinizi nə zaman anladınız?
Universtitetdə təhsil alarkən. Layihə üzərində çalışarkən – içimdə bir qığılcım baş qaldırdı - öz fikirlərimi həyata keçirməyin həyəcanı. Həmin anda bu yolla irəliləməli olduğumu anladım.

Maliyyənizi idarə edərkən hansı prisiplərə arxalanırsınız?
Mən büdcə müəyyən edir, bütün xərcləri izləyir, ehtiyat fond yaradır və maliyyə hesabatlarını mütəmadi olaraq gözdən keçirirəm. Bu yanaşmalar maliyyə sabitliyimi qorumağa kömək edir.

Nəyə daha çox inanırsınız – peşəkarların təcrübəsinə yoxsa şəxsi səhvlərinizə?
Hər ikisi eyni dərəcədə vacibdir. Peşəkarlardan öyrənmək daha tez və çox vaxt daha effektiv olur, lakin öz səhvlərinizdən çıxardığınız nəticələr şəxsi və unudulmaz təcrübəyə çevrilir.

Sahibkarlığın hansı tərəfi fikrinizcə daha çətindir?
Qeyri – müəyyənlik. Market dəyişikliklərinin yönləndirilməsi, risklərin idarə edilməsi və müştəri davranışının öngörülməsi – strateji düşüncə və çevik cavab reaksiyası tələb edir.

Biznesdə sizi ən çox təəcübləndirən nə olub?
Empatiya hissinin vacibliyi. Müştərilərə və işçilərə qarşı empatiyanın nümayiş etdirilməsi güclü münasibətlərin inşa edilməsinə və problemlərin effektiv həllinə səbəb olur.

Sahibkar olaraq heç vaxt güzəştə getməyəcəyiniz bir mövhum hansıdır?
Məhsulun keyfiyyəti, müştəri məmnuniyyəti və biznes etikası. Bu davamlı uğurun əsas prinsipləridir.

Şübhələrinizlə necə mübarizə aparırsınız?
Şübhələrə yanaşarkən bütün mövcud məlumatları diqqətlə təhlil edirəm. Emosional qərarlardan qaçıram – aydın düşüncə və məntiqi yanaşma mənim üçün əsas prinsipdir.

Ən böyük nailiyyətiniz nədir?
Arzumu təsis etmək mənim ən böyük nailiyyətimdir. Fədakar komandamızla ölkənin ən sevilən pərakəndə satış şəbəkələrindən birini yaratmışıq və Azərbaycanı beynəlxalq arenada qürurla təmsil edirik.

2025-ci ildə Visa və Birbank Biznes birgə “Uğur hekayəni yarat” adlı təhsil və müsabiqə proqramına start verir. Proqram iştirakçıları əsas biznes bacarıqlarını əldə edəcək, təcrübəli mentorların dəstəyini alacaqlar və proqramın sonunda öz bizneslərini inkişaf etdirmək üçün pul mükafatı uğrunda yarışmaq imkanı qazanacaqlar. Müsabiqənin ümumi mükafat fondu 60,000 azn təşkil edir.

Müraciətlər 10 İyun, 2025 (bu tarix daxil olmaqla) proqramın vebsəhifəsi vasitəsi ilə təqdim edilə bilər: https://shesnext.emergingeurope.org/az/