NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Rosiebeautyblog: Saçlarının gözəlliyi

Qadının gözəlliyi onun saçlarının gözəlliyindən başlayır. Bir çox qızlar kimi mən də uşaqlıqda "nə qədər uzundursa, o qədər gözəldir" stereotipinin əsiri olaraq saçlarımı uzadırdım. İndi isə yüksək təcrübəmdən irəli gələrək əminəm ki, uzunluq demək olar ki, əhəmiyyətli deyil. Saçlara gözəlliyi verən onların sağlam və yaxşı baxımlı vəziyyətidir.

rosie

Hal-hazırda mənim uzun, ucları quru, saraldılmış saçlarım var. Mən saça qulluq vasitələrinin bir neçəsi ilə sizinlə bölüşəcəyəm:

1) Kiehl’s Olive Fruit Oil Deeply Repairative Hair Mask – mənim MUST-HAVE'im!

kiehls

Saçın intensiv yumşalmasını və nəmləndirilməsini təmin edən avokado yağı və limon ekstraktı tərkibli bərpaedici bir maskadır. Qurumuş, zədələnmiş saçlar üçün uyğundur. Saça yaxşı çəkilir və yaxşı yayılır, tez əmilir, yağlılıq yaratmır (yaxşı olardı ki, köklərə yaxın hissəyə vurulmasın). Maskanı nəmli saçların uzunluğu boyunca sürürəm, 40-45 dəqiqə şapka taxaraq saxlayıram və durulayıram. Bu maskadan sonra saçlar parıldayır, ipək kimi olur və çox asanlıqla daranır.

2) Kiehl’s Smoothing Oil-infused Concetrate - saç üçün ən yaxşı yağdır. Tərkibində arqan və babassu yağları var, parabensizdir. Yuduqdan sonra nəm saçlara çəkirəm. Effect - WOW! Saçları düzləşdirir, qidalandırır, ağırlaşdırmır, bərpa edir + əla ətirlidir!

img_6590

3) Mən hesab edirəm ki, şampun seçimi çox individual məsələdir. Şampun saçın keyfiyyətinə, quruluşuna və vəziyyətinə görə seçilməlidir. Tərkibində natrium sulfatı olmayan, ancaq təbii şampunlardan istifadə edin. Bir çox reklam olunan və nisbətən bahalı olmayan saç üçün balzamlar və kondisionerlər ilk baxışda həqiqətən effektiv görünürlər, lakin bu sadəcə vizual effektdir. Bir çox balzamların tərkibindəki silikon və ya onun törəmələri saçları ağırlaşdırır, nəticədə saç soğanağı zəifləyir və saç ehtiyacı olduğu qidanı almır. Yaxşı olardı ki, saçların bərpası zamanı balzamlardan istifadə etməkdən çəkinəsiniz. Hazırda mən peşəkar Schwarzkopf Bonacure Fibre Force xəttindən istifadə edirəm.

schwarzkopf_bc_hair_therapy_fibre_force_shampoo_200ml-600x600

Çox razıyam! Sulfatsız olan şampun zəif, zədələnmiş saçları ehmalca təmizləyir, daxili bağları matriksdə bərpa edir, kutikul pərdəsini hamarlayır. Məsaməli və qıvrım saçlar üçün mükəmməldir. Saçlar didilmir, vız qalmır, möhkəm elastik dalğa formalaşır. 

