NARGIS
Ru En
NARGIS MAGAZINE
Xüsusi layihə

NARGIS for Eco: Bakı Avropa Liseyi

Nargis nəşriyyat evi "Ekoklublar" ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki "Yaşıl şəbəkə" hərəkatı çərçivəsində məktəblilərə ustad dərsləri verməyə davam edir.


Qonaqları və uşaqları liseyin direktoru Zülfiyyə Veysova, eləcə də NARGIS jurnalının direktoru Aytən Hüseynova salamladı. O, şagirdləri jurnalın fəaliyyəti ilə tanış etdi və müsabiqənin şərtləri barədə məlumat verdi. Rəssam və heykəltəraş Rəşad Ələkbərov maraqlı master-klass keçirdi, burada "Make the Earth Smile" sərgisi, planetin məişət tullantıları ilə çirklənməsinin qlobal problemləri, plastikanın təkrar emalı üçün yaradıcı həllər barədə danışdı, eyni zamanda məktəblilərin maraqlı suallarını cavablandırdı.

Master-klassdan sonra məktəblilər öz işlərini NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmudova və digər layihə iştirakçılarına təqdim etdilər.