NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Prada RESORT 2020

Mayın 2-də Uma Turman oğlu ilə, El Fanning, Diana Krüger və başqaları Prada 2020 kruiz kolleksiyasını görmək üçün Manhettenin qərb tərəfində yerləşən köhnə fortepiano zavoduna gəldilər.
Həqiqi, saf, iddiasız - Miuçça Prada öz kolleksiyasını belə təsvir etdi. Bu mövsümdə dizayner əsasən pambıq ilə işləmişdir. Kolleksiyaya əl işləməsi ilə kəndli tərzində bluzlar, çiçəkli çit pencəklər və şalvarlar və çoxlu zolaqlı geyimlər daxildir. Bu sadəlik - yeni nəfəs kimidir, həm də nümayiş Nyu-Yorkda mürəkkəb modernist həllər və ideyalarla dolu Frieze art-sərgisinin açılış günü keçirilib.