Qış-yaz dövründə insan xüsusilə kəskin şəkildə müxtəlif qida maddələrinə və vitaminlərə ehtiyac duyur. Qış vaxtı orqanizm yay və payızda təzə meyvələrin, giləmeyvə və tərəvəzlərin bolluğu sayəsində "toplanmış" vitaminləri sərf edir. Qışda mövcud olan qidanın tərkibində isə orqanizmin bərpası üçün kifayət qədər miqdarda vitamin, mineral və turşular yoxdur. Bu çatışmazlıq tez-tez xarici görünüşə təsir edir və ilk növbədə saçlar zərər çəkir. Bir çoxları saç tökülməsindən, donuqlaşmadan, saçqırandan, saçların tez qırılmasıdan şikayətlənirlər. Uzun qış aylarından sonra "yorğun" saçları bərpa etmək üçün mütləq vitaminlərlə müalicəvi kurs keçmək lazımdır. Məhz hansı vitaminləri qəbul etməklə bağlı məsləhətim yoxdur, bunun üçün yaxşısı budur, həkim konsultasiyasına gedəsiniz. O, sizin orqanizminizin xüsusiyyəti və ehtiyacına əsasən individual olaraq vitamin kompleksi yazacaq. Doğuşdan sonra (güclü saç tökülməsi ilə qarşılaşdığımda) Priorin vitaminlərini qəbul edirdim. Tökülmə bir aydan sonra dayandı, yeni saçlar çıxmağa başladı, heç bir yan təsir müşahidə olunmadı. Mən bunu tərəddüdsüz qızlara məsləhət görürəm!

rosie2

Əgər siz imicinizi dəyişmək istəyirsinizsə, rənglə eksperiment aparmağı sevirsiniz, həyat tərzi səbəbindən peşəkar saç fenindən, saç ütüsündən və s. istifadə edirsiniz. Mütləq ev şəraitində saç baxımına vaxt ayırın! Bir neçə asan, ev şəraitində istifadə edə biləcəyiniz maskalar:

1) Bal, saçlara təbii parlaqlıq verən ən faydalı inqrediyentdir. Konyak, bal və yumurta ilə saç maskası parlaqlıq verir, saçları qidalandırır, hətta onların artmasını stimullaşdırır. Bu maskanın hazırlanması üçün lazım olacaq:

  • 2 xörək qaşığı bal
  • 1 xörək qaşığı konyak
  • 1 yumurta

Bütün komponentləri qarışdırın, bu qarışığı saçlarınıza yarım saatlıq sürün və plyonka ilə bağlayın. 15 dəqiqədən bir saçları fenlə isidərək maksimal effekt əldə etmək mümkündür. Maskanı ilıq su ilə yumaq lazımdır (heç bir halda isti su ilə yumaq olmaz). Bu cür maskanı həftədə iki dəfə tətbiq edin, artıq 2 aydan sonra görəcəksiniz ki, saçlarınız möhkəm, ipək kimi və parlaq olublar.

2) Ayıpəncəsi yağı - yüz illər boyu qadınların saç baxımı üçün istifadə etdikləri unikal təbii vasitədir. Ayıpəncəsi maskası isə quru və zədələnmiş saçlar üçün idealdır (yağlı saç sahibləri, onunla diqqətli olun). Ayıpəncəsi yağı ilə maska nəinki cansızlığı aradan qaldıracaq, həm də uzanmanı tezləşdirəcək, həmçinin saç tökülməsinin qarşısını alacaq. Ayıpəncəsi yağı əsasında maskanın hazırlanması üçün sizə lazım olacaq:

  • 3 xörək qaşığı yağ
  • 2 yumurta sarısı
  • 1 çay qaşığı kakao
  • 1 çay qaşığı ampulada A və E vitaminləri

Ayıpəncəsi yağını bir qədər isidin və yuxarıda qeyd olunmuş inqrediyentləri əlavə edin. Yaxşıca bütün bunları qarışdırın və saçın uzunluğu boyunca bu qarışığı yayın, plyonka və dəsmal ilə bağlayın. Ayıpəncəsi maskasını turşulu limon şirəsi ilə yumanız yaxşı olardı. Maskanın təsir müddəti 1-1,5 saatdır. Ayıpəncəsi maskasını saçlara həftədə 1-2 dəfə tətbiq etsəniz 2 ay ərzində maskanın nəinki saçları qidalandırdığını, həm də saç tökülməsinin qarşısını aldığını görəcəksiniz.

Saç üçün olan professional, salon prosedurları haqqında mən gələcək postlarımda söhbət açacam.

2017-10-04-photo-00000028

Gözəl qalın!

Sevgi ilə, Rosiebeautyblog